AYB-nin qurultayı iyunun 17-də keçiriləcək
22.04.14
Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyunun 17-də keçiriləcək.
Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.
Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub: “Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubiley tədbiri isə iyun ayının 18-də keçirilsin. Yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət ediləcək”. Birlikdən əlavə ediblər ki, qurultay Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. /APA/
|