Bahadur Qobustan - Gorbagordan ötrü darıxdı
29.01.14

Kəndin mədəniyyət xəbərləri


1) Gorbagordan ötrü darıxdı


Cümşüdallandı kəndində vəziyyət elə də küləkli deyil. Dünən axşam radələrində Əsəd kişi 101 yaşında dünyasını barter edib.

Yasda şok yaşanıb. Belə ki, mərhumun 65 yaşlı zövcəsi Gülsənəm arvad məclisə gələnləri təzəcə qələmə aldığı bir bənd mərsiyəsi ilə təəcübləndirib:

Aslanım çıxdı getdi,
Qəlbimi sıxdı getdi,
Ordakı gorbagordan-
Ötrü, darıxdı getdi.

Bu mərsiyədən sonra mərhumun birinci arvadından olan üç "qız uşağı" 65 yaşlı Gülsənəmin saçlarını gülünc hala salıblar. Qızlar Gülsənəm arvadı kanalların birində yayımlanan deyişmə yarışmasına dəvət etsə də, Gülsənəm arvad "Mənim o yaşım deyil ki, oğlum yaşlı Mehman Əhmədli mənə baxıb başını o tərəfə, bu tərəfə yelləsin, qafiyə söhbəti eləsin" deyib. Sitatın sonu.

Kəndin mətbuat mərkəzinin bulaqda verdiyi məlumata görə 3 gün aramsız atışmadan sonra vəziyyət nisbətən düzəlib. Atəşkəs elan edilib. Kənd ağsaqqalları bu ədalətsizliyə hələ də dözür.

Qeyd edək ki, Gülsənəm arvad bu dördlüyü bədahətən dediyini bildirsə də, kəndin adlı-sanlı ədəbiyyat müəllimi Qəndalı bunun qeyri-mümkün olduğunu, belə bir dərin məna kəsb edən əsərin saatların məhsulu olduğunu bildirib.

2) Şar yağışları və ya Dablyu

Nəsimi tapıntısı Falabaxan kəndində aramsız yağan şar yağışları bələdiyyə büdcəsinə xeylaq ziyan vurub. Belə ki, yeni il qabağı bələdiyyə sədri işçilərdən birinə 10 manat pul verərək, şar alıb tədbir keçiriləcək binaya asmağı tapşırıb.

İşçi şarları alıb doldurduqdan sonra, otağa atıb ki, hamsı qurtarandan sonra assın. Ancaq qəfil əsən güclü külək otağın qapısını və pəncərələrini taybatay açıb. Şarlar kəndlə bir olub.

Hal-hazırda dəyən ziyanın məbləği hesablanır. Təxminən, 1000 manata qədər bələdiyyə büdcəsindən silinəcəyi gözlənir. Məlum məbləğin şarların traktorla kəndin küçələrindən yığılıb gətirilməsinə, bu işdən əsəbləşən bələdiyyə sədrinin psixoloji müalicəsinə, partlamış şarların yenidən alınmasına, "və ilaxıra, və sairə" sərf olunacağı nəzərdə tutulub.

Bu hadisədən dərhal sonra bələdiyyə işçisi işdən qovulub. Əsl adı sənət aləminə məlum olmayan Dabulyu Nəsimi ləqəbli istedadlı işçi bu hadisədən təsirlənərək, şair olmağı qərara alıb. İlk qəzəlində də şar əhvalatından ürək ağrısı ilə söhbət açıb.

Əfğanım dağlar yıxar, məhv eylər ah-zarlar məni
Sədirdə yoxdur günah, işdən qovdu şarlar məni...

3) İkport geriliyin əlamətidir

Günçıxan kəndinin tam orta məktəbində, tamamilə, qeyri-adi hadisə baş verib. 8-ci sinif şagirdi Dünyamalı gözlənilmədən dərs zamanı telefonunu çıxardaraq qeyri-etik videoya baxmağa başlayıb.

Əmək müəllimi bunu gördükdən sonra telefonu şagirddən alıb, müəllimlər otağına aparıb. Bir qədər sonra direktorla birgə sinif otağına qayıdıb. Direktor Dünyamalını xeyli tənbeh etdikdən sonra onun telefonunda blutuzun olmamasından gileylənərək: "İndi heç kim ikportlu telefon işlətmir, abır-həyan olsun, bir də belə şeylərə baxma" – deyib.

Direktorun öz nitqində blutuz məsələsini qabartmasını əmək müəllimi "O sizə müasir texnologiyadan geri qalmayın deyə belə deyir" – deyə izah edib.

Şagirdlərə belə etik şeylərə baxmağı qadağan edən direktor, eyni zamanda, ədəbiyyat müəllimindən Aşıq Ələsgərin "tulundan xəbərin varmı" şeirini tədris etməməsini də xahiş edib.

4) Xərçəngin müalicəsi tapılıb


Müalicəsi tibb elminə məlum olmayan xərçəng xəstəliyinin müalicəsi tapıldığı iddia edilir. Belə bir iddiayla Şorsatan kəndinin 42 yaşlı sakini Tükəzban xala kəndin ən çox yığışılan bulaqlarının birində çıxış edib.

O, bu xəstəliyin heç bir maddi üsulla sağalmayacağını, bunu ancaq və ancaq şeir ilə sağaldacağını bildirib.

Postmodern üslubda yazan Tükəzban xala: "Mənim şeirlərimə qulaq asandan sonra bədənin bütün hormonları küsür, tərsinə işləməyə başlayır. Eyni zamanda irəliləməkdə olan xəstəlik geriyə gedir. Proses xəstəliyin tam sağalmasına qədər davam etdirilir. Xəstəlik bədəni tərk etdikdən sonra Nizamidən, Müşfiqdən, Füzulidən, Sabirdən, Krılovdan şeirlər oxuyub bədənin anormal inkişafını geri qaytarıram" – deyə vurğulayıb.

5) Malakanlar:

"Azərbaycanlı olduğumuz üçün fəxr edirik". Diskoteka kəndində yaşayan malakanlar və slavyanlar azərbaycanlı olduqları üçün mutlu olduqlarını dilə gətiriblər. Onların belə şad-xürrəm olması səbəbsiz deyil. Belə ki, bu il yeni kolxoz sədri seçilib ki, o da insanların iş vaxtını 8 saatdan 6 saata endirib. Artıq bu kəndin əhalisi günün dörddə üçünü istirahət edə biləcək.

İnsanlar işdən qazandıqları iki saatı dərnəklərə və digər əyləncəli oyunlara sərf edirlər.

Belə bir boşluqdan istifadə edən kəndin nadir türksoylularından olan Əlsəftər kişi “Meyxana” adlı çayxana açıb. Maştağa kəndindən 4-5 say seçmə söz ustalarını da dəvət edib ki "aylıq hərənizə maaş verəcəyəm, siz deyin". Ekspertlər bu çayxanaya müştərilərin gəlməyəcəyini bildirsələr də, artıq çayxanada adam əlindən yer tapılmır. Bakıdakı belə çayxanalardan fərqli olaraq, bu meyxana məktəbinə qadınların da gəlməsi diqqət çəkir. Meyxana çayxanasında müştərilərin bol olmasının əsas səbəbi sözə olan maraq olsa da, burada içkilərin qiyməti çox münasibdir.

Bu kimi elanlar da adamın diqqətini çəkməyə bilmir:

Pivə-50 qəpik
Araq-1 manat 80 qəpik
Çaxır-1 manat 60 qəpik
Çay 6 manat snikerslə bir yerdə verilir.

Bu günə bu qədər. Sizinlə mən idim Bahadur Qobustan. Növbə də isə...
/1937.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.