Etibar Salmanlı: "Ədəbiyyatımız Azərbaycan çərçivəsindədir"
06.12.13

Şəxsən özünüzü, tanışlarınızı, şəhərinizi bu mətnlərdə nə qədər tapa bilirsiniz ?

Son zamanlar fikir verirəm ki, bizdə əsasən çatışmayan cəhət biz müasir həyatımızdan yazmırıq. Hələ də bir çox yazarlar nənədə, babada, təndirdə, kənddəki həyətlərində olan toplanda qalıblar. Bizə urbanistik yazılar, əsərlər lazımdır. Var ancaq daha da çox olmalıdır.

Müasir Azərbaycan ədəbiyyatında ən sevdiyiniz müəllif kimdir ?


Bir nəfər adı çəkmək bir az düzgün olmaz fikrimcə. Mənim müasir Azərbaycan ədəbiyyatında favorit yazarlarmı nəsrdə Pərviz Cəbrayıl, Seymur Baycan, Şərif Ağayardı nəzmdə isə Salam Sarvan, Aqşin Yeniseyi, Qisməti çox bəyənirəm. Ümumi götürsək isə Axundov və Cəfər Cabbarlını oxumaqdan doymuram.

Son illər yerli ədəbiyyatın ən uğurlu və uğursuz kitabları hansılardı ?

Düşünürəm ki, son illərin ən uğurlu kitabları Pərviz Cəbrayılın “Yad Dildə”si, Seymur Baycanın “Quqark”ı, ən uğurlu romanlardır. Uğursuzları isə düşünürəm ki, demək etik olmaz.

Bizim yazarlar tez-tez “Azərbaycanda yazmaq olmur”, “dəyər bilmirlər”, “yazardım ama layiq olmuyanlar üçün yazmıram” deyir. Bu sözlərin əsası var ya onlar sadəcə yazmamağın bəhanəsidir ?

Mənim fikrimcə boş söhbətdir. Azərbaycanda yazmaq olur sadəcə bizim xalqımızın ən əsas dərdi tənbəllikdir. Başqa problemlər də var ancaq əsaslarından biri işə can yandırmağa həvəsin olmamasıdır. Sualın ikinci hissəsinə isə belə fikir bildirərdim ki, biz yazdığımız, yazacağımız kitabın kimə layiq olub-olmadığını bilə bilmərik.

Azərbaycan ədəbiyyatı və Nobel sözləri yan- yana gələndə üzlərdə təbəssüm yaranır. Sizcə biz nə vaxt bu sözləri birlikdə işlədə biləcəyik ?

Mütləq. Əslində Azərbaycan ədəbiyyat Nobelini almağa şanslı ölkədir. Bir çox yaxşı “yazan” yazar var. Sadəcə bir az strategiyanı dəyişmək lazımdır.Bizdə köhnə nəsildən heç kim Nobel bundan sonra almayacaq. Məsələn Kamal Abdullanın əsəri guya Nobelə yaxınlaşmışdı. Bizim köhnə yazarların yazdıqları Nobelin “N”-sına belə yaxınlaşa bilməz. Mən düşünürəm ki, yaxın 10 ildə Azərbaycan yazıçılarından biri Nobel mükafatı alacaq. Amma kim alacaq onu daha bilmirəm.

Hər gün evdən çıxanda mütləq yanınızda kitab olurmu ?

Mütləq əlimdə kitab olur demək olar. Kitab da olmasa əlimdə qazet oxunası hansısa bir oxunası yazı materialı olur. Son dövrlər daha bir inqilabi dəyişiklik eləməyə çalışıram mobil telefonuma və İPoduma audio booklar yazaraq qulaq asıram. Bunlardan hansısa olmayanda isə yazacağım yazını beynimdə müzakirə edərək uzağı yaxın etməyə çalışıram.

“13” adlı yeni kitab hazırlanıb, siz də daxil olmaqla 13 müəllifin hekayələri var. Bu kitabda ən sevdiyiniz hekayə hansı oldu ?

“13” kitabını artıq oxumuşam və deyərdim ki, kitaba seçilmiş bir çox hekayəni bəyənmədim. Yəqin ki, tənqidçilərimiz və yazarlarımız kitabı oxuyaraq fikirlərini yazacaqlar. Ən çox bəyəndiklərim isə Elçin Mann-ın “Hörümçək” və Mövlud Mövludun “Qara Bayram” hekayələri oldu. Öz yazdığım hekayənin keyfiyyətindən də əminəm inanıram ki, “13”-ün ilk 3-lüyünə düşəcək.

Günümüz ədəbiyyatı çox müzakirə edilir. SSRİ dövrü ədəbiyyatımız necə ? Sizin üçün maraqlıdırmı ? Həmin dövürdən hansı kitabları bəyənmisiniz ?


Düşünürəm ki, o dövrün ədəbi əsərlərinin bir çoxu təbliğat maşınını yanacaq ilə təmin edən əsərlərdir. Ancaq bir sıra gözəl əsərlər də var. Yaxın gələcək üçün planım o dövrü yaxşıca araşdırmaqdır. Ancaq hazırda əsasən çox az oxuyuram o dövrün əsərlərindən ona görə konkret bir əsər adı çəkə bilməyəcəm.

Noyabr ayında hansı kitabları oxumusunuz ?

Noyabr ayında Remarkın “3yoldaşı”nı və “Zəfər tağı”nı, Əli Amirin “Yasəmən”-nini, Seymur Baycanın “Ana ürəyi”ni, Əli Novruzovun bu yaxınlarda çapdan çıxacaq “7hekayə”sini, gənc yazarların hekayələrindən ibarət “13” kitabını oxumuşam. Yazdığım yazılar üçün isə Qoderzi Çoxelinin “Küknarlara məktub” və Enes Türkoğlunun “Hasan Sabbah-Alamut kalesi və Cennet fedaileri” əsərinin bir sıra fəsillərini yenidən təkrarən oxumuşam.

Bəs hansı kitabları almısınız ?

Seymur Baycan “Ana ürəyi” kitabını bu ay almışam. Yuxarıda adlarını çəkdiyim kitabları isə dostlar hədiyyə ediblər.

Oxucularımıza mütləq oxunmalı kitabları kimi hansı kitabların adını çəkə bilərsiniz ?

Bir qədər subyektiv kimi çıxır ancaq deyə bilərəm ki, Volterin “Kandid” əsəri, Tolstoyun “İnsan ne ile yaşar” hekayələr toplusu, Mopassanın hekayələri və “Əziz dost” romanını, Floberin “Madam Bovari” əsəri, Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” , “3 yoldaş” və “Zəfər tağı” və s. kitablarını qeyd edə bilərəm ancaq tam olaraq bir böyük siyahı yazmaq olar bu sualla bağlı.

 
Mühacirətə gedən gedənədi. Azərbaycan yazıçılar üçün çox təhlükəli bir ölkədirmi ?

Azərbaycan bəli çox təhlükəli ölkədir. Demirəm ki, burda sizi öldürəcəklər. Ancaq burda mənəvi zorlamalar var fərqli adamlara qarşı. Xəbər saytlarında hər gün gördüyümüz zorlama xəbərləri çoxluq təşkil edir ölkədə ancaq inanın ki, fiziki zorlamadan 4-5 qat daha çox mənəvi zorlama var. Məhz yazarların burda yaza bilmirəm deməklərinin səbəblərindən birin də budur. Çünki Azərbaycan cəmiyyətinin 90-95 faizi 1700-ci illərdə qalıb və bu geridə qalmışlığın fonunda azad mühitin yaradılması qəliz məsələdir. Bir çoxuna da bu sərf edir. Çünki qara xalq nə qədər gerikafalı olsa o qədər daha rahat idarə edilər.

Yazıçılıq planlarınız var ?

Bəli ədəbi iddiam da planlarım da var. Əgər müstəsna bir hal baş verməsə üzümüzə gələn ilin ortalarında hekayələrimdən ibarət bir kitabım çap ediləcək. İlin sonunda isə araşdırdığım bir mövzu var onu kitab halında çap edəcəyəm.

Mənim üçün ən müqəddəs kitab öz yazdığım kitab olacaq demişdiniz. Bu fikir davam edir ?

Əlbəttə, fikrimin arxasındayam. Hər kəsin öz yazdığı özü üçün müqəddəs olmalıdır. Kiminsə yazdığı kitaba sitayiş etmək bir balaca mənə gülməli gəlir. Dünyada ən dəyərli varlıq insandır və hər kəs  öz dəyərini bilməlidir. Ola bilər ki, mənim yazdığım kimin üçünsə boş mənasız söz ifrazı kimi gələ bilər buna da münasibətim çox yaxşıdır. Hərə özünü inkişaf etdirməlidir. Mən o fikri söyləyəndə əsasən bunu nəzərdə tutmuşdum sadəcə çoxu anlamadı hətta cümlənin əvvəlində olan “mənim fikrimcə” ifadəsinə də fikir vermədilər. Ancaq nə edək xalqımız belədir də. Böyük bəyin sözü olmasın gedib Fransadan təzə xalq gətirəsi deyilik ki. Olanımız budur. /etibarli.wordpress.com/

Yenililklər
27.11.20
Elnarə Qaragözova- Kamal Abdullanın postmodern nəsrində oxşar obrazı
27.11.20
Vilayət Quliyev - Kəndimizin erməniləri
27.11.20
Təranə Vahid - Qorxu çiçəkləri
27.11.20
Mərahim Nəsib - Səni də dəyişən noyabr oldu
24.11.20
Qulu Ağsəs - Ağ alınlı qızılı atların vətəni
24.11.20
“Xaqani Şirvani həyatı və yaradıcılığı” kitabı çap olunub
17.11.20
Ermənilərin alban məbədlərinə iddialarının əsas səbəbləri nədir?
17.11.20
Professor Şamil Salmanovun seçilmiş əsərləri nəşr olunub
17.11.20
Hüseyn Cavidin “Knyaz” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunub
17.11.20
Beynəlxalq və yerli ekspertlər Şuşaya səfər edəcəklər
17.11.20
Mədəniyyət Nazirliyinin əməkdaşları işğaldan azad edilmiş torpaqlara təhkim olunub
17.11.20
Rocer Fritsin "Maqnit insanlar" kitabı Azərbaycanda nəşr edilib
16.11.20
Gülnar Səma -  Kəndimizin könüllü şəhidi
14.11.20
Türkiyədə mühacir yazıçı və jurnalist Məmməd Sadiq Aran haqqında kitab çap olunub
14.11.20
Nadir Əzhəri: “Uçan buludlar” hekayəsində modern baxışın izləri
14.11.20
Prezident təqaüdçüsü müharibə uşaqlarına kitab həsr etdi
14.11.20
Yohannes Keskinen: “O dönəmdə Moskva yönətimi "parçala və hökm sür" siyasətini fəal bir şəkildə həyata keçirirdi”
13.11.20
Musa Yaqubdan 50 yaşlı möhtəşəm Şuşa şeiri
13.11.20
“Bəhlul” jurnalı ilk dəfə transfonelitersiya edilərək çap olunub
13.11.20
“Nobel qardaşlarının ilk uğuru” filmi ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
13.11.20
Bəstəkarlar İttifaqı “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə öz fəaliyyətini davam etdirir
13.11.20
TÜRKSOY-un Baş katibi: "Türk aləminin mədəniyyət xadimlərinin səsləri Şuşadan dünyaya yayılacaq"
13.11.20
Nailə Adilqızı - Ucalsın göylərə bu haqq səsimiz
12.11.20
Səadət Kərimi: “Biz birləşib, güclü və qətiyyətli olanda Tehranın da, Kremlin də polemikası dəyişir”
12.11.20
Şuşanın Tarixi Mərkəzi dünya irsi elan edilməsinə layiqdir
12.11.20
Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacağıq
23.10.20
Fərid Hüseynin yeni kitabı çap olunub
23.10.20
Rövşən Xasayoğlu - Azərbaycan, gözün aydın...
20.10.20

Azərbaycanın dörd yazıçısının əsəri Fransada çap olunub

15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.