Nicat Həşimzadə - Ehtirasın qan rəngi

29.04.14

Hekayə

Uğursuz bir eşqin məhbusuyam mən,
Ömrüm keçir soyuq divarlar arasında .
                                               Nicat


Nigahdan  kənar  doğulan  uşaqlara  həsr  edirəm
 


“Gecə  səssiz  -  darıxıram,  bu   sükutda  bir   dəhşət  var.  Keçmiş-dəki günlərin əzablı xatirələri. Aramsız   yağan  yağış  da   o  nisgilli anların  kədərini  yumaqda   acizdir. Yağışın  altında  dayanıb  səssiz  halda  dənizə baxıram. O dəniz ki, ən  gizli  görüşlərimizdən,  ən  məhrəm mü-nasibətlərimizdən  xəbərdar  idi. Həm  xoşbəxt, həm  də   kədərli    anlarımızın əbədi  şahidi  -  bu   qoca   dəniz.  Dənizlə  mən,  ikimizdə   ilk  görüş  məkanımızdayıq , amma  sən  yoxsan .  söylə sənmi  vəfasızsan, yoxsa  mənmi   xainəm?”
  Müharibədən  sağ  - salamat qayıdan  Rüfət  yuxuda  sayıqlayırdı . Nakam  eşqin əzabını  və  dost  xəyanətini  unuda  bilmirdi. Qərar  vermiş-dilər. Ülkərlə nişanları olacaqdı. Amma gözlənilməz müharibə hər  şeyi dəyişdi. Könüllü dəstələrin toplanışı adı  ilə insanları zorla döyə - döyə müharibəyə göndərirdilər. İnsanların əksıriyyəti Qarabağın  taleyinin həll olunduğunu, torpaqların hansısa  vicdansız məqsədlər uğrunda təhvil  verilməsini  və  döyüşlərin simvolik xarakter  daşımasını dərk edirdilər. Bu həqiqətləri  bilə - bilə məcburən   savaşa  getmək onlara əzab verirdi. Amma bəzi  Şərq  ölkələrində  lduğu  kimi  Azərbaycanda da    “dövlətlə  dövlətlik  etmək olmaz ” – deyə bir   düşüncə  vardı. Azərbaycan və erməni   xalqları  nə  istədiklərini  özləri də  bilmirdi.  Rusun hiyləsinə aldanaraq   döyüşürdülər . Rusiyanın  Cənubi  Qafqazı  parçalamaq  siyasəti  özünü  doğruldurdu. Qafqaz   xaqlarının  birləşərək üsyan  edəcəklərindən qorxan Rusiya  ağıllı  taktika   seçmişdi. Ağıllı gürcü  xalqı   bu  yalana  uymadı. Lakin  sonra  onlarda   da   daxili  müna-qişələr başlandı və guya ki, Rusiyanın  sülhməramlı qoşunları ölkədə sabitlik  yaratdılar.
Rüfət həyəcanlı halda  yuxudan oyandı. Ətrafına baxdı, sakitlik idi. Anası  əlini  övladının alnına  qoyaraq  təsəlli  verməyə başladı. Ağbir-çək qadınların ənənəvi və heç bir işə yaramayan sözlərini  təkrarladı:  -   “darıxma oğul, həyat hər insana bir  cür  əzab çəkdirir, qarşına Ülkərdən yaxşı qızlar çıxacaq, birini sevərsən, ailə qurarsınız, övladla-rınız olar. mən də ömrümün son illərini nəvələrimə həsr edərəm. ”Səs-siz halda  anasını dinləyən Rüfət  düşündü: “ eh,  ana, kaş hər  şey  sənin  dediyin kimi  sadə olaydı” – lakin  susdu , bir söz demədi. Nə deyə bilərdi ki? Bu   qadının  da   həyatla  vidalaşmadan   övladının   xoşbəxt günlərini  görməyə sonsuz haqqı vardı .
    Bakının balaca  fahişəxanalarında evli  kişilərin qanlarının qaynayan, ehtiraslarının coşan vaxtı idi. Gecə isə ləyaqətli ailə başçısı kimi evlə-rinə dönəcək, utanmadan müqəddəs ər  vəzifəsini  icra  edəcək, yataq-da uyuduqları  zaman  enerji  qıtlığı üzündən qadınlarına toxunmaya-caqdlılar. Qadınlar  isə hər  zamankı kimi  bu  dəfə də düşünəcəkdilər:
    -  Kişi işdən  gec  gəlib, yəqin   yorğundur .
    Müharibədən sonra Bakıda gecə klublarının, fahişəxanaların  və  hət-ta  fahişələrin də  sayı  artmışdı. Çünki muharibə kişi cinsinə mənsub insanların  sayını azaltmış, digər “qəhrəman”  kişilər  isə  qadınların  dul qalmasından öz məqsədləri naminə  istifadə  etməyə başlamışdılar. Körpələri atasız qoyan, qadınları dul edən müharibə “qəhrəman” kişilərin və “Mamarozaların” qazanc mənbəyinə çevrilmişdi.  Sənədləri oğurlanan, zorlanaraq video kameralara  çəkilən, təhdidlərlə qarşılaşan qadınlar mövcud vəziyyətlə barışmalı olurdular.
   Çağırış vərəqəsini alan ilk şəxs Rüfətin anası oldu. Dili – dodağı quru-du , ayaqları  tutuldu. Rüfət isə  həmin gün Ülkərlə görüşmüşdü.  Sanki bu görüşün sonuncu olacağını  hər ikisi anlamışdı. Hər görüşdə  dodaq – dodağa öpüşməklə  kifayətlənirdilər. Ancaq  bu dəfə çox irəli getdilər. Ehtiras  dalğaları  ruhlara hakim kəsilib hökm oxuyurdu. Qız bütün var-lığıyla sevgilisinə tabe olmağa can atırdı. Bunu  hiss  etdirməyə utanırdı Qərb təfəkkürlü qızlar bu cür hallarda oğlanla mazaqlaşar, gic – gic səslər çıxarar, axmaq   söhbətlər edər, Şərq qadınları isə  utanar, başını aşağı salar, səsinin  eşidiləcəyindən  ehtiyat edər. Qızı nəvazişlə soyun-durmağa  başladı. Tələsmirdi, bu  anların  hər  saniyəsini  yaddaşına  həkk  etmək istəyirdi. Qızın  bədənini  hərarətli  öpüşlərlə sığallayandan sonra   ritmi  artırdı. Qan  sürətlə  eyni  istiqamətdə  hərəkət edir, oğlanı daha  da  qızışdırırdı. Qarşısındakı  vücudun hər  hüceyrəsindən həzz   alır, qızı  bütün  ruhuyla   hiss  etməyə çalışırdı. Oğlan özünə nəzarəti itirdi, sanki  bir  andaca  vəhşiləşdi. Öz günahkar alətini qızın  günahsız  vücudunda  gizlətdiyi zaman  ruhlar arasında sevişrəqsı başladı. Tərəflər  arasında  haqların bərabər olmadığı seviş rəqsində təbiət qadınlara  qarşı  daha  amansız  olurdu. Bu anda   oğlan ovçu, qız  isə  ovçusunu  gözləyən şikara bənzəyirdi. Qızın nəfəsi kəsilmək üzrə idi. Oğlanın  qəlbində  mərhəmət oyadan bu hadisə ritmin azalmasına səbəb oldu. Rəqs  bitdikdən sonra qız oğlanın  gözündə adiləşdi. Səbəbini özü də anlamadı. Amma  ürək hələ də  eşq duyğuları  ilə  çırpınırdı. Oğlan etdiyi hərəkətə görə peşiman oldu. Axı insan heç öz sev-diyinə qıyarmı, ah, amansız  ehtiras, bəşəriyyəti  idarə edən sönməz  atəş. Həmin gün  Rüfət  ucuz Bakı  arağı ilə gürcü çaxırını qarışdırıb iç-məsəydi ,  qızın bakirə olmadığını  anlayardı. Lakin bunda qızın günahı yox idi. Yeniyetmə yaşlarında  cinsi  həzzi  yenicə  kəşf etdiyi anlarda özü də bilmədən bəkarətini  pozmuşdu. Hətta Azərbaycan qızlarının   “topdağıtmaz” bəkarəti də  cinsi istəklərə qarşı  biganə deyil .
    Müharibənin ən axmaq  vaxtları  idi. Bu  müharibə iki ordunun döyü-şündən daha çox  günahsız  insanların  genosidinə  bənzəyirdi. Dünya birliyi isə  susurdu, o da  öz  payını  almışdı. Rüfət gedəndən iki həftə sonra  Ülkər  hamilə  olduğunu  anladı.  Bu haqda heç kimə danışa bilməzdi. Əgər  anası bilsəydi, göz yaşları ilə övladına təsəlli  ola  bilərdi ki, bu  da  heç  nəyə  yaramazdı. Atası  isə  Azərbaycan  cəmiyyətinin axmaq  mental  qaydalarına  görə qızını bağışlaya  bilməzdi, ya öldürməli ya  da  övladlıqdan rədd  etməli  idi . Hərçənd ki, Ülkərin atasını da müqəddəs  insan hesab etmək olmazdı. Dilbər  xanımın atas razılıq vermədiyi üçün  qızı  qaçırtmışdı. O zamanlar qız qaçırdan kişilər hədsiz  hörmət sahibi  olurdu. Ülkərin  uşaqdan imtina etmək kimi  axmaq  niyyəti   yox  idi.  Rüfət müharibədən qayıtmasaydı bu körpə ondan qa-lan tək yadigar olacaqdı. Lakin valideynlərindən  qorxurdu . Çünki  romantikan  seks   sayıldığı  bir  ölkədə bəkarətini  zifaf  gecəsindən öncə itirən qız  fahişə  hesab olunurdu. Bu ölkədə sevgilisiylə  yataq macərası yaşayan, zorlanan,  təhqir olunan, boşanan,  dul  qalan, öz orqanını oxşayaraq  təkbaşına  cinsi  həzz  duyan  bütün  qadınlara – tək  bir  ad  verirdilər  -   Fahişə  . .  Azərbaycanda  ləyaqətli qadın olmaq  çox  çətindir. Çünki  tinlərdə dayanan axmaq  kişilər  şeyləri ilə  oynayaraq qadına  söz  atan  zaman, o  susmağı  bacaracaq  qədər  səbirli olmalı idi, əgər  vulqar  ifadələr  söyləsə yenə də  tək  bir  adı olacaqdı – fahişə. Azərbaycanlı  kişilərin  düşüncəsinə  görə  qadın cinsinə mənsub olan varlıqlar  arasında  təkcə  fahişələr  vulqar  sözlər  deyə  bilər .Ülkərin bətni   zaman  keçdikcə  böyüyürdü, sirrin  üstü  açılacaqdı. Yeganə çıxış yolunu  Rüfətin ən yaxın dostu  Arif  müəyyən etdi. Tez bir  zamanda  ailə  qurmalı, bu  ləkəni təmizləməli olduqlarını düşündülər. Belə də  oldu. Çətinliklə olsa  da  ailələrini  razı  sala  bildilər. Validey-nlər məcburan  razılaşdılar. Çünki cəmiyyətdə  qızın sevdiyi oğlana qoşularaq  qaçması adi  hal  olmuşdu. Sonra  isə  valideynlər qızın adına ləkə  gəlməsin deyə oğlan evi ilə  barışardılar. Sonra da toy , büsat  qurulardı. Bu da  adlanır  sonu  xoşbəxtliklə  bitən  hind filmi. Arif dostunun yadigarı-nı bu şəkildə qorudu, heç  zaman  dostuna  xeyanət  etmədi. Nigahları kağız  üzərində idi . Gecələr  ayrı  yataqlarda  yatar, gündüzlər isə Arif işdə olar, Ülkər isə övladına  baxar,  ev işlərini  görərdi. böyük  fədakarlığına  görə Ülkər  özünü  borclu hesab edir, bəzən Arifdən utanırdı. Rüfət  müharibədən qayıtdıqdan sonra onları birlikdə gördü  amma  balaca  Rüfəti görəndə  ruhu daha da  sarsıldı, dəlicəsinə  heyrətləndi . Bu körpə ona  oxşayırdı, öz  uşaqlıq  anları yadına  düşdü, kədərləndi . Amma  hər şeyi anladı. Axı həmin gün içki –li olduğunda qızla əlaqədən imtina etmək gücündə olmamışdı. Bu da bir gecəlik  seviş rəqsinin  möhtəşəm hədiyyəsi. Uşaq  atasına  çox  bən-zəyirdi.  Rüfət Arifə  və Ülkərə qarşı  qəzəb duymadı. Günahkar özü idi. Uzaqdan övladına  baxar, onun  balaca  addımlarını, yöndəmsiz yerişini həvəslə izləyər, lakin  yaxınlaşmağa cürət etməzdi. Bir ömür  boyu övladını və sevgilisini kənardan izləyəcəkdi . Rüfət  düşündü;
    -   Xoşbəxt olsunlar, onlara mane olmayacam, qoy  öldüyümü  zənn  etsinlər, onsuz  da  eşqi nakam qalmış  bütün aşiqlər ölüdür. Ülkər və oğlum  balaca  Rüfət  mənim  üçün  hər zaman əlçatmaz  zirvədə olsunlar.
     Lakin  uzun illər  sonra həyatın  məhəbbət  adlı  müğənnisi  başqa  nəğəmələr oxuyacaqdı.

Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.