Qurban Yaquboğlu - "Əqrəbləri itmiş saat kimiyəm..."
07.02.14

Vaxtın necə ötüb keçdiyini biz dost-tanışlarımızın yaşa dolmasından daha aydın hiss eləyirik. Əlisəmid Kürün 60-a çatdığını eşidəndə diksindim - doğrudanmı, zamanının lap yekə saatının ən böyük əqrəbi artıq bu rəqəmin üzərində dayanıb? İnanmaq çətindi.

İnsan həyatının iki mərhələsində tez-tez "saata baxır", illəri sayır - bir yeniyetməlikdə, bir də qocalana yaxın. Birində tələsir, o birində ləngimək istəyir. Lap ləngimək istəməsə belə, naməlum finişin həyəcanından qurtula bilmir.

Əlisəmidin üzünə baxanda, dedim, hə, heç demə, hər şey ötüb keçirmiş və ümidlər bu relsdə heç nəyə qadir deyilmiş.

"Mənalı yaşamaq" öhdəliyi və ya təsəllisi haqda şablon deyimi, zaman ötdükcə, mən qəbul eləməyə başlayıram. Özü də söhbət təkcə emosional yaşantılardan - böyük sevgidən, dünyadan və həyatdan alınan zövqdən, duyğusallıqdan, qəzəbin və hissin qoyduğu pozulmaz izlərdən getmir. Mənalı yaşamaq anlayışında bunlar da var, amma bunlar hamısı yetərli sayılmır.

Həyatın və dünyanın sonu haqda dinin, elmin, fəlsəfənin, təfəkkürün çarpışmalarını, bitib-tükənməyən məlum polemikanı kənara qoyub bir tutalqadan yapışacam. Axı, insanda əbədiyyət hissi var və bu, fitrətdən gəlir. Yəni insan təkcə ölümün özündən - onun əzablarından, gətirəcəyi xəstəlikdən qorxmur, həm də tamam yox olub heçliyə qovuşmaqla razılaşmır...

Nə isə. Söhbəti dolandırmayaq. Üçcə gün öncə Əlisəmid Kürlə kiçik məclisdə bir yerdə eyni emosiyanı bölüşdük və bu, deyəsən, uzun illərdən sonra (15 ilə yaxın!) onunla, bu əziz insanla bizim eyni süfrə arxasında əməlli-başlı oturub ilk çörək kəsməyimiziydi. Birdən diksindim. Axı, 20-25 il qabaq bu məclisdə oturanların bəlkə də, hamısıyla bu həndəvərdə beləcə bir küncə çəkilib elə beləcə də eyni mövzularda söhbət edirdik.

Mövzu dəyişməyib, ancaq emosiyalar dəyişib, üzlər, jestlər başqalaşıb.

Əlisəmid Kür bir misralıq şeirinin tarixçəsini həmin məclisdə danışdı.

Deyir, bir yasda qəfildən qarşıma şair Oqtay Rza çıxdı. Baxdım ki, gözləri yaşla dolub. Özümü saxlaya bilmədim ona qoşuldum.

Bir misralıq şeir belədi: "Sənin göz yaşına baxıb ağladım".
Həyatın mənalı keçib-keçmədiyi haqda şablon yanaşmanın təkrarı olsa da deyim: Bu misranı yaza bilmiş şair haqda "O, bihudə yaşadı" fikrini işlətmək olarmı?

Əlisəmidin çox xoşladığım başqa bir şeiri də var. Həmin məclisdə dilindən eşitdik. Bütövlükdə bura köçürürəm:

Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm,
Qan-tər içindəyəm, anam, qan-tər içində.
Zaman dolaşıq nər qovğasında,
Şeytan-mələk davasında
Ürəyim əlimdən gedir.
Çırpınır qollarım qoynumda
Günüm qan-tər içində, anam, gecəm qan-tər içində.

Bu əlim, bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib becərən dilim...
Dilim qan-tər içində, anam, sözüm qan-tər içində...

Alnımın qırış yerindən taleyin çaparı keçir.
Bu yurdun sevər yerindən
Bir ölüm qatarı keçir.
Elim qan-tər içində anam, obam qan-tər içində.

Toxtayıb səbrimdın asıldım,
Buğlanıb ruhumdan asıldım,
Can hanı? Qəbrimə qısıldım -
Öldüm qan-tər içində, anam, söndüm qan-tər içində!  

Hələ qarşı illərdə də görüşəcəyik, Kür! Çünki biz əbədiyyətə və həyatın mənası haqda hökmə inanan adamlarıq. /teleqraf.com/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.