Yazarlardan kim kimi oxuyur? - SORĞU
14.11.13

Azərbaycan yazarları arasında xarici müəlliflərin əsərlərinə maraq daha çoxdur. Bəs görəsən yazarlarımız özümüzünkülərdən kimi oxuyur?
 
Rafiq Tağıya Allah rəhmət etsin deməyəcəm...
 
Baba Vəziroğlu bildirdi ki, ona  gənc yazarları Rafiq Tağı oxutdururdu. Ona ”Allah rəhmət eləsin” deməyəcəm, çünki bu sözü başa düşmürəm. Ona “çox sağ ol” deyirəm ki, mənə gənc yazarlarımızı sevdirdi: “Ən çox Aqşin Yenisey, Sevinc Çılğını oxuyuram. Çünki onların poetik düşüncə tərzləri, ovqatları, daim yenilik axtarışında olmaları məni cəlb edir, onları oxuyanda dəyişirəm. Onlar məni özümdən alıb, tam başqa yerlərə apara bilir. Bununla yanaşı, oxuyub bəyənmədiyim yazarlar da kifayət qədərdir. Sadəcə, heç vaxt onların adını çəkmirəm. Çünki düşünürəm ki, oxucu özü oxuyub müəyyənləşdirməyi bacarmalıdır”.
 
Sayman Aruz: “Aqşini yazar kimi bəyənmirəm...”
 
“Mən ən çox Zümrüd Yağmur, Kənan Hacı, Aqşin Yeniseyi oxuyuram. Cavanlardan əksəriyyətini oxumuşam və hələ də oxuyuram. Hətta Səxavət Sahilə qədər oxumuşam. Əlimə düşəni oxuyuram. Zümrüd Yağmurun qələminin özünəməxsusluğu var. Onu peşəkar hesab edirəm. Cəlil Cavanşirin yazılarını bəyənirəm. Bir az yaşlılardan Kamal Abdullanı daha çox oxuyuram. Kifayət qədər yazarlarımız var ki, əminəm, onlar hələ ki, axtarışdadırlar. Aqşinə gəlincə, yaxşı şairdir, amma onu yazar kimi bəyənmirəm. Bəzi yazarlarımız yazıda ardıcıllığı qoruya bilmir. Seymur Baycanın “Quqark” əsərini oxudum, əvvəlini bəyəndim, amma sonra tələsiklik hiss olunur, hətta hadisələrin rabitəsi pozulur. Sanki yazar hansı hadisənin necə baş verdiyini unudub. Nərmin Kamalın “Aç mənəm” əsərini oxuyanda da dəhşətə gəlmişdim, ritm tamam pozulmuşdu. Onda mən anladım ki, gənclərimizin əksəriyyəti hələ ki, axtarışdadır. Bunun da bir səbəbi kifayət qədər mütaliənin olmamasıdır. Yazıçılıq istedad, savadla və zəhmətlə baş tuta bilər. Yazar gərək kəlmələrin nökərinə çevrilsin”.
 
Ən mükəmməl yazarın belə maraqsız yazısı olur...
 
Qismət də yazarlarımızın əsərlərini oxuduğunu bildirdi. Amma Qan Turalı, Mirmehdi Ağaoğlu, Seymur Baycan, Şərif Ağayarı daha çox oxuduğunu qeyd etdi: “Daha çox ədəbi yazılara üstünlük verirəm. Favoritlərim isə Qan Turalı, Mirmehdi Ağaoğlu, Seymur Baycan, Şərif Ağayardır. Sevmədiklərimə gəlincə, xüsusi olaraq sevmədiyim yazar yoxdur. Ən mükəmməl yazarın belə, maraqsız yazısı olur. Bu siyahıya adlarını çəkdiyim yazarlar da aiddir. Başdan-başa bəyənmədiyim yazar yoxdur. Yararsız yazmaqdansa, az yazıb daha gözəl yazmaq lazımdır. Məsələn, Nərmin Kamal az yazır, amma mən onun bütün yazılarını səbrsizliklə, maraqla gözləyirəm”.
 
Kənan Hacı: Cəmi 5-10 yazarımız var onsuz da...

 
“Şərif Ağayar, Seymur Baycanı daha çox oxuyuram. Elə də çox yazıçımız yoxdur onsuz da... 5-10 yazıçımız  var ki, onların da əsərlərini mütaliə edirəm. Qan Turalı, Cəlil Cavanşir, Pərviz Cəbrayil, Etimad Başkeçidi oxuyuram.
 
Dedektiv əsərlərin müəllifi Elxan Elatlıya gəlincə, o, gənclərdən daha çox Fərid Hüseyni oxuduğunu bildirdi. Onun fikrincə, gənclərdə olan cəsarət, müasirlik romanlara bir az da rəng qatır: “Ən çox Fərid Hüseyni oxuyuram. Gənclərdə müasir elmlərə maraq, dünyagörüşlərinin zəngin olması məndə romanları oxumağa stimul yaradır. Ola bilər onlar bədii cəhətdən mükəmməl əsərlər yarada bilməyiblər, amma kifayət qədər uğurlar qazanırlar. Ən çox oxuduqlarımsa Müşfiq Xan, Ramiz Cəfəroğlu, Fərid Hüseyn, Çingiz Abdullayev və Sabir Rüstəmxanlıdır. /axar.az/

Yenililklər
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.