"Qanun" nəşriyyatından yeni kitablar
29.04.14



Enis Batur - ALMA

Bakı, Qanun Nəşriyyatı, 2014, 152 səh.,
Türkcədən tərcümə: Nizami Zöhrabi
Redaktor: Kənan Hacı

Hörgü texnikası əsasında bir roman təcrübəsi

«Acı bilik – Çılpaq rəsm sənəti əsasında bir roman təcrübəsi»ndən sonra Enis Batur buna oxşar bir tərzdə «Alma»da qarşımıza çıxır. Hörgü texnikası əsasında bir roman təcrübəsi. Sağ və sol əlində mil, sağında və solunda fərqli yumaqlar olan yazıçı ilmə-ilmə irəliləyir.

Qərb sənətinin qadağanlara zidd əsərlərindən biri – Kourbetin «Dünyanın başladığı yer» əsəri 1866-cı ildə Osmanlı kolleksiyaçısı tərəfindən rəssama sifariş verildiyi andan 1995-ci ildə Orsay Muzeyində ictimaiyyətə təqdim olunmasına qədər müxtəlif örtüklərin altında gizli saxlanmışdı.

Ortaya çıxdığı zaman Qərbdə sənət tarixçiləri, tənqidçilər, roman yazanlar onun ətrafında sıxlaşdılar. Qərbin ən şərq nöqtəsində, olub-keçənlərə İstanbuldan baxan bir türk yazıçı tərs yöndən hörgünü söküb yenidən hörməyə qərar verdi. Bu kitab qabartma motiv olaraq Xəlil Şərif Paşanı seçən, onu həm Kourbetin əsərinə və alışılmayan bir yaradılış təfsirinə bağlayan, həm də «Özgəlik» statusunu eşələyən bir perspektivə söykənir.
Enis Baturdan daha bir məlun mətn





MUSTAFA KILINÇ - QADINLAR NƏ İSTƏYİR? KİŞİLƏR NƏ VERİR?

Bakı, Qanun Nəşriyyatı, 2014
312 səh. 1000 tiraj
Türkcədən tərcümə:   Anar Öztürk
Redaktor: Anar Öztürk
5.40 AZN

Mustafa Kılınç baş ofisi Amerikada yerləşən Dünya NLP təlimçiləri arasında yer alan yeganə türkdür. Türkiyənin ilk və yeganə peşəkar NLP təlimçisidir. Siyasi Qoç adını qazanan Kılınç  fərdi inkişaf, insan qaynaqları, idarəetmə sənəti, ünsiyyət, zəka, uğur, liderlik, psixologiya, yenilikçi zəka və “Təsirli liderlik” sahəsində araşdırmalar aparmış və bir sıra işlər görmüş biridir. Türkiyədə ilk dəfə NLP Qoçluğu və Siyasi Qoçluğu həyata keçirən Kılınç NLP Mütəxəssisləri Dərnəyinin rəhbəri, TÜSİAV Təhsil Sektoru başqanıdır.

”NLP ilə təsirli Qoçluq”, “İçimizdəki Həqiqət”, “NLP ilə uğurun daxili oyunu” və “Təsirli Liderlik” kitablarının müəllifidir.

“İnsan düşündüyü qədər güclü, inandığı qədər ­qiymətlidir”.

 

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.