"Qanun" nəşriyyatının çap etdiyi yeni kitablar
15.11.13

“Qanun” nəşriyyatı Azərbaycan və dünya ədəbiyyatı seriyasından kitab nəşrini davam etdirməkdədir. Nəşriyyat son günlərdə Cəmşid Əmirov, və Ştefan Svayq kimi yerli və xarici müəlliflərinin kitablarını çap edib. Çap olunan kitablar arasında ikinci dəfə yenidən nəşr olunan kitablar da var. Aşağıdakı sıyahılda çap edilən kitablar haqqında ətraflı məlumatla tanış ola bilərsiniz.  


İskender Pala - ŞAH&SULTAN
 
“Şah və Sultan”ı yazanda bir çox adamdan təşviq və kömək gördüm. Bunlardan:
Mövzuyla bağlı İran səyahətimi asanlaşdıran İran İs­tan­bul konsulluğu mədəniyyət attaşesi Mahmud Sid­qi­za­dəyə;
İran hüdudlarında məni qonaq eləyib köməklərini əsirgəməyən Çaldıran fərmandarlığı əməkdaşları Cə­fərza­də, Nəcəfi, Aysəfəri bəylərə və Təbrizdə mənə bir həftə ər­zin­də yol göstərən taksiçi Hüseynə;
Ələviliklə bağlı fikirlərini mənimlə bölüşüb yazmağıma yol göstərən Dəyanət İşləri Komitəsi Din İşləri Baş Məclisi üzvü hörmətli dos. dr. İlyas Üzümə;
Yazdıqlarımı oxuyub Ələviliklə bağlı fikirlərini bildirən as­sistentimiz dəyərli Kayahan Şahana və Şah İsmayıl ba­rədə yüksək dilçilik tezisi hazırlayan tələbəm Nilufər Ko­tana;
Yazdıqlarımı oxuyub tarixi cəhətdən tənqidlərini əsirgə­məyən dəyərli dostlarım prof. dr. Əbdülqadir Özcan və dos. dr. Ərhan Afyonçuya;
“Şah və Sultan”ın ortaya çıxması üçün daim iş­lə­rimi asanlaşdıran “Alfa” Nəşriyyat Qrupunun mü­rüvvət sahibi, əziz qardaşım Faruk Bayakla nəş­riy­yat­da kitaba əməyi ke­çən hamıya,
Nəhayət, yazdıqlarımın həmişəki ilk oxucusu və tən­qid­çim, sevimli həyat yoldaşım F.Hülya Palaya tə­şək­kür eləyirəm.

İsgəndər Pala  ŞAH və SULTAN
Bakı, Qanun  Nəşriyyatı, 2013, 404 səh., 8 AZN
Türkcədən tərcümə: Nəriman Əbdülrəhmanlı
Redaktor: Əsgər Rəsulov



Cəmşid Əmirov  - QARA VOLQA 

Cəmşid Əmirovun “Brilyant məsələsi” və “Qara Volqa” kitabları 60-cı illərdə yazılmış və oxucuların böyük marağına səbəb olmuşdur. Yazıçının “Qara Volqa“ əsəri Azərbaycanda cinayətkar qrupun törətdiyi saysız-hesabsız cinayətlərdən və nəhayət, hüquq-mühafizə or­qan­ları tərəfindən aşkarlanmasından bəhs edir.

Bakı, Qanun Nəşriyyatı, 2013, 412 səh., 6.50 AZN


Ştefan Svayq  - NOVELLALAR  


“Yad qadının məktubu” Ştefan Svayqın ən məşhur novellalarından biridir. Əsərdə məşhur romançı R. tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda R. ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.
“Bir qadının həyatından iyirmi dörd saat” novellasının baş qəhrəmanı qırx iki yaşlı bir qadındır. Həyatda onun başına gələn ən böyük macəra cəmi bir gün çəkib. Lakin iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, o, bu hadisəni  heç kimə danışa bilmir. Utanan, vicdan əzabı çəkən qadın, nəhayət, bir gün iztirablarını dilə gətirir.

Dünya şöhrətli Avstriya yazıçısı Ştefan Svayq (1881-1942) yəhudi əsilli tacir ailəsində anadan olub. Müxləlif insan talelərini fərqli və bir-birindən maraqlı süjetlərlə oxucuya təqdim edən Svayq Birinci Dünya müharibəsi başlayanda müharibəyə etiraz edən bir sıra yazıçıya qoşulub. Fanatizm və dözümsüzlüyü həmişə pisləyib. Yazıçının “Jozef Fuşe - siyasi xadimin portreti”, “Bəşəriyyətin ulduzlu saatları”, “Dünənin dünyası” və s. əsərləri dilimizə tərcümə olunub.

Ştefan Svayq  NOVELLALAR                                  
Bakı, Qanun Nəşriyyatı, 2013 160 səhifə. 3.90 AZN
Tərcümə edən: Zahid Məmmədov
Həmid Arzulu       


https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=4d6b9aa274&view=att&th=1425a63d9cae8fc9&attid=0.2&disp=inline&realattid=f_ho113pdn1&safe=1&zw&saduie=AG9B_P83Dlo3I-_9vWz7iB_o1p5t&sadet=1384499825276&sads=datHhxiaDNu1pMAKquDH9nk6Cu8

https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=4d6b9aa274&view=att&th=1425a63d9cae8fc9&attid=0.3&disp=inline&realattid=f_ho113yvb2&safe=1&zw&saduie=AG9B_P83Dlo3I-_9vWz7iB_o1p5t&sadet=1384499843647&sads=34ld45ZUhStHYFnYQ-ramxVykr8

https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=4d6b9aa274&view=att&th=1425a63d9cae8fc9&attid=0.1&disp=inline&realattid=f_ho113edk0&safe=1&zw&saduie=AG9B_P83Dlo3I-_9vWz7iB_o1p5t&sadet=1384499869164&sads=oVXUMliPSRsSXCTcaeGsnSXcDp8
 

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.