Orxan Pamukun və Markesin yeni kiatabları çap edilib
13.11.13

"Qanun" nəşriyyatı tərəfindən dünya şöəhrətli türk yazıçısı, Nobel mükafatlı Orxan Pamukun "Atamın bavulu" kitapı çap edilib. Nəşriyyat həmçinin daha bir Nobel mükafatlı, Kolumbiyalı məşhur yazıçısı Qabriel Qarsia Markesin "Saat altıda gələn qadın" kitabını nəşr edib. Kitablar haqqında ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz.

Orhan Pamuk - ATAMIN BAVULU


“Ölümündən iki il əvvəl atam öz əlyazmaları və dəftərləri ilə dolu bir bavulu mənə verdi”.
 Orxan Pamuk 2006-cı ilin dekabr ayında, İsveçin paytaxtı Stokholm şəhərində Nobel ədəbiyyat mükafatını alarkən “Atamın bavulu” adlı nitqlə çıxış etdi. Pamukun otuz ilik yazıçılıq səylərinin ruhunu səmimi bir şəkildə ifadə edən bu duyğusal çıxış bütün dünyada böyük əks-sədaya səbəb oldu. Yazmaq və yaşamaq mövzusunda köklü bir mətn olan “Atamın bavulu”nu eyni mövzuları və dərdləri fərqli prizmadan toxunduğu iki başqa mükafat nitqi ilə birlikdə nəşr edirik. Pamukun ABŞ-da çıxan World Literature (“Dünya ədəbiyyatı”) jurnalı tərəfindən verilən “Puterbaugh mükafatı”nı alarkən 2006-cı ilin aprel ayında etdiyi çıxış – “Nəzərdə tutulan yazar” – yazarlıq psixologiyasının Pamuk tərəfindən izahıdır. Pamukun “Alman Kitabçılar Birliyi” tərəfindən verilən “Sülh mükafatı”nı 2005-ci ilin oktyabr ayında alarkən etdiyi “Qarsda və Frankfurtda” adlı çıxışı isə roman yazarının özünü başqalarının yerinə qoyma gücünü və bu insani bacarığın siyasi nəticələrini özündə əks etdirir. Kitaba yazıçının bütöv gördüyü bu üç çıxışdan başqa, 2008-ci ilin oktyabr ayında Türkiyədə çıxan “Milliyyət” qəzetində nəşr olunmuş “Mənim türk kitabxanam” adlı maraqlı yazısı da əlavə olunub.
 “Atamın bavulu” yazarlıq nədir, nə üçün yazırıq, həyat və yazmaq, yazarlıq səbri və roman sənətinin sirləri üzərinə yazılmış dəyərli bir kitabdır.

Bakı, Qanun Nəşriyyatı, 2013
100 səhifə. 1000 tiraj
Türkcədən tərcümə: Emin Əliyev
Nəşriyyat redaktoru: Xalid Kazımlı  
2.90 AZN


Qabriel Qarsia Markes - SAAT ALTIDA GƏLƏN QADIN

Kitaba məşhur Kolumbiya yazıçısı, Nobel mü­ka­fatı laureatı Qabriel Qarsia Markesin hekayə­ləri, həmçinin ədəbiyyat haqqında düşün­cələri, mü­sa­hibə və söhbətlərindən seçmə nümunələr da­xil edil­mişdir.

Bakı, Qanun Nəşriyyatı, 2013.
160 səhifə.  1000 tiraj.
Çevirəni, qeyd və şərhlərin müəllifi: Mahir N.Qarayev
Nəşriyyat redaktoru: Nüşabə Hüseynli
3.90 AZN
 

Avanqard.net

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.