Cəlil Cavanşir - Kitabsız olmayaq!
07.03.14

Ötən ilin noyabr ayının birində Vergilər Nazirliyinin 20 nəfər əməkdaşından ibarət qrup və özlərinin seçib gətirdiyi öyrədilmiş “şahidlər”  “Qanun” nəşriyyatının ofisinə gələrək nəşriyyatın kompüterlərini, mühasibatlıqda olan bütün sənədləri zorla götürüb apardı. Bütün bu hadisələr gözlərimin önündə baş verib.

Hadisənin şahidi kimi, İqtisad məhkəməsində ifadə vermişəm. Və ilk şoku elə məhkəmə prosesində yaşamışam.

Vergilər Nazirliyinin əvvəlcədən hazırlanmış “gənc şahidləri” məhkəməyə verdiyi ifadədə gözlərimlə gördüyüm həqiqətləri elə təhrif edirdi ki, dilim-dodağım tutuldu. Prosesin gedişindən anlaşılırdı ki, Vergilər Nazirliyinin məqsədi “Qanun” Nəşriyyatının işinə mane olmağı qarşısına məqsəd qoyub. Proses zamanı çəkilmiş və həqiqəti əks etdirən videolar da məhkəmənin qərarına təsir etmədi. Deyəsən, qərar proses başlamamışdan şifahi olaraq verilmişdi.

Hadisələr isə getdikcə dramatikləşməyə başladı. “Qanun” Nəşriyyatının hüququ müstəvidə apardığı mübarizə effekt vermədi. Zorla götürlümüş sənədlər və sənəd hesab edilməyən qaralama halındakı  qeydlər əsasında Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti yoxlama apararaq nəşriyyata 150 min manat məbləğində cərimə müəyyən edən qərar çıxardı.

İllərdir Azərbaycan ədəbiyyatına töhfə verən bir nəşriyyat, sadə səbəblərlə, qaralama qeydlər əsasında yüksək məbləğdə cərimələndi. 50-dən çox əməkdaşa, onlarla korrektora, redaktora, tərcüməçiyə zəhmət haqqı verməli olan nəşriyyatın “əli qolu bağlandı”.

Soyuqda, qarda, yağışda, yandırıb-yaxan istidə küçələrdə kitab satan “Qanun” əməkdaşları böyük bir ümidsizliyə yuvarlandı.  “Qanun” Nəşriyyatının direktoru

Şahbaz Xuduoğlunun da dediyi kimi, “150 min manatlıq cərimə, nəşriyyat üçün ölüm hökmüdür”.

“Qanun” Nəşriyyatı bu qərardan şikayət etsə də, buna məhəl qoyulmadan dərhal cinayət işi başlanıb, nəşriyyatın bütün işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar, korrektorlar, ümumilikdə yüzə qədər yaradıcı və texniki heyət cinayət təqibinə məruz qalıb.

Dünən Azadlıq Radiosunun “Pen Klub” proqramında Şahbaz Xuduolunu, Aysel Əlizadəni dinləyəndə ikinci dəfə şok yaşadım. Həm də utandım. Yazıçısı ilə, ziyalısı ilə kobud davranan, davranışına nəzarət edə bilməyən yetkililərin yerinə xəcalət çəkdim.

Düşünürəm ki, bütün bu təzyiqlər və təqiblər “Qanun” nəşriyyatına yox, nəşriyyatın çap etdiyi kitablara, təbliğ etdiyi yazıçılara yönəlib. Bəli, Vergilər Nazirliyi Nobel mükafatçılarını, dünya klassiklərini, azərbaycan klassiklərini, gənc yazarları, gənc tərcüməçiləri  təqib edir.

Bu təzyiq və təqib kitaba, oxucuya və ədəbiyyata qarşıdır.

“Qanun”a qarşı bütün qanunsuzluqlara son qoyulmalı, ədalətli qərar çıxarılmalıdır. İllərdir ki, insanlar gözlərinin nurunu, istedadını, savadını bu işi inkişaf etdirmək, xalqı kitabla doğmalaşdırmaq, insanlara kitabı sevdirmək üçün xərcləyir. Bu qədər əziyyət hədər gedə bilməz.

Bütün qələm adamlarına, ziyalılara, oxuculara səslənirəm! “Kitabınızın bağlanmasına” imkan verməyin!

“Qanun” çökdürülməyi, yüzlərlə ziyalının işsiz qalması deyil, minlərlə oxucunun kitabsız qalmasıdır.

Kitabsız olmayın!

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.