Kənan Hacı - Onu yaşamağa qoymadılar..
09.12.13

Əlabbasın “Qaraqovaq çölləri” romanı haqqında
 

Mən “Köhnə kişi”ni oxuyanda vur-tut, on üç yaşım vardı. İllər keçdi, yetkinlik çağımda bu əsəri yenidən oxudum. Amma ilk təəssürat indinin özündə də yaddaşımda dipdiri qalıb. Sözün min bir çaları, dilin əlvanlığı mənim uşaqlıq aləmimdə bu dünyanın özündən də qat-qat artıq rənglərlə aşıb-aşırdı.
 
Əlabbas mənə sözü sevdirən yazıçılardandı. O, sözə nəfəs verən, ruh verən yazıçıdır.  “Gümüşü gecələr”in idilliyası, “Qiyamçı”nın nəfəs kəsən lirizmi öz həyatımın, keçmiş günlərin xatirəsi kimi mənə əzizdir.
 
Bu günlərdə Əlabbasla uzun çəkən söhbətimiz oldu və həmin söhbətdə çox mətləblərə toxunuldu. Yazıçının yaradıcılıq bioqrafiyasında xeyli ağrılı məqamlar varmış və bu ağrılı məqamlardan biri də bu idi: Əlabbasın da mənsub olduğu ədəbi nəsil ona görə “itirildi” ki, bu nəslin tənqidçisi olmadı. Himayədən məhrum olan istedadlı gənclər uzun illər boyu ədəbi bürokratizmin amansız pəncəsində sıxıldı, əzildi. Amma nə yaxşı ki, məhv olmadı. Nə yaxşı ki, bu nəsil diri qaldı və həmin nəslin bir sıra nümayəndələri bu gün də yazıb-yaradırlar. Əlabbas həmin ədəbi nəslin ən istedadlı yazıçılarındandı.
 
Onun sonuncu romanını – “Qaraqovaq çölləri”nı bir gecəyə oxuyub bitirdim və qənaətim belədir: bu roman Qarabağ savaşı haqqında yazılmış ən yaxşı əsərlərdən biridir. Çox qəribədir ki, bu əsər bir müddət bundan əvvəl amansız tənqid atəşinə tutuldu.
 
İsveçrə psixoloqu Karl Yunq “Psixologiya və poetik yaradıcılıq” əsərində yazır: “Yazıçı sözün ən dərin mənasında alətdir və buna görə öz əsərinə tabedir, ona görə biz sənətkardan öz əsərinin izahını gözləməməliyik. Sənətkar öz ali vəzifəsini yerinə yetirərək obraz yaradıb. Obrazın şərhi, izahı başqalarının və gələcəyin işidir”.
 
Məncə, çox doğru fikirdir. Biz bəzən yazıçıdan yazdığı əsərin izahını tələb edirik, unuduruq ki, yazıçı artıq öz işini bitirib, zəhmət çəkib əsər yazıb, sən də zəhmət çək, beyninə əziyyət ver, onun ötürdüyü mesajları dərk et. Əgər dərk edə bilmirsənsə, bu, yazıçının problemi deyil.
 
“Qaraqovaq çölləri” torpaq uğrunda döyüşmüş və bunun müqabilində zaman-zaman haqsızlıqlarla üzləşmiş, öz doğma kəndində belə özünə yurd-yuva qura bilməyən bir insanın üsyanıdı.
 
Müharibə ədəbiyyatın qədim mövzusudur. “Qaraqovaq çölləri” müharibə nəsrinin şablonlarından kifayət qədər uzaq bir əsərdir, burda döyüşlər təsvir olunmur, qan-qada səhnələri yoxdu, amma ondan da təsirli, ondan da dəhşətli faciələr təsvir olunub. Romanın süjetini nəql etmək niyyətində deyiləm. Maraqlananlar əsəri tapıb oxuya bilər. Zatən, oxunası bir əsərdir.
 
Yazıçı öz qəhrəmanını ağır, mürəkkəb situasiyalarda təsvir edir. Elə bir toplum təsvir olunur ki, burda qəhrəmanların mükafatı təcridxanadı, onlar öz halal haqlarına sahib ola bilmirlər.
 
Qarabağ müharibəsindən iyirmi illik bir zaman məsafəsi keçib, bu, bir gənc nəslin yaşı deməkdir və indi nəhayət, bu müharibə haqqında ədəbi-tarixi həqiqətin ortaya çıxdığı bir dövrdür. Əlabbasın romanı da bu həqiqətin, acı və ağrılı həqiqətin bir nümunəsidir. Tarixin gedişatını çarəsiz xəstəlik kimi qəbul edən Əfsun sonda onun tikmək istədiyi evi dağıtmaq istəyənlərdən öz qisasını alır və intihar edir.
 
Əsərdə tarixi həqiqət mükəmməl bədii ifadəsini tapıb. Romanın ən yüksək məziyyəti də budur və nədənsə məhz bu cəhət unudulur, əhəmiyyətsiz, xırda qüsurlar əsəri yerdən-yerə vurmaq üçün əldə dəstavuz edilir. Yazıçı işğalın səbəblərini göstərir, amma tənqidçilər əsərdə olmayan bir obraz haqqında danışırlar.
 
Əfsun torpaq uğrunda döyüşmüşdü və təsadüf nəticəsində sağ qalmışdı. İndi rahat həyat yaşamaq istəyirdi. Onu yaşamağa qoymadılar... /kulis.az/
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.