Ziyad Quluzadə - XXI əsrin kədərli qocalarına...
07.01.14

 “Allahın bircə səhvi varolmamağıdır.”
                                STENDHAL


    Xeyli əziz oxucum (!) bəşəri mövcudiyyətimizdən ta bu günəcən, müxtəlif cərəyanların, axınların məngənəsindən birtəhər sivişib çıxan, özünə cığır açan bəlli fikirlər var. Belə rəvayət olunur ki, Günəş tanrısı Ra Şərqi özünün ən əziz məkanı hesab edirmiş. Uzun qızılı saçları olan, parlaq iri gözlərini ehmalca qırpan Ra şərqdə öz mürgülü, xoş  yuxusundan oyananda Narsisin bulaqdakı əksini gördüyü anda kerçirdiyi xoşbəxtliyi keçirirmiş. Vəcdə gəlirmiş. Göylərə pərvazlanırmış. İlahi məqama yüksəlirmiş. Ağsaqqal Aristotelin təbirincə desək “ARINIRMIŞ!” Eyniylə o, balaca, toppuş, qanadlı eşq mələkləri kimi hər yerə sevgi, məhəbbət yayırmış. Di gəl ki, bu gözəl Ranın əhvalını təlx edən bir əmma da mövcud imiş.
    Ra səmaya qalxdıqca-qalxır, pərvazlandıqca pərvazlanırmış və tədricən göy qübbəsinin ortasından keçib parlaq işıqlarının öləziməsiylə yanaqlarındakı al şəfəqlər sönüb gedirdi. İtirdi. Yoxa çıxırdı. Məhz ol səbəbdən qərb zirvədən aşağı yuvarlanmaq, şərq isə doğuluş yüksəliş, başlanğıcın mənbəyi kimi, inkişafın özəyi rolunu oynayır.

***

    “Qocalıq” sözünün etimoloji, arxeoloji mənaları həmişə ”dərviş”, “Tanrı”, “Bilgə”, “Nurani” sözləriylə alternativlik təşkil edir. Bəzən də elə həmin sözlərin yerinə keçib, onların dili, ağzı olub. Yaşlı, qoca bir insan deyiləndə həmişə kamillik zirvəsinin təzəcə yerə ələnmiş qarlarında (hərçənd ki, zirvələrdə qar həmişə köhnə və qurdlamış olur) ruhunu təmizləmiş ruhani bir qoca nəzərdə tutulurdu. Türklərdə də qocalıq “Kitab-i Dədə Qorqud”un timsalında ağlı kamala yetmiş, bilginin və həyat fəlsəfəsinin bəsirət gözünü açmış peyğəmliyi olan insanı simvolizə edir. Hətta bütün dinlərdə Allahın özü də uzun ağ saqqalı olan, nurani çöhrəli, yaşlı bir qoca kimi təsvir edilir. Di gəl ki, zaman fırfıra sayağı fırlanıb ötdükcə bu düşüncə qəlibləri də artıq öz zahiri və batini mahiyyətini dəyişməyə üz qoyub. Bu dəyişmənin,  Kafkavari “çevrilmə”nin kriptosunu açanda qarşımızda xeyli yaxın tarix nəzərə çarpır. Belə ki, II Dünya Müharibəsindən sonra, xüsusilə də kapitalist dəyərlərin inkişafı, at oynatdığı, Karl Marksın o yekəpər “Kapital” kitabı əl-əl gəzəndə hər şeyin qiyməti hesablanmağa, sevginin kilosu, nifrətin tonu, seksin saatı, öpüşün dəfəsi satılmağa başlayanda, pula gedən ən dəyərli şeylərdən biri də “cavan qalmaq” instiktinin, istəyinin bazara çıxmağı oldu. Hətta o dərəcə də ki, məsələn seksin simulasyonu olan porno dünyada ən bahalı biznes sahəsinə çevrildi. Əvvəlki quldarlığın yerini qadındarlıq, orqandarlıq, homodarlıq almağa başladı. Slavoj Zizekin təbirincə bir müraciət ünvanlamaq keçir adamın dəli könlündən. “Ey qozbel sivilizasiya, kapitalizmin süqutunu gözləməkdənsə, irqi ayrıseçkiliyə və səfalətə qarşı mübarizə aparmaq lazımdır!!!”
            
***
    Sanayiləşmənin, istesal-istehlak münasibətlərinin “Qırat” belində Çənlibeldə belədən-beləyə çaptığı məqamda burjaziya, kapitalistlər və “biclər” kütlənin əlində-ovucunda olan-qalanı da sorub aldılar. Yox, üzr istəyirəm. Almadılar! Xoşluqla vermək üçün onları “tərbiyə”ləndirdilər. “Ağıllı”, “Sivil”, “Mədəni” kütləni formalaşdırdılar.  Onların fövtə verilməz neon işıqlı reklam lövhələri və şüarları var idi. “Estetik əməliyyatlar sizi həmişə gənc saxlayacaq!”, “Tökülmüş saçlarınızı yenidən əkdirə bilərsiniz!”, “Erkən qocalma əleyhinə xüsusi otlar və müalicə üsulları!”kimi nəhəng istehlakçı ordusu formalaşdırıldı. Qocalıq qorxusu insanların rəhmətlik Ziqmund Freydin təbirincə desək “şüuraltı”na girdi. Onların beynindəki qocalığa olan həsrəti, qocalığın insanlara bəxş etdiyi o kamillik taxt-tacını daxma, xəstəlik və çürüməklə əvəzlədi. “YAŞASIN GƏNÇLİK!!!”
           
***
    Qocalmaq daha ağıllı, daha bilikli olmaq deyil. Qocalmaq yaddaşın zəifləməsi, hamının adını unutmaq, dişlərin tökülməsi, gözlərdə intəhasız korluq, sifətin qırışması, belin bükülməsidir.
    Bu gün medya bizi plastilin kimi istədiyi formaya salaraq qazanc əldə etmək güdükçüsü olan kapitalizmin pəncəsinə atır. Onun köləsinə çevirir. Artıq qocalmaq hörmətli, kamil, dəyərli, ağıllı olmaq deyil. Qocaqlmaq yararsız, yorğun, xəstə və lazımsıqlıq simvoludur.

    P.S. Qocalmayın, daha aktiv və enerjili olmaq üçün “Viagra” və “RedBULL” için!!!

                               

Avanqrad.net
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.