Səxavət Sahil - İrinanın yatağındakı azərbaycanlı

29.04.14

Yəqin ki, ququ quşu haqqında eşidib-bilən olar. Eşidib-bilən yoxdursa, mənim borcumdur ki, kəmali-ədəblə eşidib-bilməyənlərin diqqətinə ərz eləyim.

Bu quş öz adını çıxardığı “ku-ku” səsinə görə alıb. Çıxardığı səs quşun öz işidir deyə  bizim onun səsiylə işimiz yoxdur. Keçirəm əsas məsələyə. Ququ quşu heç vaxt əziyyət-filan çəkib balalarını özü çıxarmır. O, həmişə yumurtalarını başqa quşların yuvalarına dürtüşdürür. Böyümüş bala ququ quşu digər bala quşları yuvadan atır – yersiz gəldi, yerli qaç məsələsi. Atılmış balaların anası isə həmin bala ququ quşunu yedizdirməyə davam edir. Sonrası bizə lazım deyil, özü bilər.

Heç kimin xətir-xuruşuna dəyməsin. Bizim azərbaycanlıların bəziləri var ki, ququ kimi yaşayır. Rusyadan tutmuş Ukraynaya qədər “iz” buraxıblar. Ədəbi dildə desək, Ququ quşunun həyatını dekonstruksiya eləməklə məğuldurlar.

Keçirəm indi əhvalatımın cananına.

Şərti adı Edik olan yarlı-yaraşıqlı, lay divar kimi, Koroğlu bığlı, qanacaqlı-mərifətli bir vətənoğlumuz, buraları bəyənməyib gedir Rusyada təhsil almağa. Bir az da dəqiqləşdirsək, Moskvaya.

Moskva nə Moskva, əsl cənnətməkan. Soyuğunu, qarını gözə almasan deyərsən ki, huri-mələk dolu əsl cənnətdir. Gözəlin biri sağında, biri solunda. Təklifsiz-filansız, özləri girişirlər. Edik də az aşın duzu deyil ha, girinə keçəni tinə çəkir.

Rusiyada olasan, iki rus gözəlinə – rus qızlarına və rus arağına tamah salmayasan. Yüzdə-mində biri olar ki, bunlara fikir verməyə. Ona da şübhəylə baxırlar.

Edik qardaşımız da belə işlərin sənətkarıdır. Günü yeyib-içmək, gəzmək, bir sözlə kef çəkməkdir. Axşam da yorulanda özünü verir tələbə yataqxanasına, gözü gündüzdən doymursa, qapıda duran nəzarətçi Kostya dayıya 5-dən, 3-dən verib gözəlçənin birini yatağına salır. Gecə o qədər yorulur ki, səhər durub dərsə getmək üçün saatı qurub dəmir vedrənin içinə qoyub yatır.

Nə başınızı ağrıdım, bu gözəlçələrin biri vətənoğlumuza meyil salır. Həmən bu gözəlçə də kitabxanada işləyir. İrina görür ki, savadlı və yaraşıqlı qafqazlı balası, əsl onun malıdır. Deyim ki, bu eşqibazlıqda Edikin rolu olsa da, İrinanın da canı istəyir, yəni ingilislər demiş “fifty-fifty” olur.

Gün-güzəranını İrinanın yatağında keçirən vətənoğlumuz “işin” sonrasını fikirləşmir, dünya-aləm eyninə gəlmir.

 

- Dişinin dibində şirə qalıb, deyəsən?

- Ola bilər. Sənin məktubundakı nüansı da müzakirə etmək pis olmazdı.

- Sən bunu nüans adlandırırsan?

- Bəs nə deyim, “ublyudok”?

- Məni cırnatmaq istəyirsən? Niyə zəng eləmisən?

- Qəribə adamsan, məktub yazmısan, məni ququ quşu adlandırmısan...   

- Qulaq as... Uşağa qaldığımı biləndə təşvişə düşdüm, özümü itirdim. Kiminsə mənə həyan olmasını istədim...

 

Yuxarıda yazdığım bu dialoq məlumu-ərzdir ki, Ediklə İrinanın arasında olan telefon söhbətidir. İrinanın hamilə qalması haqqında yazdığı məktubdan tükü belə tərpənməyən Edik, üstündən bir müddət keçəndən sonra İrinaya xala-xətrin zəng edir. Təbii ki, bu zəng Edikin vəziyyəti “gül” olanda, yəni sərxoş olanda baş verir.  

Çənə-boğaz edib, vaqiə elədiklərim Etimad Başkeçidin “Min yol mənə söylər...” romanından çırpışdırmalardır. Roman haqqında çox yazıblar deyə, mən zəhlətökənlik eləmək istəmədim. Bir-iki kəlmə deyim ki, roman 90-cı illərdə, sovetlərin dağılhadağılında Moskvada oxuyan azərbaycanlı vətənoğlumuzun başına gələn hadisələrdən bəhs edir.

“Min yol mənə söylər...”in dili, üslubu olduqca maraqlı və özünə (müəllifə) məxsusdur. Əlavə edim ki, roman hazırlıqlı oxucu üçün daha əlverişlidir. Çünki mətndə rast gəlinən ifadələri, bənzətmələri “tutmaq” üçün bu mətnə qədər yazılanlardan xəbərdar olmaq gərəkdir.

Daha uzun-uzadı çərənçilik eləmək fikrindən Moskva qədər uzağam. Odur ki, ən yaxşısı romanı alıb, oxumaqdır. Sənətkarlıqla yazılan “Min yol mənə söylər...” romanı ədəbiyyatımız üçün qiymətli başlanğıc sayıla bilər./1937.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.