Sabir Rüstəmxanlı - Ən böyük zəka işıqlarından biri söndü
02.04.14

Böyük yazıçımız İsa Muğannanın ölüm xəbərini gecə yarısı aldım. Elə bildim, göydəki ulduzlardan biri axıb getdi. Azərbaycanın yüzilliklər ərzində yandırdığı ən böyük zəka işıqlarından biri söndü və gecənin qaranlığı bir az da qatılaşdı.

İsa Muğanna nadir istedad sahibi idi. O, bunu ilk əsərlərində göstərmişdi. Cavan yaşlarından Azərbaycan ədəbiyyatının klassiklərindən birinə çevrilmiş, adı nəslimizin böyük yaradıçıları olan Mirzə Cəlil, Ə.Haqverdiyev, Y.Çəmənzəminli, M.S.Ordubadi, S.Rəhimli, M.İbrahimov, Mir Cəlal, Ə.Vəliyev, Ə.Məmmədxanlı, İ.Əfəndiyev, İ.Şıxlı və bu kimi yazarlarımızın adları ilə birgə yer alıb. Ancaq eyni zamanda İsa Muğanna ədəbiyyat tariximizdə yeni, təkrarsız bir hadisə idi. Nəslimizə yeni üslub, yeni baxış, yeni düşüncə tərzi, ən başlıcası, unudulmaz insan xarakterləri gətirmişdi. İsa Muğanna yaradıcılığı nəsrimizdə yeni bir ədəbi məktəbdir. Özündən sonrakı yazıçıların yaradıcılığına ciddi təsir göstərib, nəsrimizi bəsit sosialist realizmi şablonundan qurtarıb, 20-ci əsrin dünya nəsrinin ən gözəl örnəkləri səviyyəsinə qaldırıb.



Gənclik illərimizdə onun hər bir əsərini böyük intizarla gözləyirdik. “Doğma və yad adamlar”, “Teleqram”, “Kollu koxa”, “Tütək səsi”, “Yanar ürək”, “Məhşər”, “İdeal”... İsa Muğannanın bu bir-birindən gözəl əsərləri ötən yüzilin son dərəcə mürəkkəb tarixini, ictimai-siyası hadisələrini əks etdirməklə yanaşı, qədim psixoloji təhlilləri ilə milli xarakterin qeyri-adi dərəcədə mürəkkəb və bənzərsiz mənzərələrini yaradıb.

Onun ən çox müzakirə olunan “İdeal” romanını “Yazıçı” nəşriyyatının baş redaktoru olanda mən nəşr etmişdim. Bunu ürəklə yazıram. Çünki o vaxt Mərkəzi Komitənin İdeologiya şöbəsi əsərin nəşrinə icazə vermirdi. Özəlliklə “Qapalı dünya” bölümünə heç cür icazə vermək istəmirdilər. Mən uzun müzakirədən sonra başa sala bildim ki, bu bölmə əsərin bir qəhrəmanına aiddir. Müəllifin öz fikri deyil. Buna görə müəllifi ittiham etmək olmaz. Əslində dünyaya belə qeyri-adi yanaşmağı bədii əsərə gətirmək yazıçının böyüklüyüdür.

Yalnız bundan sonra Mərkəzi Komitədən bildirdilər ki, bu əsərin məsuliyyətini özün boynuna götür. Bununla razılaşdım və əsərin məsuliyyətini boynuma götürdüm: “İsa Muğanna özü kifayət qədər ağıllı adamdır. Nə yazdığını bilir. Yazdığının məsuliyyətini elə özü müəllif kimi daşıyır. Ancaq eyni zamanda, mən də bir naşir kimi məsuliyyəti boynuma götürürəm. Bu əsərin böyük bir hissəsi “Yanar ürək” adı altında çap olunub. Bu genişləndirilmiş və təkmilləşdirilmiş nəşrdir. Həmin bölmə də əsər qəhrəmanının düşüncələridir və bu düşüncələr elə ciddi məsuliyyət doğurmur”.

Əsər çox böyük tirajla çap olundu. Sonra da dəfələrlə çap edildi. Həmin illərdə İsa Muğanna tez-tez nəşriyyata gəlirdi. Bizim onunla əvvəldən, heç şübhəsiz, çox yaxın münasibətimiz var idi, bundan sonra dostluğumuz daha da möhkəmlənmişdi. İsa Muğanna son dərəcə maraqlı, gözəl insan, dost, həmsöhbət idi. Onun həyat yoldaşı Firuzə xanım da İsa Muğanna qədər dəyərli insandır. Çox gözəl xanım və əziz bacımızdır. O, İsa müəllimə yaraşan bir xanımdır. Firuzə xanım ömrünün axırına kimi İsa müəllimə xidmət etdi. O, İsa Muğannanın böyüklüyünü dərk edirdi. İsa Muğanna ilə mən Yazıçılar İttifaqının Moskvada keçirilən qurultayına birlikdə getmişdik. Firuzə xanım da bizimlə idi. Təyyarədə Firuzə xanım İsa müəllimə yemək vermək istəyəndə o dedi ki, “İsmayıl Şıxlı şəkərdi, əvvəl İsmayıla ver, sonra mənə verərsən”.

Firuzə xanım yolda yemək üçün pendir və çörək götürmüşdü; az qala hamıya o pendir-çörəkdən verdi. İsa Muğanna bir tikəsini də hər kəslə bölməyi bacaran insan idi. Onun əsərlərinə çoxlu filmlər çəkilib. Hər biri bizim film sənətində böyük hadisədir. İsa Muğanna bizim gənclik illərimizdə idealımız olan insan kimi də, yazıçı kimi də böyük söz sahibi idi.

Bir dəfə kamera, fotokamera götürüb onların qapılarını döymüşdüm. 4 saat oturub onunla ədəbiyyat haqqında maraqlı söhbətlər eləmişdik, bir albom şəkil çəkdirmişdik birlikdə. O söhbəti lentə də aldırmışdım. Həmin gün zarafatlaşa-zarafatlaşa Firuzə xanımın da çox dadlı piroqundan yemişdik. Bunlar hamısı çox əziz xatirədir mənim üçün. İsa Muğanna Azərbaycanın qərb bölgəsinin İsmayıl Şıxlı ilə yanaşı, bütün böyük xarakterlərini, xüsusiyyətlərini ədəbiyyata gətirmişdi. Bununla yanaşı, keçən əsrdəki Azərbaycanın mürəkkəb psixologiyasını, insan və cəmiyyət arasındakı münasibətlərini ədəbiyyata gətirmişdi. Əgər onun uğurlu dil tərcüməçisi olsaydı, yaxud o ingilis, ispan dil mühitində yetişsəydi, heç şübhəsiz indi İsa Muğanna dünyanın ən çox tərcümə edilən, dünyada ən çox oxunan yazıçılarından biri olardı.

İsa Muğanna ömrünün müdrik yaşında bizi, ədəbiyyatı tərk etdi. Onun özünəməxsus dünyası var idi. Onun düşüncəsində insan öləndən sonra hamının təsəvvür etdiyi yol ilə yox, tamam başqa yol ilə gedirdi. Onun kitablarında da buna işarə var. Bu gün o özünün təsvir etdiyi dünyadadır. Ancaq o elə bir dünyadır ki, bizdən elə də uzaqda deyil. O, bundan sonra da, əsrlər keçdikcə əsərlərini oxuyan oxucularını görəcək, onların səsini eşidəcək. Azərbaycan var olduqca İsa Muğanna da Azərbaycanla bərabər var olacaq. /aznews.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.