Salam Sarvanın yeni şeiri
03.04.14

Dünyanın nəhəng yazıçılarının o dünyadan məktubu

 
Ey gənc və istedadlı şairlər,
noolsun ki axirət dünyasında uyuyuruq,
siz bizi oxuduğunuz  kimi
biz də sizin şeirlərinizi oxuyuruq...

Əvvala, biləsiz ki, biz burda
yağışdan qorunmaqçün buludların
üstünə qalxmış adamlar kimiyik.
Hələ Allahın hüzuruna aparılmamışıq,
hələ bilmirik ki, ölüyük, ya diriyik.

Hərçənd bunu da biləsiz ki,
dirilik suyunun mənsəbi qiyamət gölüdü.
Ölməzlərin hamısı ölüb,
dünyanızda qalan beş-altı uzunömürlüdü.

Hərdən sizin dünyanızdan bura
gənc yaşında gələn şairlər
öz şeirlərini göstərirlər bizə rəy üçün.

Onlar da əbədi sevgidən yazırlar:
avazları şirindi, mənaları dərindi.
Ancaq bir sualımıza cavab verə bilmirlər ki,
görəsən,əbədiyyətin neçə yaşı var indi?

Ey gənc və istedadlı şairlər,
bu qədər də realist olmayın,
hər şeyi gözünüzə təpməyin:
O qadının ki, əllərini öpmək istəməzdiz,
heç onun dodaqlarını da öpməyin.

Və bu qədər romantik də olmayın,
dünyanız həm güdə, həm gədə, həm gidi:
Bilin və agah olun ki, əbədi olan şeylərdən
ən qısa ömürlüsü sevgidi.

Yəni ki, gün gəlir bezirsən:
Məsələn, ilk öpüşü gizlincə oğurlayırsan,
ikincisi üçün yalvarırsan,
üçüncüsünü tələb edirsən,
dördüncüsünü soruşmadan alırsan,
beşincisini candərdi qəbul edirsən,
sonrakılarına isə dözürsən.

Düzdü, gözəl əllər çox səltənətləri devirib,
gözəl ayaqlar tarixin çox səhifələrini çevirib...
Amma yataq təkcə ifliclərin vətənidi,
qadının kişiyə verə biləcəyi ən xırda şey bədənidi.

Ey gənc və istedadlı şairlər, ey kimsəsiz kimsələr,
günahların cürbəcür ayinlər şəklində icra olunduğu dünyanızda
vağzallar daha səmimi öpüşlərə şahiddi, nəinki nikah idarələri,
xəstəxanalar daha səmimi dualara şahiddi, nəinki kilsələr.

Bilin və agah olun:
sevgi o deyil ki, qadına gül verirsən, iyləyir,
sevgi odur ki, bütün günü benzindən danışmağına
heyran-heyran qulaq asır qadın.

Ey gənc və istedadlı şairlər,
bilin və agah olun:
Xoşbəxtlik – səni axtaranı tapmaqdı.
/1937.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.