Xanəmir- Mənəvi xəstələr
11.04.14

Həyatda həmişə tanıdığım bəzi insanların davranışlarından əziyyət çəkmişəm. Bu davranışlar əziyyətə dönüşməmişdən öncə məni bəs deyincə çaşdırıb. Ən qəribəsi isə bu olub ki, məni öz hərəkətləriylə yerimdən-yurdumdan etməyə çalışan insanlar illərlə tanıdığım, ünsiyyətdə olduğum insanlar olublar.Məsələn, bir tanışım var, onunla qarşılaşdığımız zaman həmişə əl-ələ tutuşub görüşümüşük. Aramızda heç bir üzücü hadisə də baş verməyib. Dəfələrlə fikir vermişəm və başıma gələn hadisədir, eləki, onunla təkbətək qarşılaşırırq, salamlaşmamız daha xoş keçir. Elə ki, bu adam, rastlaşdığımız zaman yanında onun da, mənim də tanıdığım insanlar olur, çalışır ki, məni görməzlikdən gəlsin. Bu bir neçə dəfə təkrar olanda, təbii ki, şaşırırım. Adama pis təsir edir. Düşünürsən ki, illərlə tanıdığım bu insana qarşı hansı yanlış hərəkətim olub ki, harda bir səhv buraxdım ki, o da, qəlbinə toxunduğunu yəqin ki, bu yolla ifadə edir. Aradan bir az keçir, o insanla təkbətək yenə qarşılaşıram. Yenə də heç bir inciklik əks etdirməyən davranışlarıyla isti görüşmələr və salamlaşmalar davam edir. Yenə dediyim şəkildə ortaq dostların, tanışların yanında bu adam başlayır meymunluğunu davam etdirməyə. Belələri bir deyil, belələri həyatda çoxdur. Mən bu cür insanların qəlbində sorun olduğu qənaətindəyəm. Belələrinin həddən artıq qorxaqlığı məni kifyət qədər üzür. Digər bir misal da çəkə bilərəm. Mənsəb sahibi birisiylə tanışlığımızı bilən digərləriylə qarşılaşdığımız zaman onun çevrəsindəkilər, baxarlar, əgər mən bu mənsəb sahibiylə münasibətim yerindəysə, onlar da mənimlə görüşmələrində bunu göstərməyə çalışırlar, (başlarlar görüşməyə) xeyir, soyuq münasibət özünün büruzə verən kimi, açıq-açığına üzünü döndərib görməzlikdən gələrlər. Hansı ki, bu üz döndərəni mən elə yaxından tanıyıram və ona bu dünyada bəs deyincə yaxşılıqlarım keçir. Sabah bu üzdöndərənlə qarşılaşırıq və o mənim boynuma sarılır, isti-isti görüşməyinə davam edir. Belələrinə nə deyəsən, bunun adı nədir, bəlkə siz bilirsiniz? Lütfən, qüsura baxmayın, bu tipli insanlar həyatda bizi məşğul etmirmi? Mən yenə də, bu tipli adamların qəlbində, xarakterində problemlər olduğu qənaətindəyəm.

Digər bağışlamadığım bir örnək vermək istəyirəm. İndi söyləyəcəyim tiplərin də həyatda az olmadığını vurğulamaqla bahəm, insanı hərəkətləriylə məşğul etdiklərini bildirmək istərdim. Bunlar kimlərdir? Bir zamanlar səninlə ünsiyyətində heç bir ciddi qüsur görmədiyin, sonra isə işi ilə əlaqədar olaraq, hansısa bir işə girişdiyi əsnada səninlə olan bağlarında saxtakarlıqlar, artistizmlər və bəzilərində bir başa “mən üstünəm” prinsiplərinin ön plana çəkilməsi kimi eybəcər xarakter sahibləriylə bir arada olmağımızın məcburiyyəti… Bir az da keçəndən sonra işinin dəyişməsi nəticəsində onun da səninlə olan ünsiyyətində istiliklərin zühur etməsininin sana gətirdiyi sıxıntıları bir təsəvvür edə bilsəniz! Bundan ağrıdıcı, bundan sarsıdıcı zərbə ola bildiyini zənn etmirəm. Həmişə də öz-özümə düşünmüşəm, çevrəmdəki tanışların əksəriyyətində bu xarakterik xüsusiyyətləri müşahidə etmişəm. Həm də paralel olaraq qüsuru özümdə də aramağa başlamışam. Yaxşı, qüsur, günah məndə isə, niyə bu tipli adamlar işinin dəyişməsiylə, daha doğrusu vəzifədən alınmasının ardınca yenidən səninlə adam kimi rəftar etməyə başlayırlar. Bir sözlə insanların tez –tez dəyişməsi həmişə mənim ən yaralı və ağrıdıcı yerim olduğunu üzgünlük içərisində bildirə bilərəm.

Ən qəribəsi isə odurki, bu şəkildə dəyişən insanlarla qarşılaşanda elə rəftar edirlər ki, sanki heç nə olmayıb. Hansı ki, mənim kimilərinin gözündə bu tipajlar o qədər dəyərdən düşüblər ki, heç Allahın ən iyrənc heyvanı bu şəkildə gözümdə dəyərini itirməyib. Belə insanlar hər zaman çevrəmizdə və çevrənizdə var oğlu vardır. Onlardan qurtulmaq mümkün deyil. Məsələnin digər tərəfi odurki, belə məxluqlar sənin əlində imkan yaranan kimi yenidən şəkillərini dəyişmkdə heç də israr etməzlər. Həmən qarşında dünənki sifət sanki bu deyilmiş kimi bir görkəm alıb zühur edərlər.

Bu dünyada insanın dəyəri onun xarakteri və əxlaqı, simasıyla ölçülür. Mənim bildiyim insani ölçülərdən biri də budur. Tez-tez sifətlərini, xarakterlərini şəkildən – şəklə salan insanların, məncə, bir sorunu var, varlıqların da Allah qorxusunun olmaması, Allaha olan inam və bağlarının bəlkə də daha zəif bir təzahürüdür. Hər bir insanda müxtəlif qüsurlar görünə bilər. Bu o anlama gəlmir ki, qarşımızdakı insanı həyatımızdan tamamilə silib atmaq lazımdır. Xeyir, əsla, mən düşünürəm ki, bu kimi insanların əsas problemlərini dinlə, gerçəkdən, ibadətlə həll eləmək mümkündür. Məncə, örnəyini verdiyim insanların islah olunmasında, onların uğradığı mənəvi, ruhsal deqrodasiyadan, burulğandan qurtarmaq üçün, nə cəzaya, nə islah əmək düşərgəsinə, nə də sıxma-boğma yoluyla, qüsurlarını üzlərinə vurmaqla əvvəlki “keyfiyyətlərindən” uzaqlaşdırmaq mümkün olmadığı kimi, düzgün bir yolun da olmadığı qənaətindəyəm. Belələrini yalnız dərk edəcəyi dinə içdən bağlanıb, Allahın birliyinə iman gətirmək yoluyla təmizləmək məqsədəuyğundur. Yoxsa, onların yoluxduğu xəstəlik özləriylə birgə, cəmiyyətin də altını üstünə gətirib, həyatımızı zəhərə döndərərlər. /dokkuziklim.net/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.