Rüfət Əhmədzadə - Afaq Məsuddan nə gözləyirik?
26.05.14

Son günlər müzakirə olunan təyinat mətbuatda və ədəbi mühitdə müxtəlif fikirlərin səslənməsinə səbəb oldu. Lakin əksər fikir və mülahizələr Azərbaycanda tərcümə sənətinin inkişafı yollarından çox Afaq Məsudun uğurlu və ya uğursuz seçim olması, bacarıb-bacarmayacağı ətrafında dolaşıb-durdu. Belə seçimlərə müdaxilə imkanım olmadığına görə, münasibətimi və yazımı bu təyinat üzərində qurmayacam.
 
Afaq Məsudu ədəbi mühit “Yol”dan və “Xəzər”dən tanıyır. Mən gəncəm, bu mətbu orqanların gəlhagəlli vaxtlarını görməmişəm. Amma görənlər var; məsələn, Zahir Əzəmətdən bu gün Afaq Məsudu necə tanıdığını soruşanda mənə dedi ki, vaxt var idi, “Yol”a görə insanlar növbəyə düzülürdü.  Bir də onu dedi ki, o xanım büdcə olanda iş görə bilir və cəmiyyət də artıq buna şahiddir. Yaxşı... Deməli, büdcə də olacaq, yeni profili və imkanları olan tərcümə mərkəzinin konkret fəaliyyət planı da var.  Ümid edək ki, həm bədii tərcüməmiz, həm də ümumiyyətlə tərcüməşünaslığımız bundan qazana biləcək.
 
İxtisasca tərcüməçiyəm. Ara-sıra hekayə tərcümələrini və bir-iki kitabı saya almasaq, tərcüməyə və tərcüməşünaslığa yeni heç nə qazandıra bilmirəm. Arzum var idi ki, təhsilimi davam etdirim, elmi dərəcə alım, bu sahəyə tərcüməçi kimi yox, tərcüməşünas kimi töhfələr verim. Alınmadı. İş-güc, problemlər.... Bir çox gənc kimi mən də öz arzularımın ardınca gedə bilmədim. Amma bəzən şəxsi arzular hansısa ümummilli problemlərə bağlı ola bilər.
Məsələn, tərcüməşünas alim kimi yetişmək istəyirsən, tələbəlik illərindən bu yana öz dilində bir sanballı vəsait tapa bilmirsən. Tapdıqların da qəliz və oxunduğu andaca unudulan tərcümə mətnləridir. Demək olar ki, heç bir alim öz “laboratoriyası”nda yeni bir əsər çıxarmağa cəhd göstərmir. Arzularımdan və gözlədiklərimdən biri də bu “laboratoriya”nın formalaşmasıdır.
 
Daha sonra: Azərbaycanın bir neçə ali təhsil müəssisəsində Tərcümə fakültələri var, pedaqoqlarımız və gənc kadrlarımız da az deyil. Tərcüməçilərin assosiasiya və birlikləri də var. Bir neçə gənc tərcüməçi toplaşıb mərkəz də yarada bilir. Bu, müsbət haldır. Amma yenə də bütün inkişaf “partizan müharibəsi” şəraitində gedir. Məncə, Afaq Məsudun AzərTAc-a dediyi kimi, “nəzarətə almaq” yox, “himayəyə almağa” ehtiyac var.
 
Bir neçə elmi konfransa şahidlik etmişəm, iştirak etdiklərim də olub. Nədənsə, bu konfransların çoxu sanki plan yerinə yetirirmiş kimi, tələm-tələsik, səthi keçirilir. Hərə öz məruzəsini oxuyur, dağılışır. Gənclər yaşlı alimləri nə vaxt tapacaq, necə məsləhətləşəcək, xarici təcrübədən necə yararlanacaqlar... Allah bilir.
 
Həm elmi, həm də bədii tərcümə sahəsində yenilik yox kimidir. Orijinaldan tərcümə də çox azdır. Rus və türk dillərindən asılılığımıza son verə bilmirik. Frazeologizmlərin, realiyalar və idioamaların tərcümələrində hələ bir qərara gəlib ortaya sanballı nümunə çıxara bilmirik. Hərə öz bildiyi kimi edir. Gənclər də nə vaxta qədər partizanlıq etsinlər? Və nə vaxta qədər öz ehtimallarımız üzərində iş görməliyik? Əyri bitən ting böyüyüb ağac olanda onu necə düzəldəcəyik?
 
Və ən sonda: Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi istər nazirliklərin, istərsə də ictimai qurumların tərcüməçiləriylə sıx və ciddi işləməli olacaq.
 
Nəyə görə? Bədii tərcüməyə meyli olan adam texniki mətnlərə girişməyə məcbur qalmasın, yox əgər başqa yolu yoxdursa, üsulları, stilistikanı yaxşı öyrənsin. Hətta lazım gəlsə, bu mərkəz ali məktəblərdə tədris proqramına da müdaxilə etsin, prosesi istiqamətləndirsin. Bəlkə, bundan sonra gənc tərcüməçilərimiz öz arzularına daha tez və rahat çata bilərlər. /kulis.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.