Rəbiqə Nazimqızı - Bir xəyanətin tarixçəsi
30.12.13

On birinci sinifdə oxuyanda paralel sinifdəki S.-yə - qaraşın bir oğlana dəlicəsinə vurulmuşdum, bu günlərdə "skype"da şəklinə rast gəldim. İlahi, bu illər ərzində, demək olar ki, onun dəyişib-dəyişmədiyi barədə hər ay düşünmüşdüm. Day sevib-eləmirəm e, sadəcə maraq üçün. Tez-tez guya küçədə rastlaşacağımız barədə hekayələr uydururdum və bu hekayələrdə biz bir-birimizi tanıyırdıq...
 
Amma və lakin... şəkli görəndə özümə gələ bilmədim... Bəlkə, elə o da mənim şəklimi görəndə eyni hissəri keçirib, bəlkə, heç fikir verməyib də. Hərçənd, fikir verməmiş olmaz... Dediyim odur ki, ikimiz də bu illər ərzində vəhşicəsinə kökəlmişik. Özümü bilmirəm, amma onun mənalı sifətindən indi keylik oxunur. Bilirəm, adam vaxtilə sevdiyi adam brədə belə yazmaz, etik deyil, amma etika səmimiyyətimə baş əyib təzim elədi, neynim axı. O qara atəşli gözlər də sönüb. Bəs deyirdilər, gözlər heç vaxt dəyişmir???...
 
Hə, sonra yadıma rəfiqəm düşdü. Oyunbaz R... Yaxşı yadımdadı, Novruz bayramına az qalırdı, birdən necəsə söhbət oğlanları yoldan çıxarmaqdan düşdü. Mən demədim ki, yoldan çıxarmaq üçün yalnız özünün yoldan çıxmağın kifayətdir, ya da birinci ikincidən doğur. O zaman indiki qədər hazırcavab da deyildim axı. Məni fərasətsizlikdə suçlayan rəfiqəmin oyunbazlığının limitini öyrənməyə qərar verdim və deməli, özüm də yeni oyun qurdum. Açar söz "sən bacarmazsan" idi. Bilirdim ki, bacarar, S.-ni yoldan çıxarmaq üçün xüsusi istedada malik olmaq lazım deyildi. Altşüurda bəlkə, öz səbrimi və qısqanclığımı, rəfiqəmin mənə münasibətini öyrənmək istəkləri də vardı və biz o zaman mənim sevdiyim S. ilə bağlı mərcə girdik. R. həmin vaxt öz xalası oğlunu sevirdi. Dedidiyinə görə, dəlicəsinə.
 
Novruz bayramını sinif yoldaşlarımdan birinin evində qeyd edirdik.  Qəsdən S.lə R.i yanaşı oturtdum. Onun missiyası da da asanlaşsın deyə. Bundan sonra nə gözləyirdimsə, o da oldu. Qız mənim sözlərimə özünün bəstələdiyi bir mahnını oxudu, sonra həzin musiqi altında rəqs elədilər. Arxasını dəqiq bilmədim, rəzalətə sonadək baxmaq fikrim yox idi. Sakitcə evə gəldim. Sonra R.  - S.in onun barmağındakı yaşıl qaşlı üzükdən necə öpməsini gündə min kərə danışırdı mənə. Ağlaya-ağlaya. Əlbəttə ki, ağlaya-ağlaya. Sevgi romanları cəmi 2 həftə çəkmişdi, sonra R. haqqında söz-söhbətlər məktəbi bürümüşdü. Mənsə hələ də S.ni sevirdim, R. isə hər gün bizə gəlib qucağımda ağlayırdı. Bağışlamamışdım, bu gün də bağışlamamışam, amma sevinmirdim də. Bir az məyus idim, vəssalam. Və tez-tez öz aləmimdə ona sual verirdim: "Sən niyə belə elədin axı"...
 
Sonra mən ailə qurdum, sonradan o. R. ərə gedibmi, getməyibmi, bilmirəm, onu bilirəm ki, kişi görəndə ağzı qulağının dibinə gedirdi, fərqi yox idi qarşısındakı kimdi -  A. ya Ş...  On səkkiz il keçib, daha mərc gəlmirəm, amma mən hər il bu hekayəti xatırlayıram. Sağ olsunlar, unutmağa qoymurlar. Hamısı da "peşman olur", mən də hamısını "başa düşürəm", hamısına qucaq açıram, amma bağışlamıram.  Bağışlamağı bacarsaydım, yəqin, indi tək qalmazdım. Amma elə adamlarla bir yerdə olmaqdansa, tək qalmaq yaxşıdır və məsləhətdir...


Avanqard.net

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.