Ziyad Quluzadə - Cavidin ‘Femme Fatalesi’... Leylası
20.05.14

“Məşhur insanlar müxtəlif həyat tərzlərini və
 cəmmiyyətin qavrayış tərzini kütləyə 
nümunə göstərmək üçün mövcuddurlar. 
Və bu mənada özlərinin “qlobal” olduqlarını
 ifadə etmək azaldığına sahibdirlər.”
      
Guy Debord “Gösteri Toplumu”


     Bəlkə əvvəlcə “Leyla” romanının ümumi “aura”sına toxunmaq lazımdır. Walter Benjaminin təbirincə desək, əslində “aura” təkcənəliyin, orjiallığın yaratdığı təssüratdır. Di gəl ki, bunun kənarında da “aura” yaratmaq imkanı mövcuddur. Bu mənada yaranan “təəssürat”, “aura” əsərin məqsədindən asılıdır. Əgər hədəf Cavidin qarşısına qoyduğu kimi ifşa etmək və pop-art, “şov-biznesi”n siyasi və mədəni propaqandaçılıq funksiyasını kütləvi tirajlamaqla hamıya agah etməkdirsə, o zaman roman oxucuda bəsirət pərdəsini deşib, parçalayıb həqiqi mənzərəni görməyə imkan verə bilər. Bildi. Bilir.

    Müəllifin ölümünü elan etmədən öncə, Cavidin “məsələsi”nin nə olduğu sualı ətrafında düşünmək istəyərdim. Rolan Bart yazıçının, yaradıcı insanın “məsələsi” olmalıdır deyə vurğulayır. Elə bizim zənnimizcə də, Cavidi narahat edən, onu yazmağa təşviq edən, cəhdləndirən bir çıxış nöqtəsi, matrisi, paradiqması, çox dərinə basdırılmış arxetipləri olmalıdır. “Məsələ”si olmayan (problem yox, bir növ məsələ, həll edilməyi gözləyən məsələ) yazıçılar qrafomanlardır. Ki, burada da əslində müzakirəyə böyük mötərizə açmaq təqdiri-şayandır.

    Ancaq Cavidin “məsələsi” qrafoman “arxetipsizliyinin”, “şüuraltısılzığının” əksinə daha dərin və daha aktualdır. Jurnaslist Rəcəbin “flanör”lüyü, avara və sərgərdan həyat keçirməsi, ancaq eyni zamanda bu avarılığın üfüqündə ümidlə “günəş gözləyən” və öz qalibiyyətinə, uğuruna qıyğacı inanan tipik azərbaycanlı yazıçını, ziyalını görürük. Bu xarakterdə ənənəvi və mental həyat tərziylə (Əsmər) daha içi boş, daha buludüstü və “femme Fatale” müyilli (Leyla) bir tərəddüd məqamını görmək mümkündür. Və Cavidin məsələsi əslində bu dillemanın, bu dualığın, ikiləşmənin və iki arada bir dərədə qalmağın məsələsidir. Bu problem bir tərəfdən cəmiyyətə sırınan o parlaq işıqlı həyat, digər tərəfdən isə müəllifin özünün  roman boyu yaratdığı kənd obrazı… Rasim Qaraca öz məqaləsində bu kəndlilik və təzək qoxusunu bir yazarın düşüncəsinin səviyyəsi kimi təqdim edir. Etməyə cəhdlənir. Di gəl ki, unudur ki, varoluşumuzun və ətrafımınız özü, evimizin kandarı, toplumsal bilincimiz elə əslində Cavidin bənzətmələri kimi təzəy iyi verir. “İnformasiya inqilabı”na qulağını tıxamışlar olaraq təzək qoxusunun təkcə tövləmizdən, əyin-başımızdan yox, düşüncəmizdən, varoluşumuzun mahiyyətindən gəldiyini qeyd eymək lazımdır. Bəlkə də, Cavidin məqsədi, məsələsi elə düşüncəmizi bu kənd ab-havalı şou-biznes “aurası” yaradan romanıyla rişğənd etmək, zarafatlaşmaq, ifşa etməkdir. (?)   Bu mənada mövcud burjaziyanın dımırığını, orağını hələ təzəcə əlindən yerə qoyduğunu, ancaq önlüyünü çıxarmağı unutduğunu deyə bilərik.

    Rəcəb, Leyla və bütünlüklə romanın yaratdığı mənzərə mənim zənnimcə “milli citch” örnəyidir. Çünki, atalarımız bəlkə də “Citch”ə ən yaxşı kəlamı işlədiblər. “Üstü bəzək, altı təzək.” Dünyanın dalınca tələm-tələsik qaçan bütün “gecyuxudanoyanmış” cəmiyyətlər kimi, hər şeyə bir quş qoymaq xatirinə baş vururuq. Bu mənada Fukonun “yanlışbilinç” termini əslində məsələni daha geniş şəkildə açır. Bəli, hamımız yanlış bilinclənmiş, səhv məlumatlarla doldurulmuş haldayıq.

 Qəfildən azadlıq əldə etməyin və onun ardınca gələn işğal qələbədən çox məğlubbiyətə köklənmiş cəmiyyətimizi hər şeyin “hiperhəqiqətini” yaratmağa məcbur etdi. Biz Lacanın  təbirincə  desək “şizofrenik” bir topluma çevrildik. Elə buna görədir ki, öz “flanör“lüyü və cəmiyyətin “vədsizliyi” qarşısında Rəcəb “məşhur yazıçı hiper həqiqətini” uydurub. O, elə güman edir ki, romanını çap edən kimi kütləvi satışlar və qarşısı alınmaz şöhrət onun qapısını çalacaq. Əslində bu bir növ Rəcəbin mövcud varoluşumuza ironiyasıdır. Bu məqamda elə Cavidin məsələsi də daha aydın ortaya çıxır. Cavid, o dayanmadan məşhur yazıçı adları sadalayan Rəcəbin timsalında bizə təqribən belə bir fikir çatdırır. “Mass-media və panoptikon var olduqca Leylalar və onun güdükçüləri qəhrəman kimi sırınacaq. Rəcəb kimilər öz hiper-uğurunun təsirində adi bir “flanör” həyatı yaşayacaqlar.”

    Panoptikon romanın elə girişindəcə özünü göstərir. Onun varoluşu, gizliliyi, xəlvəti işləməyi strukturun və bütünlüklə sistemin Çarli Çaplinin “Modern Zamanlar” filmindəki kimi bütün çarxlarıya necə işlədiyinin göstəricisidir. Rəcəbin rahatca döyülməyi, onun bütün hallarda təhqir olunması və bir növ medyanın “dördüncü hökümət” adlı mifinin çoxdan zibil qabına tullandığının xəbərçisidir. Şübhəsiz “Leyla” romanını daha konseptual ve semiotikanın bütün imkanlarıyla və tənqidin “dekanstruksiyalı” oxusuyla analiz etməli olsaq, xeyli dərin mətləblərə toxunmaq gərəklidir.

     XXI əsrin afyonu, nəşəsi SEKSDİR. Mass-medyanın, yəni Leylanın və Rəcəbin eyni silahın mərmiləri olduğu sistem kütləni həyatın əsas qayğılarından uzaqlaşdıraraq daha yüngül mövzular barəsində düşünməyə sövq edir. Mişel Fuko deyirdi, “dövlət müharibələri və topluma aid prolemləri ölkənin sərhədlərinin kənarına çıxarıb. Kütlə zərərsiz bir birlikdir.” Bu mənada Rəcəb və Leyla bizim hamımızıq. Çünki, 24 saat  televiziyadan bizə məcburən sırınan lüks həyat nağılları, kapitalizmin (buna post-kapitalizmdə demək olar) bizi dayanmadan istehlakçı və alıcı kimi formalaşdırması bunun ən bariz örnəyidir. Elə roman boyu da adları çəkilən maşın firmaları, eynək qiyməti və başqa nəsnələr məndə Cavidin kapitalizmə qarşı amansız müharibə elan etdiyi təəssüratı oyatdı.

    Bizim şou-biznes haqqında bir roman məhz belə yazılmalıydı. Bənzətmələri kənd-kəssək “aurası” yaradan, içində dərinliyi olmayan “femme Fatale”nin və “flanör”lüyün ironik bir şəkildə təqdim edildiyi roman…

    P.S. Leylalar və ya Röyalar bizi kapitalizm dünyasına və “səhvbilinçli”, “illuziyalı”, başdan ayağa simulakrlara bürünmüş bir gələcəyə aparır.

Avanqard.net
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.