İslam Kəbirli - Böyütdü sevgilər məni
27.03.14
Bu şəhərin ortasında, İstilər qovurar məni. Bir dəli sevgi ağladar, Kim gəlib ovudar məni.
Kəpənəklər gül bağından, Sevdiyimin sorağından, Çiçəklərin yanağından, Qovdular, qovdular məni.
Ürəyimdə şirin kədər, Nələr keçdi məndən, nələr. Böyüklər dəli dedilər, Körpələr sevdilər məni.
Bu yağan yağışdı, nədi Dağları keçdim bilmədim. Mən ki yetim böyümədim, Böyütdü sevgilər məni.
|