"Gənc qələm sahibləri" adlı kitabın təqdimat mərasimi keçiriləcək
29.04.14
Gənclər Fondunun dəstəyi ilə gənc yazarların əsərləri toplu halında çap olundu.
"Gənc qələm sahibləri" adlı kitabın təqdimat mərasimi keçiriləcək.
Prezident yanında Gənclər Fondunun dəstəyi ilə çap olunan "Gənc qələm sahibləri" adlı kitabın təqdimat mərasimi keçiriləcək. Gənc yazar Qurbanəli Ömərin rəhbəri olduğu eyni adlı layihə çərçivəsində çap olunan kitabda 30-a yaxın gənc yazarın əsəri yerləşdirilib. Layihənin eksperti, kitabın redaktoru və naşiri tanınmış dedektiv yazıçı Müşfiq XANdır.
Əvvəlcədən elan olunan müsabiqədən keçən və kitabda çap olunmaq şansı qazanan yazarların sırasında Könül Həsənqulu, Mahmud Ağakişioğlu, Günay Novruz, Nicat Kazımov, Nərmin Şamilbəyli, Elşad Can Şamil, Sərraf Balaxan, Əfsanə Ələsgərli, Aygün Adilqızı, Ülvi Əhməd, İntiqam Yaşar və başqaları yer alıb.
Kitab "Hədəf Nəşrləri"ndə çap olunub.
Kitabın təqdimat və layihənin bağlanış mərasimi 2 May 2014-cü il tarixdə Nəsimi rayonu, Puşkin küçəsi 26a ünvanında yerləşən (28 May metrosunun yaxınlığı, AK center II mərtəbə) "Kitabevim.az" Kitab evində keçiriləcəkdir. Təqdimat saat 15:00-da başlayacaq.
Avanqard.net
|