Beynəlxalq Rəsul Rza Mükafatı yeni qaliblərə təqdim olunub
21.05.14

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olması münasibətilə şairin xatirəsinin anma mərasimi keçirilib. Mərasim iştirakçıları şairin Fəxri Xiyabandakı məzarını ziyarət edərək, abidəsi üzərinə gül-çiçək düzüblər. Sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında Beynəlxalq Rəsul Rza Ədəbi Mükafatının 2014-cü il laureatlarının təqdimatı keçirilib.

Tədbirdə Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin həyat və yaradıcılığı barədə slayd nümayiş olunub və Azərbaycan İncəsənət Gimnaziyasının tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib. Fidan Qədimli və başqa tələbələr şairin poeziyasından nümunələr səsləndiriblər, şeirlərinə bəstələnmiş mahnılar oxunub.

Tədbirdə çıxış edən professor Nizaməddin Şəmsizadə mütəfəkkir şair Rəsul Rza poeziyasının müasirliyindən, novatorluğundan söz açıb: "Rəsul Rza və Nigar Rəfibəyli mənim ən sevimli şairlərimdəndir. Azərbaycanda 60-cı illər poeziyasının əsasını qoyan Rəsul Rzadır. Onun poeziyası novator poeziyadır. O, fəlsəfi-intellektual şeirimizin banisidir. Rəsul Rza rənglərin poetik fəlsəfəsini ustalıqla qələmə alıb".

Alim və şair Elçin İsgəndərzadə Rəsul Rzanın yaradıcılığından danışıb, şairin poeziyası haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, tərtibçisi olduğu "Rənglər. Beynəlxalıq Rəsul Rza mükafatı laureatlarının şeir antologiyası" kitabını iştirakçılara təqdim edib.

"Vektor" Beynəlxalq Elm Mərkəzinin nəşri olan kitabın redaktoru AYB katibi Rəşad Məcid, ön sözün müəllifi Xalq şairi Fikrət Qocadır.

Sonra Rəşad Məcid Beynəlxalq Rəsul Rza mükafatlarını qaliblərə təqdim edib. Fərqanə Mehdiyeva, Südabə Sərvi, Dayandur Sevgin, Zakir Məmməd, Minaxanım Təkləli, Salatın Əhmədli, Çingiz Əsədullayev mükafata layiq görülüblər.

Tədbirin sonunda Xalq yazıçısı Anar Beynəlxalq Rəsul Rza Mükafatının yeni laureatlarını təbrik edib. Anar Azərbaycan İncəsənət Gimnaziyasının müəllim və tələbələrinə, iştirakçılara Rəsul Rzanı unutmadıqları, yaradıcılığına hörmətlə yanaşdıqları üçün təşəkkürünü bildirib. /525.az/



 

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.