Avstriyada yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının təqdimatı olub
22.11.13

Avstriyanın Qrats şəhərində yazıçı Kamal Abdullanın alman dilinə tərcümə olunmuş “Yarımçıq əlyazma” romanının təqdimatı olmuşdur. Qrats Karl Frants Universitetinin Alman dili və ədəbiyyatı institutunun təşkilatçılığı ilə keçirilmiş tədbir həmin universitetin “Dradivaberl” adlı kitab evində reallaşdırılmışdır.

Tədbiri giriş sözü ilə açan Qrats Universitetinin Alman dili və Ədəbiyyatı İnstitutunun rəhbəri, professor Paul Portmann-Tselikas müəllif barədə məlumat vermiş, onu müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, tanınmış ədəbi tənqidçi, ədəbiyyatşünas, dilşünas və mədəniyyətşünas alim kimi səciyyələndirmişdir.

Qeyd edilmişdir ki, yazıçının bu əsəri indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə edilərək, ABŞ, Rusiya, Misir, Fransa, Polşa, Qazaxıstan, Braziliya və s. ölkələrdə çap edilmişdir və Qoldeqq nəşriyyatında Aygün Mehbalıyevanın tərcüməsində işıq üzü görən bu roman yazıçının alman dilli məkanda ilk debütü sayılır.

Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartmann romanın əsas mövzusu, onun aid olduğu tarixi dövrlər, Azərbaycanda cərəyan edən hadisələrdən bəhs etmiş, yazıçının əsərin ana qayəsini təşkil edən tarixi şəxsiyyətlər və hadisələrə yanaşma tərzi, onları öz dili ilə ifadə üslubu barədə danışmışdır. O, eyni zamanda bu əsərdə əksini tapan və alman ədəbiyyatının önəmli əsərlərindən biri “Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” arasında səsləşən məqamlara da toxunmuşdur.

Almaniyanın Maynts Universitetinin professoru, “Kitabi Dədə Qorqud” dastanının XX əsrdə alman dilinə son tərcüməçisi, tanınmış türkoloq alim Hendrik Boeshotten romandakı Dədə Qorqud və Şah İsmayıl Xətai personajların reallıqla uzlaşan məqamlarına toxunmuşdur.

Tədbirdə çıxış edən Kamal Abdulla kitabın alman dilində ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirmiş, bu əsərin səs və sözə böyük qiymət verilən Avstriyada nəşr olunmasına görə məmnunluğunu ifadə etmişdir. Müəllif qeyd etmişdir ki, bu romanın dünyanın müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının bir nümunəsi kimi maraqla qarşılanması və həmin əsərdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və tariximizin önəmli dövrlərindən bəhs olunması onun üçün xüsusi əhəmiyyət daşıyır.

Romanın tərcüməçisi Aygün Mehbalıyeva əsərin alman dilinə tərcüməsi ilə bağlı özünəməxsus məqamlara toxunmuş, tərcümə zamanı orijinalın keyfiyyətlərini qorumaqla Dədə Qorqud, Şah İsmayıl və müasir dövrlərə xas dil üslubuna xüsusi diqqət yetirildiyini bildirmişdir.

Sonra Azərbaycan və alman dillərində romandan parçalar oxunmuşdur.
Sonda müəllif oxucuları maraqlandıran sualları cavablandırmış, əsərin ədəbi-bədii keyfiyyətləri ilə bağlı diskussiya aparılmışdır. /AzərTAc/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.