Rəhim Əliyev -  Azərbaycan qadını

15.11.13

Hekayə

Zöhrab gözlənilməz məktubu acdı: qadın idi, yaşı qırx beş, peşəsi ginekoloq. Hətta xarici markalı maşını da vardı. Onun həkimlərə marağı vardı: gigiyena filan cəhətdən nigaranlıq olmur. Amma fikirləşdi ki, bu tanış qadınlardan biri ola bilər.
Qadın onun üçün təzə olan müraciət edirdi:
- Salam, mane olmadım?
Çatda birbaşa tanış olmaq Zöhrab üçün nadir hal idi. Müsəlmanlar adətən əvvəlcə anketlərə baxır, sonra məktub yazır və nəticəni gözləyirlər. Amma bu ginekoloq ürəkli idi. Bilirdi: ürəklilərin çoxu dəcəl uşaq kimi olur, yazır, tələsir, danışır, amma konkret addıma gələndə utancaq və ehtiyatkar olurlar. Bu nəsə təzə bir şey idi, çünki
Bu həkim qadının qəribə ünsiyyəti vardı, hər dəfə eyni sözləri yazırdı: işdən çox yorğun gəlmişəm, filan kilometr yol sürmüşəm. Zöhrab bunun səbəbini anlamaq istəyir və ona suallar verirdi. Amma həkin bu suallara cavab vermir, ümumi sözlər deyirdi. O bir tərəfdən ürəkli danışırdı, o biri tərəfdən özü haqda nəsə deməkdən ehtiyatlanırdı.
Zöhrab sayırdı ki, o, şəhərdəki xəstəxanaların birində işləyir. Bəs o haralara maşın sürüb yorulurdi və hər gün bunu elan edirdi. Onlar ailədən və segidən də fikir mübadiləsi etdilər. Həkim bu məsələlərdə elə də dərin deyildi. Belələrini o sevmirdi. Testə də girib baxmışdı: oradaki cavabları da bir az səthi və birxətli idi. Yəqin yaxın rayonlarda işləyən vəzifəli bir qadındır: oradako kişilər və qadınlar öz ərazilərində eşqibazlıq edə bilmirlər, hamısı Bakıya gəlməyə məcbur olur və burada macəra axtarırlar.
Onlar təxminən bir həftə danışdılar. Həftənin sonunda Zöhrab iki gün kənddə olacağını və ancaq istirahət günü axşam yazacağını yazıb şəhərdən getdi. Həkimin davranışı real tanışlıq barədə ümidlər vermirdi.
İşdəki qarışıqlıqda həkimi unutdu. İstirahət günü axşam şəhərə qayıdıb poçtuna baxanda həkimdən məktub gördü. Yazmışdı: “Şəhərdə olacam. Zəng bur. Və telefon nömrəsi”. Zöhrab səhər zəng vurdu, amma götürən olmadı. Bu ciddi işə oxşamırdı.
Günortadan sonra həkim özü ona zəng vurdu. Elə çatdakı kimi salam-kəlamsız dedi ki:
- Şəhərdəyəm, görüşməyə vaxtınız var?
- Var, nə vaxt istəsəz zəng vurun, deyilən yerə gəlim.
- Zəng vuracam.
İki gün sonra günortadan sonra gəldi. Növbəti zəng Zöhrab zəng vuranda həkim götürmürdü. Ona görə həvəsdən düşdü. Bununla bazar ertəsi söhbəti bitdi.
- Sən hardasan?
Zöhrab belə qadınları xoşlayırdı. Amma bədəni kişiyana idi, çiyindən enli, beli nazik idi. Həkim olduğu yeri izah edə bilmirdi, Zöhrab anladı ki, qadın şəhərə yaxşı bələd deyil. Beş-altı zəngə konsert zalının qabağında görüşməyə razılaşdılar. Üstəlik aydın oldu ki, qadın maşınsızdır. Zöhrab maşına minib konsert zalının qabağına gəldi. Qadın on dəqiqə gecikmişdi. Telefonun köməyi ilə bir-birini tapdılar. Qadın sarışın idi, bizim rayon yerlərində belələrini xoşlamırlar. Əynində cins şalvar və dəri pencək vardı, çantası çiynində idi. Saçı sarı, qaş-gözü şabalıdı idi. Sifətində sarı çillər batdı. Boynunun dərisi nahamar, parıltısız idi.
Balaca kafeyə girdilər. Həkim qəhvə, Zöhrab çay sifariş verdi. Qulluq edən kök qadın Zöhraba çayı çaynikdə yox, təkcə stəkanda verdi. Kafe boş idi, onlar danışır, müştərisiz darıxan kök qadın qulaq asırdı.Onlar mərmər döşənmiş bağda bir dövrə vurdular. Həkim haradasa oturmaq təklif elədi, dedi ki, piyada gəzməkdən yorulub.
Söhbətləri rus dilində parkda başlandı. Həkim istirahət günü Almaniyadan bir həftəlik gəldiyini dedi. Zöhrabın fikrindəki suallar ona aydın oldu. Həkin dedi ki, Bakıda oxuyub, əsas ixtisası ginekologiyadır, amma Almaniyada lisenziyası dermatologiya üzrədir. Oraya 13 il əvvəl köçüb, ingilis dilinə əlavə alman dulini də öyrənib. Orda 23 yaşlı qızı ilə yaşayır.
- Əsas işə lisenziya almaqdır, o saat vətəndaşa bərabər bütün hüquqları alırsan. Pasportum bütün şengen ərazisində işləkdir, istirahət günləri qonşu ölkələrə gedirik...
Əsas xasiyyətlərin uyğunluğudur, qalanları düzələndi. Amma deyəsən həkimçün bunlar ikinci dərəcəli idi. O hər şeyin maddi tərəflərini yaxşı bilirdi və axtarırdı. Orada bir az almanlaşmışdı. Həkimi iki şey maraqlandırırdı: Zöhrabın yaşı və subay olmağı.
- Orda ərə getmək olmaz?
- Yox, ox, siz nə danışırsız... Normal pasport almaq üçün işə lisenziya qazanmaq lazımdır. Bizimkilər, istər iranlı olsun, istər bakılı, lisenziya ala bilmirlər. İmtahan vermək lazımdır, həm dili, həm də ixtisası bilməlisən. Lisenziya ala bilməyən adamla evlənmək olmaz, çünki onun normal şengen pasportu olmayacaq, mən özümə yük istəmirəm...
Sonra o üzr istədi və əlavə etdi ki çox qırmızı adamdır və hər şeyi üzə deməyi xoşlayır. Sonra oranın azad həyatını təriflədi: heç kəs o biri ilə maraqlanmır, necə istəyirsən yaşa. İstirahət günü öz maşınınla istəsən Parisə get...
Zöhrab da ona öz dostunun Qanoverdəki sərgidən sonra dediklərindən danışdı. Keçmiş rəssam tanışı ilə görüşüb onun evinə gediblər, süfrə dalında “Bakı bağları” mahnısı oxuyanda rəssam uşaq kimi ağlayıb. Deyib ki, öz musiqimizə qulaq asıb ağlamaq lisenziyasız emiqrantların şakəridir.
- Yəni 13 ilə orda özünüzə dost tapa bilmədiz? İranlılara da ərə gedənlər var...- Zöhrab soruşdu - Orda da azərbaycan qadını olaraq qalıram. Əvvəllər vaxtım yox idi, almancanı öyrəndim, lisenziya üçün hazırlaşdın, - həkim susdu, sonra davam etdi, - orda bizdəki mənada ailə yoxdur. Hamı maddi cəhətdən müstəqil olmağa çalışır, öz həyatını ailə ilə yox, maddi azadlıqla bağlayır. Kifayət qədər pul qazanıb istədiyi kimi yaşamaq – hamı buna can atır. Mən isə boynuma alıram,
-Hə, Azərbaycan qadını özü kişi ilə yatağa girə bilmir, anası icazə verəndən sonra isə bunu düşünmədən edir...
- Siz lap şişirtməyin, -- həkim qızarmışdı.
- Bizim emiqrantlarla əlaqə saxlamırsız?
Onların əksəriyyəti həddən artıq kasıbdır...
- Yəni Almaniyada kişi qəhət olub?
Soruşmurlar, nəinki zəng etmək olsun... Orda qadın hörmətsizdir. Keflənib yırğa edəndən sonra qadının adını... Orda adamlar beş gün işləyir, iki gün ui-kend edirlər. Amma orada kişi qadın üçün mineral su da almaz.
Sonra həkim Zöhrabı sorğu-suala tutdu. Kişi hər şeyi olduğu kimi dedi, arvadı öləndən sonra hər şeyi bir qızının adına yazdırmışdı. Zarafata saldı:
- Əlli yaşda evlənənlərin övladları illərlə məhkəmə çəkişməsində olurlar. Birinci və sonrakı arvadın uşaqları düşmənə çevrilir... - Zöhrab misallar dedi.
- Uşaq oldu ya olmadı, -- arvada bir ev qoymaq kişinin borcudur..—həkimin özünün ər barədə möhkəm görüşləri vardı. Və bunları mübahisəsiz sayırdı.
Aydınlıq üçün dedi: Zöhrab mübahisə etmədi. O Almaniyada yaşamağı ağlına da gətirmirdi.
-Mən darıxan adamam, heç Bakıda yaşaya bilmirəm. Xaricdə qala bilmərəm.
Sonra həkim netdə tanış olduğu bakılı hərbiçi barədə danışdı: onunla da görüşmək istəyirdi. Arvadı ölüb, himayəsində məktəbdə oxuyan üç uşağı var.
 
Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.