Sumqayıtda gənc yazıçı Cavid Zeynallı ilə görüş keçirilib
23.04.14
Sumqayıt şəhərindəki 31 nömrəli orta məktəbdə gənc yazıçı Cavid Zeynallı ilə görüş keçirilmişdir.
Görüş “Gənc yazıçıların Sumqayıtda imza günləri” layihəsi çərçivəsində reallaşmışdır. Layihənin rəhbəri Türkan Rəhimova bildirmişdir ki, gənc yazıçıların imza günlərinin məqsədi gənclər arasında kitaba marağı artırmaq və gənc qələm adamlarının tanıdılmasına nail olmaqdır.
Gənc yazıçı C.Zeynallı ədəbi yaradıcılıq fəaliyyəti, yeni nəşr olunan “Leyla” romanı ilə bağlı görüş iştirakçılarını məlumat vermiş və onların suallarını cavablandırmışdır.
Sonda Cavid Zeynallı “Leyla” romanını öz imzası ilə iştirakçılara təqdim etmişdir. /AzərTAc/
|