Kənan Hacı - “Yaddaş kartı” mənim mənsub olduğum ədəbi nəslin ilk memuar-romanıdır” - MÜSAHİBƏ

13.11.13

Yazıçı Kənan Hacının bu günlərdə “Yaddaş kartı” adlı memuar-romanı çapdan çıxdı. Kitabla bağlı müəllifə bir neçə sualla müraciət etdik.


-Kənan bəy, “Yaddaş kartı” kitabınız yenicə çapdan çıxıb. Təbrik edirəm.


-Çox sağ olun.

-İstərdim ki, kitab haqda danışasınız. Bu kitab nədən bəhs edir və hansı zərurətdən yarandı?


 -Mən ümumiyyətlə, memuar ədəbiyyatını çox sevirəm. Memuar ədəbiyyatı müəyyən bir dövrün mənzərəsini dolğun şəkildə gözümüz önündə canlandırır, tarixi şəxsiyyətləri, artıq bizdən çox-çox uzaqlarda qalmış ədəbi simaları bu əsərlərdə sanki canlı olaraq görürük. Bu, çox ciddi bir janrdır, gələcək tədqiqatçılar üçün ən etibarlı mənbələr məhz memuarlardır. Azərbaycan ədəbiyyatının işıqlı simaları haqqında ən müfəssəl məlumatları biz indi Həmidə xanımın, Əziz Şərifin, Abdulla Şaiqin xatirələrindən oxuyub öyrənirik. Çoxdan idi ki, avtobioqrafik, memuar tipli roman yazmaq istəyirdim. Amma bir qədər tərəddüd edirdim, çünki memuar yazmaq üçün yaşım çox az idi. 2010-cu ildə Sabir Əhmədlinin “Yazılmayan yazı” adlı bir kitabı çıxdı, bu kitabı onun qızı çapa hazırlamışdı. Kitab çıxanda yazıçı artıq dünyasını dəyişmişdi. Bu əsər Sabir müəllimin əvvəlki romanlarından fərqli olaraq, sırf avtobioqrafik bir əsər idi. Yazıçı həmin əsərdə həyatını yazıb, dövrünü, mühitini təsvir edib. Mənə olduqca maraqlı gəldi, hətta kitab haqqında bir yazı da yazdım. Yaşımın az olmağına baxmayaraq, (amma indi düşünürəm ki, az deyil, artıq qırx yaşın astanasındayam) düşündüm ki, mən də memuar tipli bir əsər yazım. Mənim yaşıdlarım arasında hələ ki, memuar yazan olmayıb. Oturub bu kitabı yazdım, əsər iki ilə yazıldı. Amma təbii ki, bu kitab mənim şahidi olduğum hadisələrin, dövrün hamısını əhatə etmir. Təxminən 2000-ci ilə qədər olan dövr yazılıb. Düşünürəm ki, bu əsərin davamını, yəni ikinci kitabı yazım. Amma müəyyən bir zaman keçməlidir. Planda başqa yazılar var.
 
-Romanda öz nəsil şəcərəniz haqqında da geniş yazmısınız.


-Təbii. Düşündüm ki, bunları məndən başqa heç kim yazmayacaq. Mənim babam, anamın atası Cənubi Azərbaycanda Səttarxan hərəkatının fəallarından olub və inqilab süqut etdikdən sonra canını qurtarmaq üçün bu taya keçib, keçməsəydi, onu edam edəcəkdilər. Onun bütün silahdaşlarını dar ağacından asmışdılar. Mən ilk dəfə Təbrizdə olanda hər yerə babamın gözləriylə baxırdım və orda içim doldu, bir şeir yazdım, həmin şeiri kitaba da daxil etmişəm. Qayıdandan sonra “Ömürdən uzun həsrət” adlı yol qeydlərimi yazdım və çap etdirdim. Atam at belində bu taya keçib və burda öz həyatını qurub, evlənib, oğul-uşaq sahibi olub. Bu haqda romanda təfsilatıyla yazmışam.

 -Amma nədənsə, bu kitab sükutla qarşılandı.

 -Bilirsiniz, bu, mənim üçün maraqlı deyil. Çünki ədəbi tənqidin nə işlə məşğul olduğunu siz məndən də yaxşı bilirsiniz. Bizdə ədəbi tənqid yox dərəcəsindədir. Mən Cavanşir Yusiflinin, Rəhim Əliyevin yazılarını çox böyük maraqla oxuyuram. Çünki bu insanlar öz sahəsinin mütəxəssisidirlər və onların yazıları yazıçı üçün böyük məktəbdir, biz o yazılardan çox şey öyrənirik. Amma bir güllə bahar olmaz. Mən çox istərdim ki, Cavanşir müəllim kimi, Rəhim müəllim kimi peşəkar tənqidçilərimiz çox olsun, yazılan əsərlərə obyektiv qiymət versinlər. İndi az qala, yazıçılar da ədəbi tənqidlə məşğul olur. Layiq olmayanı tərifləyirlər, layiq olanı isə görməzlikdən gəlirlər. Bu, ədalətsizlikdir. Tənqid yazmaq yazıçının işi deyil, yazıçı əsərini yazmalıdır. Bu sahədə boşluq yarandığı üçün yazıçılar da ədəbi-tənqidi yazılar yazmaq məcburiyyətində qalır. “Yaddaş kartı” mənim mənsub olduğum ədəbi nəslin ilk memuar-romanıdır, əsər son iyirmi beş – otuz illik tariximizi əhatə edir. Haqqında yazılmasa belə, mən inanıram ki, bu dövrü araşdıran gələcək tədqiqatçılar mütləq bu kitaba istinad edəcəklər. /guneynews.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.