Azad Qaradərəli: “Ədəbiyyatımız ucuz fahişələrin yapısı altda gizlənir ki, alıcı toplasın” - MÜSAHİBƏ
03.06.14

Yazıçı Azad Qaradərəli ilə müsahibə


– Ədəbiyyat dövrünün aynasıdır. Yəni səhər, günorta, axşam şəhərdə, kənddə gördüklərimiz ədəbiyyatda öz əksini tapmalıdır. Amma tapırmı? Sabir deyirdi: “Zahida, gəl soyunaq bir kərə paltarımızı...”

Onda nə görəcəyik? Ədəbiyyatımız dərdlərimizdən, kədərimizdən qaçıb ara müğənnilərinin, rəqqasələrin, şou əhlinin, ucuz fahişələrin yapısı altda gizlənir ki, alıcı toplasın...

– Ədəbiyyat niyə bu gündədir?

– Hər adam yazıçı olmur və ya ola bilməz də. Olan da ədəbiyyatbazlıq, olacaq ki, bunun  yeri ən azı ədəbiyyatdan sonra gəlir və neçənci sırada durduğunu Allah bilir. Ədəbiyyatbazlar, əslində ədəbi istedadı olmayan, yaxud az olan adamlardır ki, bunlar həmişə əsl sənəti və sənətkarı bəd ayaqda sata biliblər. Borxes Pinoçetin ayağına gedən kimi! Bir çox sovet yazıçıları Stalini mədh edən kimi! Görün nə gündəyik ki, AYB-ın gənclər katibi deyir: “Mənə istedadlı gənc gərək deyil, mənə sədaqətli gənc gərəkdir”.   

- Daha çox gənclərlə dostluğa meyllisiz. Bunun səbəbini deyə bilərsizmi? Bəlkə, mənsub olduğunuz ədəbi nəsillə sizinki alınmır?

- Mən yazılarını çap etdiyim, internetdə yazışdığım, yazılarını sevə-sevə oxuduğum istedadlı gəncləri öz övladlarım kimi sevirəm. Və özümü heç də onların yanında 60 yaşlı qoca kimi hiss etmirəm. Mən səliqəli geyinməyi sevən, üzünü-saçını səliqə-sahmanda saxlayan biri kimi zahirən də cavan görünürəm və gənclərin iyli, tər qoxuyan, daim öskürən və gənclərə yuxarıdan aşağı baxan qocalardan zəhləsi getdiyini də bilirəm. Ona görə özümü həmişə köklənmiş vəziyyətdə  saxlayıram və özümü gənclərlə restoranlarda deyil, çayxanalarda deyil, ədəbi arenada bir yerdə hiss edirəm. Və buradan səslənirəm: “Şəxsən mənə sədaqətli yük atı, qatırı kimi üzüyola gənclər deyil, istedadlı və idarəolunmaz gənclər gərəkdir! Ədəbiyyatımızın gələcəyi onların əlindədir. Elə isə mən niyə onlardan qaçmalıyam ki?!”

- AYB-in mətbuat orqanlarından narazılığınızı gizlətmidiniz. Bu narazılıq haradan yararlanır?

- Mən daha bu barədə danışmıram ki... Nə mənası var? Bilirəm, indi bu sözümdən tutub ucuzluğa gedənlər olacaq, qoy olsun. AYB öz ömrünü onu yaradan SSRİ-yə çoxdan bağışlayıb. Necə deyərlər, motal əl çəkdi... Qardaşım, bu orqanlarda işləyənlər ağızlarıyla quş tutsalar da, faydası yox. Nədən, ondan ki, qarşıda bir baryer var və sənə açıq deyilməsə də, bilirsən ki, ondan yuxarı atdana bilməzsən. Şəhərdə inzibati binaların qabağında həmişəyaşıl bir kol olur, bağbanlar əllərində qayçı o kolu qayçılayıb istədikləri formaya salırlar. Bir belə, iki belə, sonda o kol daha başqa cür boy atmır, elə bağbanın istədiyi şəkildə yarpaqlayır, göyərir və olur əl quzusu kimi... daha istəsən də o özü istəyən kimi ola bilməz... axtalanmış cöngə kimi boynunu bükür qabağında... Bəsdi, yenə deyim?

Rəhmətlik Eldar Baxış məni çox təhrik edirdi ki, AYB-a üzv olum. Mən də hər dəfə soruşurdum ki, axı nə üçün? O boyda nəhəng adam cavab tapa bilmirdi və gülüb (siz kaş onun necə güldüyünü görə biləydiniz!) deyirdi: bəlkə ev-filan verdilər, axı sənin ailənə ev lazımdır, qaçqın ailəsidir... Çox xoşbəxtəm ki, o ev qovğalarından, kimlərinsə qabağında əyilməkdən, yaltaqlanmaqdan allah məni qoruya bildi. Gözəl insan, istedadlı yazıçı dostlarımın köməyi ilə Azərbaycan radiosunda 15 ilə yaxın işlədim, halal zəhmətimlə çörəyimi qazandım və eynən kənddəki kimi burada da torpağa daş qoyub ailəmə dam-daş tikdim. Hətta indi işsiz olsam da o dam-daşın içində qorxusuz-ürküsüz əyləşib mətnlərimi yazıram. Və baş redaktoru olduğum “Yazı” dərgisinin də “redaksiyası” elə bu dam-daşın içindədir. Və deyəsən, Azərbaycanda yeganə yazıçıyam ki, heç zaman AYB-ın və ya başqa bir ədəbi qurumun üzvü olmadım. Öyünməkçün demədim bu faktı.  Amma indi də ora ev, təqaüd-filan üçün gedən gənclərə çox acıyıram. Bir gün oradan imtina edəcəklərini qabaqcadan görür kimi...

- Bu gün Azərbaycan ədəbiyyatında kim hamıdan qərib görünür?

- Bu gün Azərbaycan ədəbiyyatında zahirən qərib görünən bir adam varsa, o da Əkrəm Əylislidir. Tez-tez zəngləşdiyim, arabir vaxt tapıb görüşdüyüm sənətkarın o “qəribliyindən” bizim bir çoxumuza pay düşür. Başqalarını bilmirəm, bu sarıdan mən öz “yükümü” götürmüşəm.

- Nədən yorulmusuz: sözdən yoxsa sözçülükdən?

- Sözdən heç vaxt yorulmaram. Axı bu mənim həm də yeganə çörək ağacımdır. Sözçülük isə... Mən bundan həmişə qaçmışam. Hər mənada.

- Azad Qaradərəli başqa bir yazıçı olsaydı, onu necə xarakterizə edərdiniz?

- Yazmağı bu gün yeganə peşəyə çevirən, ustadlarına ehtiram bəsləyən, özündən sonra gələn istedadlılara güvənən (amma güzəşt etməyən!), yalnız öz çörəyini yeyən, bir adama borclu qalmayan, bir az hövsəsləsiz, bir az kədərli, çox ciddi (hətta qədərindən çox!), ailəsinə, övladlarına bağlı birisi.

- Sonda gələcək barədə bir neçə cümlə deyərdiniz. İndi onsuz da tanımırlar. Gələcəkdə hər hansı yazıçını küçədə görəndə salam verəcəklərmi?

- İndi bir çoxları mənimlə təmasdan çəkinirlər. Bəzən hətta bunu mən özüm istəyirəm – kiminsə işini itirməsini istəmirəm. Amma onlar mənə gizlində yazırlar, yaxud ismarış göndərirlər ki, biz sizinləyik. Bu indiki vəziyyət. Gələcək barədə isə... Ən azından söyüş sahibi olmayacağıma əminəm. Orta və ali məktəbdə bizə zorla oxutdurulan “yazıçılara” o qədər söymüşük ki!.. Əgər yazdıqlarımın gələcəyinə inanmasaydım, mənim yaxşı bacardığım digər peşələrim var, müəllimlik, jurnalistika, hətta fəhləlik də! onlarla məşğul olardım... Hə, salam demişdiniz... salam olmasa da olar. Yetər ki, yazdıqlarımızı oxusunlar... /modern.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.