Elşad can Şamil - Hədiyyə Şəfaqətin dəri çantasında kəndirlənmiş barışı...
11.06.14

Barış

Qeyri adi səpkidə yazılmış, axınaqlı, oxunaqlı zamanını qabaqlayan bir hekayə.. Bu qədər təsirli yazılacağını doğrudan da gözləmirdim. Əslində böyük bir romanın mövzusudur, uğurlu şəkildə hekayəyə sığışdırılıb,  hər kəsin görüb də, hekayə halına gətirmədiklərini, yazmadıqlarını qələmə alıb Hədiyyə xanım.
Hekayə əsasən 3 hissədən ibarətdir...barış müqaviləsi və şəhərdə barış əhval ruhiyyəsi, bu haqda gəzən söhbətlər 1ci hissə. Səmədin evə gələrək kəndə qayıtmaq söhbətləri, əks reaksiya 2ci hissə. Səmədin yoldaşı ilə kəndə getməsi və qarşılaşdığı gözlənilməz sonluq 3cü hissə.
Oxuduqca da həsrətlə, səbrsizliklə gözlənilən həmin Barış günün bir gün həqiqətən də baş verdiyini təsəvvür etmək və bundan sonra da hadisələrin məhz müəllifin qeyd etdiyi kimi cərəyan edəcəyi danılmaz və inanılmaz ( inanılmaz hadisə kimi) faktdır. Ancaq bununla belə hekayə mənə çox gözəl təsir bağışladı. Əslində bütün qoyulmuş düsturları, qaydaları dağıtmaq olar, yetər ki əvəzində yazıda ürəyini qoyasan. Hədiyyə xanım da ürəyini açıb bu hekayədə. Müəllifi tanımasaydım deyərdim ki bu hadisələr onun öz başına gəlib sanki oxuduqca adama elə gəlirki əsərin qəhrəmanı elə müəllifin obrazıdır, yəni müəllif hekayənin içinə girə bilib qəti hiss olunmur ki, muəllif duyduqlarını yazıb, əksinə belə hiss olunurki muəllif yaşadıqlarını yazıb, yəni oxucunu yaxşı mənada aldada bilib.
  “-Xəbəri  eşitdiyi  günün  gecəsi  səhərəcən  ağladı.  Anası  iki  ay  əvvəl  dünyasını  dəyişmişdi.  Oturub-durub  kəndlərini  arzulayardı. Hər  yaz  gələndə  kənd  yolunun  ayağındakı  bulağın  suyundan söz  açar, ağacların  oralarda  başqa  cür  oyandığını,  çəmənlərin  tamam  başqa  cür  yaşıllaşdığını  deyərdi.  Bircə  arzusu  vardı - o  yerlərə qayıdıb sonra ölmək.  Qismət  olmadı. Atasını  isə  zorla  xatırlayırdı, Səməd  hələ  uşaqkən  ölmüşdü.  Məzarı  Orda  qalmışdı.  Anası  ən  çox  o  məzarın dərdini  çəkirdi.
Səmədi  dərd  aldı.  Anasının  məzarını  burda  qoyub  getməli  olacaqdılar.  İndi  də  anası  uzaq  düşəcəkdi.  Amma  heç  nə  olmaz, buralara əli  çatacaqdı,  arabir  gəlib  baş  çəkə  bilərdilər. Təki  öz  yurd-yuvalarına  qayıtsınlar ”
Bu aldanışlar çox təsirlidir.  İrəlilədikcə maraq içimi bürüyürdü. Müəllif ustalıqla zamanları birləşdirib. İndi, keçmiş və gələcək...  “Keçmiş və indi real, gələcək isə uşaqları belə inandıra bilməyəcəyimiz nağıldır. “( Əfsanə Laçın)  Əgər hekayə reallığa çevrilsə yazıda baş verənlərlə bərabər qayıtmağına hamı qayıdacaq, amma çoxu yayda dincəlmək üçün ev tikdirib geri dönəcək tətillərdə dincəlmək üçün. “Belə də ki, niyə də etməsin insan öz vətənin də dincəlməyib harda dincələcək. Bakıda yaşayıb hər yay “öz kəndinə” gəzməyə gedənlərdən onların harası əskikdir ki ?”(Ramilə Qardaşxanqızı)
O tərəflərin adamlarının bir-biri ilə o zamanlar necə qaynayıb-qarışmağı, qohumluq-qonşuluq etməyi ilə bağlı hissələr də maraqlı işlənmişdir.  Müəllif əsasən bu hissələri çox gözəl ustalıqla elə qələmə alıb ki sanki hər şey gözünün qabağında baş verib, heç qələmə də almayıb, bir baş kino lenti kimi çəkib biz də baxırıq...Son dəfə hardasa Mövlud Süleymanlının köç romanı bu assosasiyanı yaratmışdı məndə. Sonluğu da gözlənilməz-ağlasığmaz durumla üz-üzə qoyur oxucunu...Adamın əli üzündə mat şəkildə hadisələrin önündə acizanə necə qalırsa , bax oxucu da bu cür duruma düşür sonluqda...Uzun illər evini düşünən, evini xəyal edən, oralar üçün həsrəti göynəyən birinin evini düşmən tərəfindən dağılmamış görməsi, bir anlıq sevinməsi və eyni andaca öz hökümətinin həmin evləri sökmə qərarı...yaşanan adı naməlum hisslər...
-“Ay  kişi  kefin  olsun!  Torpaq  almısan  ki,  hələ  danışırsan  da?  Torpağı  kim  qaytarıb  sənə? - gözlərindən  həyasızlıq  yağırdı - Onun da qərarı var, yeni, təzə  tipli qəsəbə salınacaq. Həm də bura tezliklə vacib  turizm  nöqtəsi  olacaq.  O yuxarılar  var  ha,  dağların  döşü, orda  böyük  otellər  filan  tikiləcək..  Hamısı satılıb.”
Ümumi qüsur kimi götürəndə iki məqamı xatırlatmaq istərdim :
Birincisi :
“  -Mən  qınamıram, görməyiblər, tanımırlar,  onlar  üçün  hər  şey  burda  başlayıb,  lap  harda  doğulsalar  da,  min  əziyyət  görsələr  də,  uşaq  olublar,  gənc  olublar,  üç  ildir   bu  qəsəbə onları  rahatlayıb, arxayınlaşdırıb. Getmək  istəmirlər.  Cavanlara  nə  deyəsən, heç  bəzi  yaşlılar  qayıtmaq  istəmirlər.  İşləri  burda,  iş  yerləri  burda.  Yaş  ötüb,  hələ  bilinmir oralar  nə  haldadır, hər  şey  yandırılıb,  dağıdılıb,  gedib  hər  şeyi  yoluna  qoymağa  ömür  çatacaqmı?  Nəylə  dolanacaqlar, harda  işləyəcəklər... Hamısı  problemdir. Yorulub  millət,  yorulub,  hərə  bir  yolla  min  əziyyətlə  çörək  yeri  tapıb,  söz  deməli deyil…”. Çox mükəmməl şəkildə işlənilmiş bu hissədə - 3 ildir bu qəsəbə onları rahatlayıb, arxayınlaşdırıb, getmək istəmirlər - məncə 3 il çox azdır, qaçqınlığın tarixin nəzərə alsaq, ən azı yerdəyişmələri, köçmələri də nəzərə alsaq bir yerə bağlanmaq üçün, orda rahatlanmaq üçün “5 ildən çoxdur ki bu qəsəbə onları rahatlayıb, arxayınlaşdırıb,getmək istəmirlər” olması daha inandırıcı görünər...
ikincisi :
 “Ailəsi  böyük  otağa  yığılıb  hansısa  serialı  izləyirdi.  Uşaqları  onun  gəlişinə  fikir  vermədilər,  arvadı  onlara  baxıb  başını  buladı,  durub  mətbəxtə  keçdi.  Bu  baxışların  mənasını  bilirdi,  “bunları  pis  böyüdürsən, adam  da  saymırlar”  deyirdi.  Arvadının  arxasıyca  keçdi.”  
-Bizim mental dəyərlərdə uşaqların tərbiyəsi ilə əsasən ana məşğul olur. Burda çöldən içəri-evə gələn ata bu laqeydliyi görüb başını bulamaq əvəzinə bunu anası edir. Tutalım anası bunu uşaqlarına qarşı edirsə “bunları  pis  böyüdürsən, adam  da  saymırlar”  deməsi yazıda cüzi qırıqlıq yaradır...(mətnin qayəsinə heç bir dəxli yoxdur)
Ümid edirəm ki, bu hekayə öz layiqli yerini və dəyərini tutacaq. Bəyənməyənlərin demək olar ki, gözü götürmür...


Dəri çantadaki pul

“Yorğun-arğın qayıdırdı hər axşam. İş ağır idi, amma heç olmasa işsiz deyildi. Evə çatmamış tindəki məhəllə marketinə baş çəkir, evin əsas ehtiyaclarını, bəzən isə uşaqlarına meyvə, konfet, şirə, peçenye alırdı. Arvadı onu danlayırdı:
-Bədxərclik eləmə, işsiz qalsan ehtiyac çəkəcəyik
Evin bir küncündə oynayan, ya da masa ətrafına yığılıb axşam yeməyi gözləyən övladlarına tərəf günahkarcasına boylanırdı:
-İşin yoxdur, onların tayları nələr yeyir... “
Demək olar Hədiyyə xanımın ilk oxuduğum hekayəsidir...İlk abzasdan Qaraqanın “Bir milyon dollarım olsaydı” romanın xatırladım. Ancaq burdakı pulun bir ailənin, əsas da Rafiqin başına gətirdiyi ordakı müsibətlərdən tamamən fərqlidir...Aydın dildə yazılmış hekayədir, olduqca uğurlu alınıb...Uğurlu alınmağının birinci səbəbi hər yaş dövrünün çox asanlıqla oxuya biləcəyi, düşünə biləcəyi, düşündürə biləcəyi olmasıdır.  Çox böyük zövqlə, həyəcanla oxudum hekayəni və oxuduqca insan içindəki suallara cavab tapır. XANIM həqiqətən ortalığa iş qoyub... Olduqca maraqlı və oxunaqlı, həlimli, oxucunu darıxdırmayan, Rafiqin əhvalının sonunu səbrsizliklə gözlətdirən, ancaq hekayəni bitməsi istənilməyən bir hekayədir... Oxucunun hissləri gərilir hər cümləsində.
“Qadın anlayırdı ki, indi inciməyin, küsməyin yeri deyil, nəsə eləmək, nəsə söyləmək, ərini fikrindən daşındırmaq lazımdır:
-Rafiq, ağlını başına yığ, bu boyda pulu kim qaytarar?
Qısa kəsdi:
-Qaytaracam, mən başqası deyiləm!
Sakitcə pulu dəstələməyə başladı:
-Saymaq lazımdır, bilmək lazımdır nə qədərdir...
Kətilə çökdü, inana bilmirdi ki, əri şax-şax edə-edə sayıb dəstələdiyi bu qədər pulu kiməsə qaytaracaq. Amma Rafiqin üzünə baxmaq kifayət idi ki, bu qərarından dönməyəcəyini anlasın. Əskinaslar dəstələndikcə qadın sanki əriyib kiçilir, əlaqcsızlıqla gözünün yaşını silirdi.
Rafiq işini bitirib susdu, gözünü qadının başı üstündən uzaqlara zillədi:
-İyirmi min, düz iyirmi mindir-bir an susub nəzərlərini arvadına zillədi
- Xəlil kişiyə demək lazımdır, ondan xəbər ala bilərlər.
Qadın gözünün yaşını barmaqlarının ucuyla yanağının bir tərəfinə sıyırıb əlacsız dilləndi:
-Sabir dayı qalmaz indiyə, axşamdan dükanı uşağa tapşırıb gedir.
Əlliliklərin, yüzlüklərin sayını səliqəylə telefonuna qeyd etdi:
-Kimsə çıxsa soruşub dəqiqlışdirmək lazımdır.
Qadın son dəfə bəxtini yoxlamaq istədi:
-Rafiq qurban olum, yüzcə manat götür, uşağa velosiped alarsan, onsuz da adamın o boyda pulunu qaytarırsan.
Arvadının səsindəki yanğı, əlacsızlıq ürəyini sızlatdı, özünə çəkib sinəsinə sıxdı, kobud barmaqları qadının saçlarında gəzib üzundə dayandı, kipriklərinin dibində muncuqlanmış göz yaşını sildi:
-Belə eləmə, sən ki, məni tanıyırsan? Velosipedi özüm alaram...”

Deməli yer üzündə bu cür insanlar qalıb. Bir insanda nə qədər təmizlik ,paklıq, halallıq, mərdlik olarmış ki, bu cür çətin durumlarda da öz əqidəsindən, xarakterindən  dönməsin. Rafiqdə bax bunların hamısı vardı. Bəlkədə çoxu deyəcək yazıdır, təxəyyüldür, utopiyadır, amma mən bu cür insanların varlığına inanırdım və bir daha inandım. Rafiq kimi halal insanlar hər zaman olub, olacaq və halal olsun onlara...Yaşından asılı olmayaraq hər bir oxucu özünü hekayənin içinə çox rahat daxil edib gözünün önündə hadisələri canladıra bilər. Istər istəməz insanın beynini suallara qərq edir...Belə vəziyyətdə mən nə edərdim? Amma təəssüflər olsun ki, elə insanlar çoxları tərəfindən gülüş hədəfi kimi görülür. Bu da həqiqətən ürəkağrıcıdır.

“Ötkəm bir səslə pulun qədərini, sayını bitdə - bitdə Rafiqin qulağına oxudu:
-Düzdür?
-Düzdür...
-Nə götürüb xərcləmisən, halal xoşun olsun.
Yadına arvadının üzündə açılan sillə düşdü:
-Heç bir manatına da dəyməmişəm, necə var, durur, qaytaranda sayarsan...”

Obrazların danışıq dili, yazı üslubu elə bil hər oxucu üçün ayrıca işlənib. Uğurla və gözlənilməzliklə tamamlanıb... Hekayədə zənnimcə qüsur kimi Sabir kişini götürmək olar. Yəqin ki müəllif Xəlil kişi ilə onun adını səhf salıb. Hekayənin ortasında Xəlil kişi ilə dialoqda Xəlil kişi qeybə çəkilir, Sabir kişi onun rolunu tamamlayır. Ümumilikdə götürəndə  müəllifin zənnimcə ən uğurlu kekayəsidir.

Kəndir

O biri hekayələrlə müqayisədə olduqca zəif hekayədir. Oxuduqca yeniliyinə, gözlənilməzliyinə öyrəşmiş gözlər bunu görməyincə darıxmağa başlayır. Hekayədə uzunçuluq var və uzunçuluq yaradırsa bir oxucuda deməli hekayədə əskik olan bir şeylər var. Qəhrəmanın özünü bir qıza görə asması gülüncdür, inandırıcı gəlmir. Ya həmin hadisədən dərha sonra özünü asmalı idi, ya qıcıqlandırıcı bir səbəb olmalı idi, ya da sonluq tamam fərqli bitməliydi.

“Çoxdandır  anası bişirən heç nəyə əl uzatmırdı. Sevdiyi   qızı  oğluna yaraşdırmayan qadın bulaq başında bir yığın adamın içində qızı tənbehləmiş, “mən oğluma boşanan ananın qızını almayacam”- demişdi. Söz qıza tərs sillə kimi dəymiş, “anamla nə işin var?”- deyə üzə durmuşdu. Bu münasibəti gözləməyən anası “hələ bir üzə də qayıdırsan?”- deyərək qəzəbini cilovlayammamış, qızın üstünə cumaraq uzun saçlarını əlinə dolamış,  onu yerə yıxmışdı.
Qız bundan sonra oğlana üz verməmiş, “səni sevdiyimi bilirsən, amma mən anamı basıb sənin anana gəlin gələ bilmərəm, sizin evə ayaq basammaram”- demişdi.”
Sanki qırıqlıq buradan başlayır yaranmağa. Bu hadisədən sonra küsülülük yaranır evdə. Ana oğul bir birlərini danışdırmırlar. Ortalığa bir sakitlik çökür, oğlan yaxın kənddə qonşunun oğlu ilə birgə qalır işləyir. Ancaq necə olursa heç bir hadisə baş vermədən, gərginlik olmadan oğlan özünü asmağa qərar verir. Ikinci bir məsələ hekayəni oxumağa başlarkən oğlanın özünü asacağını sezmek elə də çətin olmadı. Artıq hekayənin əvvəlində yəqin etmək olurdu ki bu oğlan özünü asacaq, ancaq buna səbəb kimi heç bir gözlənilməzlik, psixoloji sarsıntı yaradacaq bir hadisə demək olar ki qeyd olunmayıb. Hətda uğrunda öldüyü xanımın da adı bircə dəfə çəkilir hekayədə. Oxuduqca yəqin ki müəllif özünü asacaq qədər bəsit sonluğu yaratmayacağını düşünsəm də, düşüncəm - ən əsas da düşüncəmi bu cür hala gətirən əvvəlki uğurlu hekayələri- yanıldı.
-Sən Allah, o kəndir  haqq-hesabı  nəydi   bəs?
Səhərdən neçə adama cavab vermişdi, sözü hazır idi:
-Kəndir… lazımdır, özümü asacam.
Qonşunun oglu keçdiyi qapının o tayından onu hədələdi:
-Hələ bir lağa  da   qoyur məni, qayıdım, tələsmə, özüm keçirəcəm səni o kəndirə, özü də ayaqlarından…
Bu hekayədə müəllifin təxəyyülünü, fəlsəfəsini görmədim. Üzdə olan şeylərdən dərininə enmədən elə üzdən də yaz... Bu çox bəsitdir.
Bu sıradan bir şəxsin həyatını kənardan izləyib daxilinə varmadan səliqə ilə  kağıza köçürməkdir. Müəllif  bu hekayədə fikrini tamamlamaqda da əziyyət çəkdiyi üçün uzunçuluğa yol verib. Sanki nəsə eləmək istəyib ancaq alınmadığından sonunu elə əvvəldən görünən kimi intiharla tamamlayıb.

Avanqard.net

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.