Etibar Salmanlı - Bir molla, üç manat pul, bir kəllə qənd
09.01.14

Ümumilikdə bu, çox ağrılı söhbətdir. Düşünmək, düşündürmək üçün beyin partladası bir mövzudur. Ancaq xalqımız  hər bir ideoloji mövzuya ironik yanaşdığından bu söhbətə də nisbətən digər rakursdan baxmaq lazım gəlir.
Mən internet söhbətləri haqqında bir çox yazılar yazmışam. Bəzi yazılarıma görə “tənqid”lər də eşitmişəm.
Bir zamanlar çatda tanış olduqları oğlanlara görə əyalətlərdən Bakıya “mühacirət” etmiş qızlarımızdan bir neçə yazı yazmışdım. Dostlarımdan bəziləri axırda üzünü mənə tutaraq dedi ki, bəsdir o qızlardan yazdın, axırda onların birini sənə zorla ərə verəcəklər. Mən də bu qeyri-demokratik məsələyə görə o mövzuda yazmağı saxladım.
Bu arada internetlə bağlı bir neçə qərar (fətva) verilib Şərq ölkələrində. Bu qərarları eşidəndə düşündüm ki, görəsən, islam ölkələrində bu özünüqapama hansı məqsədlərlə həyata keçirilir. Görəsən, niyə özümüzü kimlərdənsə gizləmək istəyirik?
Bəzi müsəlman ölkələri ilə bağlı xırda bir araşdırma aparsaq, görərik ki, porno saytlara girişi bağlasalar da, bu ölkələrdə porno saytlara giriş sayı statistik nəticələri alt-üst edir.
Hətta bəzi ölkələrdə siğə məsələsi ilə bağlı son zamanlar internet saytları açılıb. Girirsən sayta və xoşuna gələn zənənin siğəsini internet vasitəsilə özünə oxutdurursan. Yəni bir molla, üç manat pul və bir kəllə qənd.
Bizim gücümüz ancaq “Toy olsun”, ya da “Onun yarısı” kimi verilişlər açaraq insanları evləndirməyə çatır.
Məni düşündürən daha bir məsələ isə Səudiyyə Ərəbistanında verilmiş növbəti qanun (fətva) oldu. Verilmiş fətvaya görə qadınlar yanlarında kişi (erkək) olmadan internetə daxil ola bilməzlər. Bu qərarı hansı rakursdan araşdırsaq, mübahisə-müzakirə mövzusu etsək hansı ağılla verildiyi yenə də çatmayacaq bizə.
Bu şəriət dostlarımız, görəsən, nə yeyirlər, nə içirlər, nə çəkirlər? Əsas məsələ bax budur!
Deyək ki, iranlı dostlarımız siğə saytı açdı. Səudiyyə Ərəbistanından da bir qadın girib bura öz “CV”- sini yükləmək, öz bəxtini açmaq istədi. Axı Səudiyyə Ərəbistanının “Toy olsun”u və ya “Xoşqədəm”i yoxdur ona bir qismət tapsın. Əgər S.Ərəbistanında bir qadın internetə yanında kişi (erkək) ilə daxil olacaqsa nəyinə lazımdır o siğə saytı ?
Yəqin, bunu düşünməyib Sədiyyə Ərəbistanlı dostlarımız.
Hər bir halda bu addım insanları inkişafdan geri salacaq. Onsuz da İslam ölkələri inkişafdan ciddi şəkildə geri qalırlar. Bir dənə normal inkişaf edən İslam ölkəsi yoxdur dünya xəritəsində.
Bu gedişlə də heç olmayacaq, deyəsən. /1937.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.