Turan İsayeva - Postmodernizm dövründə gənc olmaq
04.06.14
Postmodernizm dövründə gənc olmaq da çətin imiş. Öyrədilən kimimi yaşayasan, bildiyin, istədiyin kimimi? Elədiyin hərəkət kimə görə cəsarət, kimə görə özbaşınalıq, tərbiyəsizlik adlandırılır. Təbii ki, biz kimlərə görəsə yaşadıgımız müddətdə olur bunlar. Amma bu cəmiyyətdə bunun əksi necə nəticə verər o da müəmmalıdır.
Müasirliyə keçid dövrü yaşayan bir xalq özünə görə sərhədlər müəyyənləşdirib, müəyyən aşılmaması gərəkən xəttlər çəkir. Xalq bu çəkilmiş xəttin arxasındamı dursun, xətti keçsinmi, bilmir. Hələ ən acınacaqlısı xətti tapdalayıb ikili oynayanlardı. Xəttin bu tərəfində keçməmişəm deyib, qarşı tərəfdəkindən cəsarət təzahüratları eşidənlər də var.
21-ci əsrdə hansısa əxlaqi bir mövzunun avropada müzakirəsi gülünc, 20 illik müstəqil islam ölkəsində isə günah sayılır. Bir də konistitutsya, maddə, qanun deyilən bir şey də var ki, cəzalandırıla da bilərsən. Hansı ki sadəcə konistitutsyanın maddələrində qalır, realda tədbiq olunmur. Əslində hansı ki, günahkarı qanun yox, millətdir. Bir də o təzə dəbə düşmüş "mentalitet". 'Olmaz'larla dolu mentalitet. Antimodernizm təbliğçisi mentalitet.
Neçə əsr bundan əvvəl çəkdikləri o xətdən keçənləri ailə tərbiyəsi görməmiş,ö zbaşına, nə bilim nə adlandıran mentalitet. Və təbiiki o absurd varlığın qurucusu bu millət. Bu ölkədə doğulub böyümüşəm, bu cəmiyyətdə, bu insanlarla birlikdə. Amma onlarlaşmamışam. Onlar kimi olmağı bacarmamışam. Millətin baxış açısını bəyənməməklə birlikdə qəbul da etməmişəm. Bilirəm əlinə qələm alan nəyi və kimisə tənqid eləməyə başlayır. Özümü bir an hər şeyə irad tutan o insanlara oxşatdım. Yox, elə deyiləm. Ən azından siyasətə girişməmişəm və idarəetmə sistemindən yox, millətdən şikayətlənirəm.
Qayıdaq mövzuya. Bu dövrdə gənc olmağın çətinliyi və avantajlarına. Əslində gənc və ərgənlər hər dövrdə özlərindən əvvəlki nəslin, əsasən valideyinlərin iradına məruz qalırlar. Problem 2014-də başlamayıb. Hər zaman belə olub. Amma niyə biraz nəsə görən, biraz yaşlı ya da təcrübəli kiminsə ilk işi gənclərə ağıl vermək olur, bilmirəm. Onsuz da dinləmirlər, eşitmirlər (eşitmirik). Təcruübələrlə gəlir bütün yaşlar. Buraxsalar öz dövrümüzü özümüz qurarıq. Daha azad, daha bilgili, daha çagdaş. Nə isə yəqin ki həll olunacaq zamanla. Amma din və adət-ənənəylə inqilab edən bir millət görməmişik. Yəgin ki nə vaxtsa bu üsyankar yazıma ehtiyac qalmayacaq.
Avanqard.net
|