Tanınmış İsrail yazıçısı: "Bakıda çap olunmaq çoxdankı arzum idi"
21.11.13

Rasim Qaracanın İsrail yazıçısı Əli Amir-lə müsahibəsi.


Bu günlərdə İsrail yazıçısı Əli Amirin "Yasəmən" romanı Azərbaycan dilində nəşr olundu. Bu, görkəmli yazıçının Azərbaycan dilində ikinci əsəridir, keçən il onun "Günah keçisi" romanı da Alatoran Yayınlarında nəşr olunmuşdu.

Əli Amir Azərbaycan oxucusunun tanımalı olduğu bir yazardır. 60-cı illərdə dövlət quruculuğunun keçmə-keçli dövrünü yaşayan İsraillə bu günün Azərbaycanı arasında bənzərliklər çoxdur. Tarixi hadisələrin sevgi əhvalatı fonunda təsvir olunduğu bu əsər Əli Amirin ən məşhur əsəridir.

Aşağıda yazıçı ilə kiçik müsahibəni diqqətinizə  təqdim edirəm.

 (R.Qaraca)


- Sizin üçün Azərbaycanda çap olunmaq nə deməkdir?

- Kitablarımın Azərbaycanda  nəşr olunmasıyla mənim çoxdankı arzum yerinə yetmiş  olur. Bir neçə  il bundan əvvəl mən  sizin ölkəyə  səfər etmişdim və Azərbycan mənə çox cəlbedici, maraqlı  görünmüşdü. Kitab nəşr etmək və  sizin oxucularla ünsiyyət yaratmaq mənim üçün unikal təcrübə ola  bilər - deyə düşünmüşdüm o zaman.

- Keçən il sizin "Günah keçisi" romanınızı yayınlamışdıq. Bu əsər oxucular tərəfindən maraqla qarşılandı. Sizin əsərlərinizin köməyilə İsrail dünyasının dərinliklərinə enmək, yəhudi xalqının müasir tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq mümkündür. Ciddi mövzularda bu cür sadə yazmağı necə bacarırsınız?

- Mən məni başa düşən, anlaya bilən və əsərlərimdə məni tanıya bilən oxucular üçün  yazıram.  Mən oxucularda  heç bir təəssurat  yaratmağa  can atmıram, mənim istəyim odur ki, insanlar kitabımı oxuyub ondan zövq alsınlar. Və mən inanıram ki,  böyük təcrübəni də,  ən  kəskin etirazı da sadə dillə  oxucuya  çatdırmaq  mümkündür. Nəticədə ən müxtəlif təbiətə malik olan insanlar  kitabı oxuyub, onunla maraqlana bilərlər. Dil ürəkdən ürəyə  bir körpü olmalıdır. Siz bunu qərəz olmadan gerçəkləşdirəndə əsər sizin xeyrinizə çox şey deyə bilər.

- Əsərlərinizdə ərəb xalqına və ərəb mədəniyyətinə böyük sevgi hiss olunur. Sizin qəhrəmanlarınız sanki onların haqlarının müdafiəçisi kimi çıxış edir.

- Ərəb mədəniyyəti mənim qəlbimin, varlığımın ayrılmaz hissəsidir. Mənim ulu babalarım İraqa 2500 il əvvəl, yəni İslamdan xeyli qabaq  gəlib, burada məskən salmışlar. Biz ərəblərin arasında yaşamışıq və onların mədəniyyətini çox yaxşı daşa düşürük.  Eyni zamanda, biz ərəb mədəniyyətinə çox böyük töhfələr də vermişik. Mən ərəb mədəniyyətini çox sevirəm, ərəb  musiqisini və ədəbiyyatını da bilirəm. Ərəb dilində danışıram. Qahirədə, Rabatda, Ammanda, Tunisdə də  mühazirələrlə çıxış etmişəm  və həmişə  gözəl, xoş münasibətlə qarşılanmışam. Mənim ərəb mədəniyyətinə olan sevgim İsraildə  başqa immiqrantaların  öz əzəli, dədə-baba  mədəniyyətinə  yaxınlığı, bağlılığı kimi,  yəni  tam təbii hal kimi qəbul olunurdu. Mənin fikrimcə, İsrail Şərqin bir hissəsi olmalı və İsrail vətəndaşları ərəb dilini və mədəniyyətini öyrənməlidirlər. Bu qarşılıqlı hörmət yaratmaq üçün yeganə məqbul yoldur.

- Yaşadığınız regionun gələcəyini necə görürsünüz?

- Hal-hazırda  bu region  geyri-sabitlik üzündən  əziyyət çəkir. Hakim qüvvələr  sürətlə bir-birini əvəz edir, dəyişir, ümidlər səmaya ucalmaqla da dərhal  puç olur. Burada  bir çox tayfa münaqişələri baş verir və dini ekstremistlər arasında müharibələr gedir. Bu, çox gərgin regiondur və bu problemlərin arasında İsrail-Fələstin münaqişəsini də xüsusən qeyd etmək lazımdır. Biz birgə yaşamaq üçün yollar tapmalıyıq.  Fələstinlilərin İsraillə yan-yana öz dövləti olmalıdır. 1967 ilin sərhədlərinə qayıtmaq isə (müəyyən  modifikasiyalarla) bizim  istəmədiyimiz fəsadlar törədə, qurbanlarla nəticələnə bilər. Eyni zamanda  fələstinlilər reallığı qəbul etməli və arzularında bir qədər geri çəkilməlidirlər. Onlar istədiklərinin hamısını əldə edə blməzlər. Hər iki tərəfdə olan fanatiklər münaqişənin davam etməsini istəyir. Dünya birliyi, xüsusən də ABŞ (ölkənin xarici işlər naziri hal-hazırda etdiyi kimi) bu məsələyə böyük kömək göstərə bilər.

- Azərbaycan gənc respublikadır, onu İsrailin 60-70-ci illəri ilə müqayisə etmək olar. Ağrılı dövlət quruculuğu illərini yaşayan gənc Azərbaycanın yazarlarına nələri tövsiyə edərdiniz?


- Gənc yazarlar özləri haqqında - yəni öz sevgiləri, problemləri, ümid və ümidsizlikləri haqqında yazsınlar. Ətrafınızda yaşayan insanları müşahidə edib, onların da həyatını öz əsərlərinizə daxil edin. Yerli oxucu üçün yazın, çünki hər bir lokal, məhdud əhvalat universal xarakter daşıya bilər. Qələmə aldığınız  əhvalatlar, ömürlər müxtəlif və ekzotikdir, odur ki, bütün dünyada oxcular onları bəyənib, onları maraqlı hesab edəcək.

- Mümkünsə, öz yaradıcılıq mətbəxiniz haqqında danışın. Yaxın vaxtlar üçün planlarınız nədir?


- Yazıçılıq mənim  həyatımın mühüm hissəsidir. Artıq uşaqlıq illərində mənim arzuladığım yeganə şey kağız və qələm olub. Bu bir vergidir. Mən İsrail dövlətinin  ilk illəri və “gəncliyi” haqqında yazıram.

-"Yasəmən"in azərbaycanlı oxucularına bir şeylər söyləmək istərdinizmi?


- "Yasəmən" mənim 1967 ildəki "altı günlük müharibə" zamanı gördüklərim əsasında yaranıb.  O zaman mən Yerusəlimdə  (Qüdsdə), Köhnə Şəhərdə Yerusəlimlə əlaqədar işlər üzrə məsləhətçi vəzifəsinə təyin olunmuşdum. Mən öz şəxsi təcrübəmi  iki - ərəb və yəhudi süjet xətti olan romana çevidim və onları məhəbbət mövzusu  ilə birləşdirdim. Əsərin uğur qazanmasının sirri də hamıya hörmətlə yanaşmağımdadır. Odur ki, kitabı açıq ürəklə oxuyun. /oxuzali.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.