"Qanun" nəşriyyatı yeni kitablar çap edib
21.01.14

"Qanun" nəşriyyatı yeni kitablar çap edib. Yeni kitablar aşağıdakılardır.

Günel İmran - Məni kim öldürdü?!

Bəzən biz həyatda addımlayarkən qarşımıza çıxan sual işarələrini görmədən keçirik. Həyat isə Sfinks kimi hər zaman bizi sualla qarşı-qarşıya qoyur. Edip sualın cavabını tapdı. Həyatı xilas oldu. Amma qədərinə düşən faciədən, lənətdən qurtula bilmədi. Bəs əsərin baş qəhrəmanı Adəm bu sınaqdan necə çıxacaq? Törədilən kriminal hadisə qəhrəmanın dolaşıq şüur labirintinə çevrilir. Adəm düşdüyü zülmət labirintdən çıxış axtararkən rəngsiz adam onu izləyir. Bu rəngsiz adam Edipdirmi? Fantaziyalar, miflər ger­çəkləşir və Adəmin keçmişilə toqquşur.

Bakı, Qanun Nəşriyyatı, 2014
120 səh.
3 AZN
 

Эльшан Мамедли - ЧЕЛОВЕК, СТОЯЩИЙ В 24-м РЯДУ

Предлагаемое Вашему вниманию эссе бакалавра юриспруденции Бакинского Государственного Университета Мамедди Эмина Эльдар оглу "Пациент 24" является первым опытом его литературной деятельности. Правда, в десятилетнем возрасте им был написан небольшой рассказ "Серебряный корабль".
Однако предлагаемое произведение - это уже труд зрелого человека, который несет в себе глубокий философский смысл и является плодом долгих размышлений над тайнами бытия. Здесь все необычно: и форма подачи материала, и рассуждения автора, и его видение проблем современной молодежи, и новый взгляд на взаимоотношения между юношами и девушками, взрослыми и детьми, различными социальными группами и слоями общества.
Каждый, кто ознакомится с данным произведением и дойдет до его последней страницы, откроет для себя новый мир и найдет свое видение проблем современного общества. Автор достаточно хорошо осведомлен в реапиях современной действительности.
Он философски осмысливает взаимоотношения, сложившиеся в современном социуме, пытается высветить темные стороны человеческой натуры, поднимает проблемы дружбы, взаимопонимания, человечности и отношений между мужчиной и женщиной. Он в поиске. Он ищет свое место в этом непростом ми ре и хочет, чтобы каждый из нас задумайся над проблемами бытия.

Baki, Qanun Nəşriyyati, 2014, 108 стр., тираж 500
Редактор: Моисей Беккер
4 AZN   

 
 Aqata Kristi - PUARO İSTİNTAQ APARIR

“Puaro istintaq aparır” hekayələr toplusu Aqata Kristinin yazıçılıq karyerasının ilk dövrlərində çap olunmuşdur. Topluya 11 hekayə daxildir. Bu hekayələrin hər biri sonralar detektiv janrının klassikası hesab edilmişdir. Bu toplunun bütün hekayələri ekranlaşdırılıb.
 “Puaro istintaq aparır” hekayələr toplusunun qəhrəmanı xəfiyyə Puaro bir çox qətl hadisələrinin üstünü böyük məharətlə açır. İşdə yalnız bir şübhəli məqam varsa belə, yorulmaz detektiv onu araşdıraraq həqiqəti üzə çıxarır.


Bakı, Qanun Nəşriyyatı, 2014
212 səhifə.
Ruscadan tərcümə:     Hökumə Həbibova
Nəşriyyat redaktoru:     Müqəddəs Şahbazov 
5 AZN


Bəhram (Çələbi) Mustafabəyli - Rusiya mafiyasının liderləri

Rusiya mafiyası – yaxud “Dövlət içində dövlət” heç də gəlişi gözəl kəlam deyil, real həqiqətdir. Bu əzəmətli imperiyada əmrlər müzakirə olunmur, güllənin dəyəri isə bir qəpikdən də ucuzdur.
Mafiyanın nə demək olduğunu hamı bilsə də, onun işinin mahiyyətini çoxları dərk etmir. Bəziləri onun mövcudluğunu, hətta inkar da edir, onu mif, əfsanə, jurnalist uydurması adlandırırlar.
Mafiyanın ilkin gəliri milyadrlarla ölçülür və liderlər fəaliyyətlərini davam etdirmək üçün bu sərvətin bir hissəsini güc sturukturlarına rüşvət vermək, cinayətlərini gizlətmək, lazım olan adamları qruplara cəlb etmək, şahidləri satın almaq və s. sərf edirlər.
Mafiyanın birliyi və gücü onun hər bir üzvünün başçılarına və ailənin ciddi qayda-qanunlarına – bu omerta (susma) və vendettadır (tabe olmayan ölməlidir) – şərtsiz tabe olması nəticəsində təmin olunur.

Bakı, Qanun nəşriyyatı, 2014, 260 səh., 1000 tiraj
Tərtib edən:         Bəhram (Çələbi) Mustafabəyli
Nəşriyyat redaktoru:     Elsevər Muradov
6 AZN
 

Jül Vern - KAPİTAN QRANTIN UŞAQLARI

Roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qran¬tın və iki matrosun axtarışından bəhs edir. Qrantın uşaqları – Robert və Meri Qrant “Dunkan” gəmisi ilə atalarının axtarışına çıxırlar. Gənc kapitan Con Manqls, coğrafiyaşünas alim Jak Paqanel və məşhur dənizçi qızı Elen Qlenarvan onlara kömək edir. Yolun asan başlamasına bax¬mayaraq, təhlükələr getdikcə artır. Onları həm quruda, həm də dənizdə müxtəlif macəralar müşayiət edir, amma bütün təhlükələrin öhdəsindən mərdliklə gəlirlər.
Romanın sonunda kapitan Qrant və matroslar xilas olunur, səyyah¬lar Şotlandiyaya qayıdırlar.
Əsərdə incə yumor və nikbin ruh hakimdir.
Fransız yazıçısı Jül Vern ədəbiyyatda elmi fantastika janrının ən gör¬kəmli nümayəndələrindən biri hesab olunur. İlk romanı “Açıq fəzada beş həftə” bitəndə 35 yaşı vardı. Bütün dövrlərin ən çox tərcümə edil¬miş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. “Kapitan Qrantın uşaqları”nı 1867-1868-ci illərdə yazılıb.

632 səhifə.
Tərcümə edən:
Cabbar Məcnunbəyov
9.50 AZN

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.