Mövlud Mövlud - Əlvida, Tofiq abi!
12.03.14

Tofiq Abdin vəfat etdi...

Onun ölüm xəbərini Kənan Hacıdan eşitdim. Nahardan qayıdırdım, redaksiyanın qabağında əlləri əsə-əsə siqaret çəkən dostumun rənginin qaraldığını gördüm. Məni görən kimi bəd xəbəri verdi:

-Tofiq Abdin rəhmətə gedib!

İlk ağlıma gələn üç gün bundan əvvəl tanınmış publisist Laura Cəbrayıllı ilə müsahibə oldu. Müsahibə zamanı söz hərlənib-fırlanıb Tofiq abinin üstünə gəlmişdi və mən onun ölümdən çox qorxduğuna görə bəzi duyğusuz "dost"ların bu qorxunu məsxərəyə qoymağından danışmışdım. Sonra Nazim Hikmətin misralarını xatırlamışdıq:

-Yedi tepeli şehrimde,
Yitirdim qonca gülümü,
Ne ölümden korkmak ayıp,
Ne de düşünmek ölümü...

Və mən indi bilmirəm nəyə and içim ki, həmin məclisdə Tofiq abi barədə söhbət düşən kimi mənim qulağıma pıçıldadılar: Tofiq abini itirəcəksiniz!..

Tofiq abi həyatsevər, insansevər biri idi. Yazıları, müsahibələri, reportajları başdan-başa həyat dolu idi.

Bəzən Tərcümə Mərkəzinin ikinci mərtəbəsindəki otaqdan gələn səsi birinci mərtəbədə eşidilirdi. Sonuncu dəfə həmin otağa gedəndə "Xəzər" jurnalının son iki nömrəsini vermişdi mənə.

Tofiq abi ədəbi, siyasi mövqeyindən, sosial statusundan asılı olmayaraq, hamı ilə qurduğu münasibətlərdə ürəyinin səsinə qulaq asırdı.

Tofiq abi yaşı yetmişi haqlamış, çoxlarının yaltaqlanmaq üçün qapısında növbəyə durduğu bir yazıçını tənqid edə bilirdi və tənqidi həmin yazıçını qəzəbləndirirdi.

Sonra həmin yazıçını tənqid edən gənclərin yazılarına da Tofiq abi cavab verirdi: "Cocuqlar, belə olmaz yaaa!" Onda da gənclər Tofiq abidən incik düşürdülər.

Uzun illər Türkiyədə çalışmışdı. Azərbaycan mətbuatına Türkiyə köşə yazarlarının sərbəstliyini, səmimiliyini gətirməyə çalışırdı və bu, bəzən Tofiq bəyin  həmyaşıdları arasında etirazla qarşılanırdı: "Tofiq hər şeyi mətbuata çıxarır".

Yazıçılar Birliyində çalışdığı dönəmlərdə onun otağından həmişə Türkiyənin böyük müğənnilərinin səsi gəlirdi. Mən həmin otaqda Bülent Ersoyun, Zeki Mürenin, Sezen Aksunun, Tarkanın şərqilərini çox dinləmişəm. Sonralar Türkiyənin sənət mühiti barədə də ən yaxşı yazıları Tofiq abinin "525-ci qəzet"də apardığı səhifələrdən oxudum.

"Qaynar.info"dakı dostlar Tofiq abinin bir şeirini yayınlayıb. Mən bu yazını həmin şeirlə bitirmək istəyirəm.

-Bəlkə... bir daha şeir yazmadım
yazmamağımın min bir nədəni var
bəlkə
min birdən də çox
minindən biri
bu dünyadan gedəndə
onları tapşıra biləcəyim
kimsəm yox...
ömrün bu çağına gəlib çıxdım ki
məni ağlayanlar ağlamasınlar
uzanan günlərin içindən çıxıb
açıq gözlərimi bağlamasınlar
allah sevgidənmi yaşatdı məni
yoxsa,bu cəzamı,
dostdan, tanışdan
ayırıb
bir ayrı dünyada oyatdı məni
oyanıb dünyanı yuxulu gördüm
gözümü açmamış
iməkləməmiş
bu qoca dünyanı yıxılı gördüm...
buludundan qorxdum,çayından qorxdum
başımın üstündə fırfır fırlanan
qarğışından qorxdum, vayından qorxdum
məni sevənlərin sayı azaldı
mənə nə oldusa
döz,dur dedilər
sənin alın yazın bütün olanlar...
bu yazı mənimlə ölsəydi barı
rahat yaşayardı mənsiz qalanlar.

Əlvida, Tofiq abi!

Sən bizim yaddaşımızda bir topa işıq kimi qalacaqsan!
/teleqraf.com/

Yenililklər
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.