Bakı Slavyan Universitetində tənqidçi Elnarə Tofiqqızının anım tədbiri keçirilib
24.12.13

Bakı Slavyan Universitetində tənqidçi Elnarə Tofiqqızının anım tədbiri keçirilib.

Tədbirdə E.Tofiqqızının həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.
 
Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla bildirib ki, E.Tofiqqızı universitetin yaradıcılıq fakültəsinin dekanı olub və qısa müddətdə fakültə tələbələrinin sevimlisinə çevrilib: “Həyatımızın hansı çağında onu xatırlasaq, yad etsək, Elnarə xanımın yoxluğu bizi ağrıdacaq. Mən təkcə istedadlı tənqidçini, universitetin dekanını yox, sanki bir bacımı, məsləkdaşımı itirmişəm. Allah ona rəhmət eləsin, ailəsinə, doğmalarına səbir versin”.
 
Yazıçı Aqil Abbas qeyd edib ki, E.Tofiqqızının ölümünə səbəb olan həkimlərin məsuliyyətə cəlb olunması üçün axıra qədər mübarizə aparılmalıdır: “Həkim məsuliyyətsizliyindən insan itkisi bu gün də var, sabah da davam edəcək. Təəssüf ki, bu işlə bağlı heç kim məsuliyyətə cəlb olunmayıb. Elnarə xanımın yoxluğunu ədəbiyyatımız, tənqidimiz üçün böyük itki sayıram”.
 
Tənqidçi Rüstəm Kamal çıxışında qeyd edib ki, E.Tofiqqızının xatirəsinə həsr olunan kitab çap olunacaq: “Həmin kitab iki hissədən ibarət olacaq.  Elnarə xanımın öz yazıları və onun haqqında olan yazılar toplanacaq”.
 
Anım tədbirində Qan Turalı, Azad Qaradərəli, Sayman Aruz, tənqidçi Cavanşir Yusifli, Qəşəm Nəcəfzadə, Rəbiqə Nazimqızı və başqaları E.Tofiqqızı haqqında xatirələrini, düşüncələrini bölüşüblər.
 
Xatirə günündə E.Tofiqqızının valideynləri və həyat yoldaşı Anar Mahmudoğlu da iştirak ediblər. /APA/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.