Əli Kərimin həyat yoldaşı Elza Kərimova danışır
05.11.13

–Elza xanım, Əli Kərim haqda danışmazdan əvvəl, hansı ailədə böyüdüyünüz, hansı universitetdə təhsil aldığınız barədə söhbət edək..

–Bakıda ziyalı ailəsində doğulub, boya-başa çatmışam. Atam da ,anam da təhsilli, dünyagörüşlü insanlar idi. Ailədə iki uşaq olmuşuq- bacım və mən. Məktəbi qızıl medalla bitirmişəm.Təhsilimi universitetdə davam etdirmişəm. Uzun müddət redaktor işləmişəm. Ədəbiyyata böyük marağım olub. Əli Kərimin şeirləri ilə tanış olmazdan əvvəl, şeir də yazırdım. On doqquz yaşım olanda,Əli Kərimlə ailə qurmuşam, üç övladımız oldu: Paşa, Azər və Orxan. Cəmi on bir ildən sonra həyat yoladaşımı itirdim.

– Necə oldu ki, Əli Kərimlə rastlaşdınız?

–Əlinin dostu,  şair İlyas Tapdıqla biz qonşu idik. Əli onlara gəlib getdikcə görüb məni, onda mənim yaşım az idi. Rus dilini çox yaxşı bilirdim. Bir gün İlyas Tapdıq atama deyər ki, “rus dilindən tərcümə ediləsi sənəd var, olarmı Elza onu tərcümə etməkdə mənə kömək etsin?”. Atam da razılıq verər. Tərcümə prosesində bir sözün tərcüməsini tapa bilmədim. İlyas müəllim təklif etdi ki, bir dostum var zəng edim, ondan soruşaq. Zəng etdi, xəttin o başındakı adam da bilmədi, çünki bioloji termin idi. Sözü dostuna aydın demək üçün  telefonu mənə verdi. O adam mənə söylədi ki, telefon nömrəsini verin, sözün tərcüməsini öyrənib deyərəm. O adam Əli imiş. Sən demə bütün bunlar qurma imiş. Elə bu hadisədən sonra zənglərin ardı- arası kəsilmədi. Və bizim tanışlığımız başladı. Vaxt keçdikcə gördüm ki, Əli ağıllı, təvazökar, tərbiyəli bir insandır. Bir dəfə mən onu küçəmizdə gördüm, durub həyətimizə tərəf baxırdı. Dedim ki, “gəlmə buralara, qonşulardan utanıram”. Əli də cavabında : “mən şair Lermontovu sevirəm, bura sənə görə gəlməmişəm onun adını daşıyan küçədə dayanmaq üçün gəlmişəm” dedi.

–Yaradıcı insan ilə ailə qurmaq, sizin düşüncələrinizdə, həyata baxışınızda hansısa fərqlilik, reformasiya edə bildimi?

– Kənddə böyümüş, valideynləri əlifbanı bilməyən bir gənc elə səviyyədə, intellektdə idi ki, mən yazdıqlarımdan, düşündüklərimdən utandım. Evliliyimizdən əvvəl yazırdım, evlilikdən sonra Əlinin yazdıqlarını, tövsiyə etdiklərini oxumaqla kifayətləndim. O qədər mütaliə edirdi ki, gecəsi, gündüzü, kitab oxumaqla keçirdi. Mən onu oxuyan gördüm, ay qızım, yazan görmədim. Dünya ədəbiyyatı ilə yaxından maraqlanırdı. Əlbəttə mənim Elza Kərimova olmağımda onun əvəzsiz köməyi, dəstəyi olub. Kasıb idi , içirdi, tez –tez aramızda söz- söhbət olurdu, amma mən çox xoşbəxt idim. Onun balalarına, qadınına qarşı olan sadiqliyi, sevgisi, anlayışı hər nəyə desən dəyərdi. O qədər mehriban ata idi ki... Uşaqları  özü yedizdirər, onlara qayğı göstərərdi. Onun yaxşı şair olub-olmadığını zaman bilər, tarix dəyərləndirər, amma  əvəzedilməz həyat yoldaşı idi. Küçədən iyirmi səkkiz pillə aşağıda, dərin bir zirzəmidə yaşayırdıq. Bir göz havasız otağımız var idi. Əli o zirzəmidə ailə qurdu, orada yaşadı, elə oradan da həyatdan köçdü...

–Elza xanım, Azərbaycanı həm də şairlər ölkəsi adlandırırlar. Təbii ki, Əli Kərimin vaxtında da belə idi. Şairlər içində şair olmaq  çətin deyildi ki?

–Əli ilk növbədə, azad şair idi, talantlı idi, öncəgörən idi və özünəməxsus yazı üslubu var idi. Atasına o qədər bağlı idi ki, onun ölümü Əlinin həyatını, düşüncələrini tam dəyişdi. Hələ bizim tanışlığımızdan əvvəl, Əli Moskvada oxuyanda atası rəhmətə gedib. Ata şeiri ədəbiyyatımıza Əlinin yaradıcılığı ilə gəlib. Kasıb kəndçi ailəsində doğulsa da, ən ziyalı ailələrdən çıxmış alimlər qədər intellektual səviyyəsi var idi. Əli 9 ildən sonra dünyaya gəlib. Qaynanam deyərdi ki, “Əli torpaqdan yaranıb”. Onun dünyaya gəlməsi üçün, o qədər pirlər, ocaqlar gəzmişdim,  torpağını yemişdim ki... Mən düşünürəm ki, onun qeyri- adiliyinin çox hissəsi də məhz bu məqamlardan irəli gəlirdi.

– Elza xanım, sizcə Əli Kərim bu qısa ömrünə istədiklərini, xəyalında tutduqlarını yerləşdirə bildimi? Yaşadıqlarını yaza, yarada bildimi?

– Xəstəliyə aid o qədər şeir  yazıb ki, Əli Kərimin şeirlərini oxuyan oxucu elə hesab edə bilər ki, Əli uzun müddət xəstə olub, yataqda qalıb, xəstəxanada yatıb. Amma xətəxanada cəmi bir gecə olub,sadəcə elə yazıb ki,sanki illərlə yataqda olub. O, öz şeirlərində nəinki xəstəliyini, ölümünü, hətta ölümündən sonra mənim, balalarının həyatını təsvir edib. İnanılmaz olduğunu bilirəm, amma bu ona Allahın  vergisi idi. Bir gün evə gəldi, “Sol qolum ağrıyır”  dedi. Türkəçarə etdik, həkimə getdik, bir çarəsi olmadı. Amma Əlidən bərk incimişəm , bu vaxtacan soyumayıb. Ölürmüş. Amma mənə demədi ölürəm.Məni onlu həyata öyrətdi, onsuz qoyub getdi. Gecəydi bir Əli, bir mən. Körpə uşağımı anamın yanında qoyub xəstəxanaya getdik. Palatada ikimizdən başqa  kimsə yox idi. Ağrıları o qədər artmışdı ki, dayana bilmirdi. Gah o başa gah bu başa, elə hey yerində fırlanırdı. Tez –tez  “Qaldır məni, yerimi dəyiş” : deyirdi. Heç onu qaldırmağa  gücüm çatmırdı, nəinki  itirməyə... Çox ağır gecə idi. Elə baxırdı ki, mənə, sanki surətimi gözlərinə həkk edib özü ilə aparmaq istəyirdi. Həkim otağa girəndə, Əli artıq həyatdan köçübmüş. Mənim də bundan xəbərim yox... Həkim tibb bacısından xahiş etdi ki, Əlinin gözlərini bağlasın. Onda hər şeyi anladım, tibb bacısına icazə vermədim, gözlərini özüm qapadım...

– Həyat yoldaşını itirmək olduqca ağrılı bir dərddir... Amma Elza xanım, bundan sonra da  həyat davam edirdimi sizin üçün?

–Nə həyat gözümdə idi, nə gələcək, nə uşaq... Çox  ağır günlər yaşayırdım. Mən Əlini tək həyat yoldaşı kimi görmürdüm, onu böyüyüm, ailəmizin dayağı kimi görürdüm. Ölümündən sonra təsəvvür etmirdim ki, Əlisiz necə yaşamaq , necə həyatda qalmaq olar. Küçədə yol gedəndə bir insanın üzünün güldüyünü görəndə ürəyimdə “o niyə gülür, Əli ölüb, axı, Əli yoxdu axı...”: deyirdim. Çox dəhşətli hisslər keçirirdim. Əlidən gileyliydim ki, mənə heç nə demədən çıxıb getdi.Elə oldu ki, bir gün  yuxuma girdi, bütün gileylərimi, acılarımı yuxuda özünə dedim. Mənə bir xeyli  baxandan sonra, “Orxandan muğayat ol” : dedi. O yuxunun təsiri  məni yenidən həyata qaytardı. Uşaqlarım, Əliyə olan məhəbbətim, ona aid olan məqalələrin, yazıların çıxmağı, əsərlərinin çap edilməsi və buna bənzər bir çox şey, məni həyata bağladı, yaşamağa sövq etdi... Əlidən mənə,mənim uşaqlarıma ağıl, savad miras qalıb. Onun şeirləri nəinki bizə, xalqımıza ən dəyərli mirasdır. Üstün zəkası da övladlarına qalıb. Elə Əlinin sayəsində oğullarımız indi güclü elm xadimləridir. Gecələr onun şeirlərini yığırdım, toplayırdım. Lap ahıl yaşlarımda anladım ki, bütün bunların hamısı sevgidən irəli gəlirmiş.Sevgi budur qızım, sevgi qol-qola  gəzmək demək deyil.  Bu mənim vəzifəmdir. Rəhmətə gedəndən sonra, dövlət orqanlarından gəldilər və Əlinin əlyazmalarını arxivə aparmaq istədiklərini dedilər.   Bütün yazıların üzünü köçürəndən sonra dövlətə təhfil verdim.Ölümündən sonra çox kitabları çıxıb, onun kitablarının bir xüsusiyyəti də ondadır  ki, satışda qalmır, alınır. Kitab yazmağı, kitab çıxarmağı hardan bilirdim ki, ay qızım. Əhməd Cəmil yoldaşı ilə birlikdə bizə gəlirdi, mənə kitab yazmağı  öyrədirdi. Tale elə gətirdi ki, Əhməd Cəmil rəhmətə gedəndən sonra, mən də gedib onun həyat yoldaşına kitab tərtib etməyi öyrətdim.

–Əli Kərimin dəfnində yanınızda olan, sizə dayaq duran dostları oldumu?

– Əli artıq 44 ildir ki, yoxdur. Sağ adamların, Əlinin dostları qədər dostu yoxdu. Öldüyü gün nəsə elə də yadımda qalmayıb. Çünki başımı tamam itirmişdim. Bilmirdim Əlinin dərdin çəkim, yoxsa üç balamızın, üç oğlumuzun. Şükür ki Əlinin qabağında xəcalətli qalmadım. Amma o vaxta gəlincə, xatirimdə bir o qalıb ki, yazıçıların, şairlərin çoxu orda idi. Bir ara başımı qaldıranda, rəhmətlik Məmməd Arazın üzündən yağan ağrını hiss etdim və başa düşdüm ki, şairlər doğurdan da qardaşdılar . Dəhşətli anlar idi.  Rəsul Rza Əli üçün çox işlər görüb. Tək sağlığında deyil, Əlinin yoxluğunda da, onun üçün çox işlər görüb. İki cildlik kitabını çap etdirib, Əlinin  dəfnində, qəbrinin götürülməsində, adının əbədiləşməsində əvəzsiz köməklik göstərib. Ən vəfalı dostlarından biri də Əhmət Cəmil idi. Uşaqların təhsil almasında, əlindən gələn köməkliyi göstərirdi. Dostlarının çoxluğu Əli Kərimin ən böyük xoşbəxtliyidi.

–Əli Kərimin yoxluğunda onun varlığına ehtiyac duyduğunuz  anlar olubmu?

– Qızım, nəfəsim gəlincə, İlham Əliyevə dua edəcəm. Kiçik oğlum Orxanı, işdə səhv anlaşılmaya görə həbs etmişdilər. Özümü o qədər çarəsiz, tənha hiss edirdim ki, neyləyəcəyimi bilmirdim. Bir gün Əlinin şəklinin qabağında dayandım, başladım onu danlamağa. “Niyə məni tək qoydun, niyə  çıxıb getdin? İndi mən neyniyim? ...” : dedim, dedim.. (gözləri dolur) ürəyim boşalana qədər, o cansız şəkillə danışdım. İlham müəllim çox yaxşı və mərhəmətli insandır.

Sonra elə oldu ki, Sabir Rüstəmxanlının köməyi ilə xəbər gedib, prezidentimizə  çatdı. Bu hadisədən xəbərdar olan kimi, onun köməkliyi sayəsində, bu iş  yenidən ciddi araşdırıldı və Orxan azad olundu. Mən bir ağbirçək ana kimi prezidentimizin qarşısında baş əyirəm. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.