Cavanşir Yusifli - Poeziya sükut deməkdir
18.04.14

2-Cİ MƏQALƏ

Qədimlərdən gələn bir həqiqət var: poeziyanın mövzu dairəsi, əslində çox məhduddur və bütün hallarda burada kəmiyyət həddi üçbucaqdan o yana getmir: həyat, eşq, ölüm... , yaxud eşq, ölüm, həyat... Hansı tərəfə fırlatsan da üçbucaq alınacaq. Bu "Bermud üçbucağı"nın içində bulunmaqdan gözəl dünyada heç nə yoxdur.
Necə ki, Füzuli deyirdi, sevinə-sevinə:
 
Ruzi-hicrandır sevin, ey murği-ruhim kim, bu gün
Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm.
 
yaxud:
 
Damigahi-eşqdən tut bir kənar, ey mürği-dil,
Sınmadan səngi-məlamətdən pərü balin sənin.
 
Bir də belə bir qaim-qədim həqiqət var ki, şeiri oxuyanda onu bir düstur, formula kimi anlamağa çalışma, sadəcə özünü ona təslim et, təslim et ki, onun sənə dediklərini maksimum küysüz vəziyyətdə "anlaya" biləsən. Şeirlə bağlı analitik şərh yalnız o zaman mümkün ola bilər ki, sən onun girdabında, heç olmazsa, bir dəqiqəliyə, yaxud bir neçə saniyəliyə ağlını itirəsən. Başqa bir yol yoxdur. Yəni, poetik mətnin, şeir mətninin içindəki həqiqəti "tuta bilmək" üçün onun girdabından üst qatına qədər insanı doğrayıb-kəsən dəlilik selinin içində ola bilməlisən.

Vaxtilə filosof  Rolan Bart yazırdı ki, müasir poeziya özündə reqressiv semioloji sistemi ehtiva edir. Bu nə deməkdir? Əgər mif (qəribədir ki, Bart poeziyanı miflə müqayisə edirdi-! ) ultra-mənaların yaradılmasına, ilkin sistemin genişləndirilməsinə cəhd edirsə, poeziya, əksinə, dilin semioloji vəziyyətinə qədər sıxılıan  infra-mənaları axtarır, yəni, əslində o, işarəni yenidən mənaya qaytarmağa cəhd edir. Son nəticədə, poeziyanın idealı sözün mənasına qədər deyil, əşyaların mənalarına qədərki ərazidə qazıntı aparmaqdır. Bartın sözlərinin mənası odur ki, poeziya dilin sakitliyini pozur, yəni konsepti (semioloji sistemdə bildirəni) mümkün qədər mücərrədləşdirir, işarə bəlkə də özbaşına buraxılır, burada bildirənlə bildirilən arasındakı bağlar maksimum dərəcədə boşaldılır. Burada konseptin davamsız (laxlayan) strukturundan maksimum dərəcədə istifadə edilir; poeziyanın mahiyyəti, cövhəri... axtarıb-bulmaq ambisiyası buradan irəli gəlir. Ona elə gəlir ki, əşyanın mənasını necə varsa yalnız o, aşkarlaya bilər, poeziya həm də anti-dil olmağa çalışır. Bartın ideyasının bu hissəsi daha maraqlıdır: ümumi şəkildə demək olar ki, dildən istifadə edənlər arasında şairlər ən az dərəcədə formalist olanlardır, çünki yalnız onlar hesab edirlər ki, sözlərin mənası formadan başqa bir şey deyil və bu da onları əşyalarla məşğul olan bir realist kimi qane edə bilməz. Bu səbəbdən müasir poeziya həmişə dilin qatili rolunda çıxış edir və qəribədir, susmağın hansısa məkan, konkret-hissi analoqunu əks etdirir. Poeziya sükut deməkdir.
 
İndi sükut tez-tez kəsir mənim sözümü,
Əvvəlkitək qan qaynamır indi damarda.
Güzgülərdə qaçırdıram tez-tez gözümü,
Adımı da heç yazmıram tərli divarda.
 
Səlim Babullaoğlunun  "Həmidə xanıma iki şeir"inin ikincisindəki bu bəndi təsadüfi seçdiyimə sizi inandırmayacağam. Bizim üçün "sükutla oynayan" şeir, poetik mətn həmişə maraqlıdır və belə olduğu üçündür ki, bu kontekstdə qaim-qədim bir həqiqət - şeirin dilinin əslində sükut olması qənaətinin izaha ehtiyacı var, xüsusən müasir poeziya kontekstində. Amma biz bir şeirin dəyərini müqayisə yolu ilə təyin etməkdən uzaq olduğumuza görə buna getmirik.  Bu şeirdə və onunla vahid orqanizm təşkil edən birinci şeirdə Rolan Bartın dediyi həqiqət (...poeziyanın idealı sözün mənasına qədər deyil, əşyaların mənalarına qədərki ərazidə qazıntı aparmaqdır) mükəmməl şəkildə ifadə olunub. Poetik mətndə, şeir mətnində ixtiyari şəkildə götürülən mənalar sistemi bir nəfəs qədərində reduksiyaya uğraya-uğraya gedir, "inkişaf edir", sözün yaddaşdakı, lap elə yaddaşdan əvvəlki əraziləri axtarılır, həqiqətin, mənaların içində, kombinasiyalarında ... hifz edilən həqiqətin təbii halı tapılana qədər bu axtarış davam edir və ən əsası odur ki, bu dəhşətli prosesin ən ağrılı hissəsi şairin qəlbində baş verir, bax, elə bu səbəbdən şair arasıkəsilməz şəkildə öz qəlbi ilə danışan, ünsiyyətdə olan bir varlıqdır. Şeirin hal olması, dünyanın qurtaracağından o yanda, yaxud dünyanın, gerçəkliyin yaranmasına qədərki ərazidə meydana gəlməsi ideyası bu kontekstdə ən təbii, ən mükəmməl ideya sayıla bilər. Yoxsa aşağıdakı misraları necə demək olardı?
 
Qırxı çıxdı bu ömrün, canım sevgilim,
Heç darılma, çarxı hələ, şükür, fırlanır.
Bir sabahı sual etsən, hanı sevgilim?
Görərsən ki, bir meh əsir, çöp dığırlanır.
 
Bir quş onu dimdiyinə alıb götürər,
Asta-asta qanad çalıb qalxar yuxarı.
O quş onu yuvasında divara hörər,
Qorumaqçün ətcabala quş balaları.
 
Bu şeirin timsalında aydınca görsənir ki, poeziyanın işi dünya boyda xarabalıqda nə vaxtsa, nə səbəbdənsə itmiş mənaları axtarmaq və əşyaların üzündən, qabığından, karkasından o yandakı dünyanın qapısını döyməkdən ibarətdir. Mən Səlimin şeirlərini oxuyanda bu hiss dərhal ağlıma gəlir və intonasiyanın, şeirin təkrarsız ritminin təlqin etdikləri ilə üst-üstə düşür. Birinci şeir adi sözlərlə, heç bir qeyri-adi faktı açıqlamaq iddiası olmayan ifadələrlə başlayır :
 
Yolunun üstündə tək ağac olub bitsəm,
Kölgəmdə dincələcəksənmi?
Ya qol-budağımı qırıb oduma qızınacaqsanmı?
Yağış olub səpələnsəm
yayın qızmarında
bu səsli-küylü, tozanaqlı şəhərin küçələrinə -
torpağın ətri çıxacaq onda,
ətrimi torpaqdan alıb heyrətlənəcəksənmi?
 
Və sona qədər belə davam edir, son nöqtə qoyulana qədər. Heç nə baş vermir, çünki şeir artıq baş vermiş zəlzələnin açdığı yaraları görsədir, başqa məqsəd şeiri öldürür. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.