Musa Yaqub: "Həyat özü manelərlə doludur" - MÜSAHİBƏ
23.12.13

- Musa bəy, səhətiniz necədir?

- Bilgəhdə yerləşən istirahət mərkəzində həm dincəlirəm, həm də müalicə alıram. Bir zamanlar qocalıq məndə qorxurdu, indi mən qocalıqdan qorxuram. İnsanlar qocaldıqca daha da kövrək olurlar. Qocalar xatırlanmaq və əzizlənmək istəyir. Əsasda hörmət istəyir.


- Musa Yaqub çoxmu kövrəkdimi?

 - Tək Musa Yaqub deyil, tanıdığın və tanımadığın şairlər kövrəkdilər. Məni ən xırda sevgi, hörmət və.s kövəldə bilər. Fəsilərin arasında payız çox kövrəkdir.


 - Musa Yaqub və payız...

 - Payız sevdiyim fəsildi. O zaman mən çox duyğulu oluram. Mən ən gözəl şeirlərimi payızda yazıram. Payıza aid belə bir şeirim var:

Bir sarı budaqdır il ağacında

Görən bu payızın yaşı neçədir? –

Bir qıvrım duman da qalıb solanda,

Yaddaşı necədi, huşu necədi –

 

Sarıköynəkləri dözmədi qaçdı;

Amma həmin torpaq, həmin ağacdı,

Qüdrəti qalıbmı bir gül bitirsin,

Ya bir xəzəlini yerdən götürsün.

Bir dilim yemişi aypara bilsin

Bir quşu yolundan qaytara bilsin –

Çağırsın geriyə şirin dilləri,

Əlini uzatsa qış tərəflərə

İsidə bilərmi soyuq əlləri?..

Görəsən payızın yaşı neçədi?..

 

Payızın yaşı çoxdur. Amma payız gəldikcə insanlar bir yaşda qocalır.


- Sizin şeirlərinizin əsas mövzusu ayrılıqdır...

- Ayrılıqdan söz düşmüşkən ayrılığı və hicranı özündə cəmləyən şeirlərimdən birini demək istəyirəm...

 

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən allah,özünə oyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni.

Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.

Mən bir az baharlı budaq kimiyəm
Bir azda sadəlövh uşaq kimiyəm,
Bala anasına qovuşan kimi,
Leylək yuvasına qovuşan kimi,
Ari gül çiçəyə uyuşan kimi,
Eh,mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki,sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə öyrətmə məni!

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi,
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın,
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur!

Bir şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Oyrətmə özünə öyrətmə məni

Könlümdə yerin var,qopmaz yerindən,
Bir əkiz ləçəyi,haça budaği,
Ayırmaq olmursa biri birindən
Məni də ayırmaq çətindir axı.

Öyrətmə özünə öyrətmə məni,
Yox buna taqətim,yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım...
Yoxsa da könlümün sınıqlari var,
Hicranın köz basmış yanıqlari var,
Mənim dərdlərimin ayaqları var,
Harda olsa gəlib tapacaq meni,
Yaxıb yandiracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə...

 

Bu şeir əslində tam sevgiyə və sevgiliyə aid deyil.


- Axı şeirin misralarında sevgiliyə həsrət və hicran duyulur...

- Belə izah edim. İki dost bir-birinə bağlana bilər. Zaman gələr ayrıla bilər.


- Musa bəy, doğurdanmı sonda ölən ümiddir?

- Mən belə düşünürəm ki, ümid heç vaxt ölmür. O zaman ölə bilər ki, insan hər şeydən bezsin. Və arzusu və istəyi olmasın.


- Sizin müxalif fikirlərinizə görə ailənizə basqılar olubmu?

- Şair hər zaman müxalif olmalıdır. Sözünü çəkinmədən deməlidir.


- Sizin “Mən müxalifətəm” şeirinizi neçənci ildə yazmısınız?

- 1992-cı ilin Sentiyabr ayında yazılıb.


- Adı çəkilən şeiriniz sizin faliyyətinizə manel olubmu?

- Bu həyat özü manelərlə doludur. Həyat mübarizə aparanındır...

 

 Müxalifətəm

Gül olub ya gərək solub tökülüm,
Varamsa tikanla müxalifətəm.

Cismimi öldürüb ruhum uçursa,
Cismimdəki canla müxalifətəm.

Zaman ömrüm alır, dövran canımı,
Mən də bu dövranla müxalifətəm.

Demə ki, düzəldi, yox düz əyildi,
Qələm, qələmdanla müxalifətəm.

Haqqın yolu birsə, qanun mindirsə,
Qanunla, fərmanla müxalifətəm.

Şah taxtı hələ haqq dərgahı deyil,
Mən bəylə, mən xanla müxalifətəm.

Hökmün hüzurunda işlək bəndəyəm,
Demək hökmranla müxalifətəm.

Aldanmış Adəmin parasıyam mən,
Həmişə şeytanla müxalifətəm.

O şeytan çox qəlbə girə bilirsə,
İnsanam, insanla müxalifətəm.

Ələm, tərəziyəm, çəki daşıyam,
Mizansız mizanla müxalifətəm.

Min ildir çağırram vicdan ayılmır,
Ayılmaz vicdanla müxalifətəm.

Şimşək köynəyimi cırıb tökmüşəm,
Çünki asimanla müxalifətəm.

Od canımdan çıxır, tüstü başımdan,
Dağdakı dumanla müxalifətəm.

Qulamsa üsyanım qaynar içimdə,
Şahamsa üsyanla müxalifətəm.

 

/1937.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.