Yazıçılar Birliyində “İnternet və ədəbiyyat” mövzusunda dəyirmi masa keçirilib
27.11.13

Azərbaycan Yazıçılar Birliyində “İnternet və ədəbiyyat” mövzusunda dəyirmi masa keçirilib.
 
Dəyirmi masanı giriş sözü ilə açan birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, müasir dövrdə ədəbiyyat və internet mövzusu ən çox müzakirə olunan məsələlərdəndir: “Bu mövzunun aktuallığı imkan verir ki, ədəbiyyatla məşğul olan insanlar bir araya gəlib bu sahədə olan problemlər və uğurlar haqqında öz fikirlərini bildirsinlər. Yazıçılar Birliyi olaraq düşündük ki, internet və ədəbiyyatın qarşılıqlı əlaqələrini, onların müasir oxucu üçün cızdığı mənzərəni müzakirə edək, bu sahədə hansı problemlər varsa, onlar haqqında fikirlərimizi bildirək. Düşünürəm ki, ədəbiyyatın internetdə təbliği vacib olan məsələlərdən biridir və hər bir yazıçı istəyir ki, bu imkandan istifadə etsin. Amma bəzən də müəlliflər və oxucular internetin ziyanlı tərəfləri ilə üzləşirlər. Məsələn, internet bədii dəyəri və keyfiyyəti olmayan bir kitabı ən çox oxunan kitablar siyahısına da daxil edə bilir. Bu da əlbəttə, oxucunun zövqünün korlanması deməkdir”.
 
Yazıçı-publisist Aydın Xan qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin internet saytı yaxın vaxtlarda yenidən qurulacaq, hər gün yenilənən sayta çevriləcək: “Biz Yazıçılar Birliyi rəhbərliyinin dəstəyi ilə bu işin üzərində çalışırıq və hesab edirəm ki, bu, çap olunan kitabların təbliği, jurnallarda çap olunan materialların daha geniş oxucu kütləsinə çatmasına yardımçı olacaq”.
 
“Yeni nəşrlər” jurnalının baş redaktoru Yaşar Zeynalov diqqəti son illərdə çap olunan kitablar haqqında informasiyanın oxucuya çatmadığı məsələsinə ayırıb: “Təklif edirəm ki, müəlliflər öz kitablarını yayım və təbliğlə məşğul olan nəşriyyatlara təqdim etsinlər. Bəlkə başqa nəşriyyatlar üç qəpik-beş qəpik ucuz edir, amma onlar yayımla məşğul olmurlar və müəllif məcbur olur ki, kitabını mağazaya özü təqdim etsin. Çox vaxt müəlliflər internetdə öz kitabları haqqında məlumatları da yaya bilmirlər. Bu işlərlə nəşriyyat və yayım firmaları məşğul olmalıdır”.
 
“Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu internetin ədəbiyyata müsbət və mənfi təsirlərindən danışmaqla bərabər, konkret təkliflərlə də çıxış edib: “Yazıçılar Birliyinin saytının yenidən qurulması, işlək orqana çevrilməsi çox yaxşı təşəbbüsdür. İnanıram ki, bu iş öz müsbət nəticəsini verəcək. Elə ədəbi jurnallar var ki, onlar çıxmasa da, olar. Yaxud bizim bəzi orqanların çıxıb-çıxmadığı bilinmir. Təklif edirəm ki, saytın daha operativ və səmərəli fəaliyyət göstərməsi üçün həmin orqanlara ayrılan vəsait sayta ayrılsın”.
 
Publisist Ceyhun Musaoğlu, şair Əkbər Qoşalı və başqaları kitabın təbliği, internetdən düzgün istifadə edilməməsinin fəsadları haqqında fikrilərini dəyirmi masa iştirakçıları ilə bölüşüblər. /APA/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.