Rüfət Əhmədzadə: "Yerinə yazı yazıram, gedib başqa yerdə dalımca danışır" - MÜSAHİBƏ

06.06.14

Rüfət Əhmədzadə: “Dəyərlərdən danışırıqsa, ziyalı insanlara da milli dəyər kimi baxmalıyıq”

İyunun 7-də gənc yazar, Kult.Az saytının redaktoru Rüfət Əhmədzadənin 28 yaşı tamam olur. Son zamanlar mətbuatda tez-tez görünür, şeir və yazıları sosial şəbəkələrdə çox paylaşılır. Kənardan profilini izləsək, xeyli çalışqan, amma xeyli də həssas bir insan olduğu açıq-aydın görünür. Bəzən kənardan qiymətləndirmə heç də doğru olmaya bilər, ona görə də, ad günü ərəfəsində onunla həmsöhbət olmaq qərarına gəldik.


– Rüfət, çox status yazırsan, xətdə “offline” görünsən də, demək olar ki, hər zaman sosial şəbəkədə tapmaq olar səni. Amma “facebook”da gün keçirən bir çox yazardan fərqli olaraq, sıx-sıx yazılarla da gündəmə gəlirsən. Müsabiqələr də öz yerində. Necə çatdırırsan, yatmaq, yaşamaq olur?


– Hə, çox status yazıram. Bu, heç də yaxşı deyil. Gözlər öyrəşir və zamanla insanları bezdirirsən. Amma çalışıram ki, boş-boş danışanlardan da olmayım. Sosial şəbəkədə ünsiyyət qurduğum adam çox azdır. Statuslarımı davamlı bəyənib şərh yazan adamların da çoxu ilə nadir hallarda danışıram. Ünsiyyətcil deyiləm. Realda çox adam olan yerlərdən də qaçıram, tədbirlərə az gedirəm, sakitliyi seçirəm. Amma elə görünür ki, sanki özümü gözə soxuram. Və ya avara adamam, “facebook”da yatıb-dururam. Mənim üçün bir saatdan bir status yazmaq siqaret çəkmək və ya çay içmək kimidir. Belə dincəlirəm, stres atıram. Digər yazarlardan da fərqim odur ki, hər gün 80-100 səhifə kitab oxumaq planım var. Oxumadığım gün heç nə yazmıram. Ən çox hekayələr oxuyuram. Latın Amerikası ədəbiyyatı ilə sıx maraqlanıram. Yaşamağa qaldıqda isə, ölkədəki insanların çoxu kimi, vaxtım az qalır. Övladım və ailəmlə 1-2 saat maraqlana bilirəmsə, bunun özü böyük şeydir.


– Ədəbi dili yaxşı bilirsən. Bunu hətta səni bəyənməyənlər də etiraf edir. Amma şeirlərin ədəbi mühitdə heç də hamı tərəfindən istedad nümunəsi kimi qarşılanmır. Buna nə deyirsən?


– Hamı tərəfindən kim bəyənilir? Gərək 70-80 yaşına çatasan, ya da ölüb gedəsən, ondan sonra paxıllığın və qərəzin daşını atıb otursunlar yenidən oxumağa, nə dediyini anlamağa çalışsınlar. Amma bəyənməyənlərin hamısını da qərəzli adlandırmazdım. Sadəcə insanlaın zövqləri qəlibləşib. Mən həm satirik, həm də lirik şair kimi yetişirəm. Əgər imkan versələr, zamanla sübut edərəm. Artıq bu yola qədəm qoymuşam. Öz oxucu kütləmi də tapmışam, artıq müsabiqələrdə münsiflərə də üslubumu lazımınca çatdırmağı öyrənirəm.... Yavaş-yavaş da, hara tələsirik? Bir də ki, hekayələrim dura-dura şairlik iddiasında deyiləm. Əksər şeirlərim məzələnmək, ironiya və parodiya üzərində qurulub. Sadəcə, təbiətim belədir: Yumor da yazanda lirikasız ötüşmür. Yekəxana çıxacaq, amma məni anlamaq üçün izləmək lazımdır.


– Heç yerə tələsmiriksə, bəs harasa gedirik? Yəni, nə kimi hədəflərin var?


– Beynəlxalq mükafatlara doğru gedirik. Amma səmimi danışım, “ölkəmi təmsil edəcəm” deyə pafosa əl atmaq istəmirəm. Mən nə edirəmsə, özüm üçün edirəm. Hətta ictimai-siyasi tənqidlər yazanda da, elə öz vicdanım üçün çalışıram. Özümə qarşı çox tənqidciləm. Mürtədlərin sırasına qatılmaq, on il sonra da vicdanımla baş-başa qalanda özümə nifrət etmək istəmirəm. Ondansa gənc yaşımda ölməyi üstün tutaram.


– “Gənc yaşında ölmək” deyirsən, elə bir təhlükə varmı yazarlar üçün?


– Nəzəri cəhətdən yoxdur. Amma praktikada cəmiyyəti, insanlarımızın sözə getməsini, tanımadan-bilmədən insanlara hücum etməsini nəzərə alaq. Öldürməsələr belə, insanı intihar həddinə çatdıra bilərlər. Hətta sərxoş həyat tərzi keçirən şairlərin, yazıçıların da əsas problemi odur ki, bizim cəmiyyət öz qələm adamları ilə dost ola bilmir. Özündən itələyir, qarşısına qoyur. Hətta bizə dəli kimi yanaşırlar. Sonra deyirlər ki, ağıllı olun. “Şorgöz” dediyin, “alkaş” dediyin, ayrıca tayfa kimi böldüyün şairdən nə haqla nümunəvi rəftar gözləyirsən? Bu, absurddur. Bunu liberal kimi yox, milliyyətçi yazar kimi deyirəm. Dəyərlərdən danışırıqsa, qələm adamlarına və ziyalı insanlara da milli dəyər kimi baxmalıyıq. İçizdirib şeir dedirtmək, onu da videoya çəkib paylaşmaq şairi sevmək deyil. Söyüşdən betəridir.


– Çox sərt danışırsan. Qələm dostlarına qarşı da birbaşa və sərt tənqidlərinə rast gəlirik. Düşmən qazanmaqdan bezmədin?


– Daha rast gəlməzsiniz. Əvvəllər idi elə. Hamısı diksinirdi. Xüsusən də xanım yazarlar. Çünki təriflərə öyrəşmişdilər. Bığıburma oğlanlar bir şairənin xoşuna gəlmək üçün tərif yarışına girirdilər. Mənimsə vecimə deyildi. Amma indi bir az yumşalmışam, qalmaqaldan uzaq qaçmağa çalışıram. Tənqidimi də şəxsən mesajla bildirirəm. Mənə hər gün 10-15 gənc yazar öz yazılarını göndərir. Oxuyuram, tövsiyələr verirəm. Mətni tamam silib kiminsə yerinə sıfırdan yazdığım da olub. Di gəl ki, üstündən bir ay keçib, həmin adamlar kiminsə statusunda mənim adım hallanan qeybətlərə qoşulublar. Uşaq deyiləm, kənardn görürəm.... İnanın, çox məyus oluram. Axı mənim kimsəyə həsədim, rəqabətim yoxdur. Özümçün yazıram, özümlə də yarışıram. Düşmənim də ancaq özüm ola bilərəm.


- AYB-yə üzv olacağın barədə mətbuata açıqlama da vermişdin. Doğrudan da belə fikrin var?


– Qabağıma qoyulacaq şərtlərdən asılıdır. Azad ruhlu insan olduğumu artıq hamı bilir, kim nə deyir desin, axırda yenə öz bildiyimi edəsiyəm.


– Evlilik sənə nə verdi?


– Böyüdüm. Çılğınlığım təmkinlə əvəzləndi. Radikallğımı geridə qoyub, siyasi taktika barədə düşünməyə başladım. Oğlumun olması ilə xərclərimiz də artdı, amma peşman deyiləm. Həyatımı dəyişdim, ümid edirəm, mərdiməzarlar səadətimi korlamazlar.


– Ailən var, yaxşı, daha nələr çatışmır?


– Azadlığım. Hətta ailəmdə də. Etiraf edim ki, bəzən həyat yoldaşım da mənə həddən artıq sahiblənməyə çalışır, çox maraqlanır. Yaxşı niyyətlə edir, amma mənim təbiətim çox marağı götürmür. Şairlərdə atılmışlıq zərurəti var. Gərək arada təcrid olunsunlar. Yoxsa, yaza bilməzlər. Azadlıqdan savayı, pulum və sağlamlığım çatışmır. Çox arzularımın ürəyimdə qalmasından qorxuram.


– “Ədəbi Azadlıq – 2014” şeir müsabiqəsi ilə özünü şair kimi tanıtdın. Xeyli oxucu qazandın. İndi bu oxucuları, bu boyda reytinqi nə edəcəksən?


– Hamısını kitab satışına yönəltmək istəyirəm. İrihəcmli əsərlər lazımdır. Hekayələr kitabı da pis olmaz. Təki internetdən asılılıq qırılsın. Avqusta doğru “Qanun”da yeni kitabım dərc olunacaq. Hekayələr kitabıdır, dəiqiq ad seçməmişən. Ondan sonra da roman növbəsidir. Hələ konkret süjet seçməmişəm. əsas üslubdur. Bir az sakit başla düşünməliyəm. Sonra da kitab bazarında öz sözümü deyəcəm. Təbii ki, mənim də kitablarımdan pul qazanmaq iddiam var.


– Xalqın sevimlisi olmaq üçün nə etmək lazımdır?


– Məncə nə qazansam da, bu ölkədə hər kəs bir söz deyəcək. Bu xalq çoxdan ziyalıları sevməyi tərgidib. Biz indi onlara hər şeyi sıfırdan öyrətməliyik. Hələlik, “Simurq” nağıllarından o yana keçəmmirik. Öz xalqımı qane etməkdə çətinlik çəkərdim. Xalq geniş və təzadlı məfhumdur, idealistlərin də düşmənidir. Çox xəyallara qapılmaq istəmirəm. Mən həmişə “underground” qalacam, tədbirlərə az gedəcəm və TV-lərdə az görünəcəm. Xoşbəxtliyin əsas düsturu çevrəni dar tutmaqdır. Dəyərli söz sənsiz də yayılacaq. Əsas ümidlərin möhkəm olmalıdır. Mən də öz içimdə ümidlənirəm. İnanıram ki. Tanrı öz lütfünü mənə də qıyacaq. Amma hələlik gizlənmək və işləmək lazımdır. İki-üç ay yeni yazı olmayacaq. Ümidlərim həssasdır, onlar üçün “əzələ” yığmalıyam.


– Ümidlərinə və sənə uğurlar...


– Sizə də. Oxucularıma salam deyərsiniz. Gözləsinlər, avqustda kitabla qayıdacağam.

/Aktual.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.