Nigar Köçərli: “Yazarlardan heç biri xaricdə tanınmır“ - MÜSAHİBƏ
04.11.13

Bu xanımın bir müddət əvvəl söylədiyi fikirlər ədəbiyyat cameəsində böyük səs-küyə səbəb olmuşdu. İllərdir yazıçıların “ciddi ədəbiyyat nümunəsi yaradırıq, amma oxuyan yoxdur”,- deyib oxucuları günahlandırmağına bu xanım sərt cavab vermişdi: “Yaxşı əsər , tez satılır”. O, bu fikri ilə yazarların yox, oxucuların tərəfində oldu. 

Əslində, tək bu fikri ilə deyil, bir neçə ildir ki, mütəmadi həyata keçirdiyi Milli Kitab Mükafatı da yetərincə səs-küyə səbəb oldu. Söhbət “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlidən gedir. Könül istərdi ki, onunla daha ətraflı söhbət edək, amma bir-birini əvəz edən tədbirlərdə iştirakı söhbətimizi yarıda kəsdi.  

-12 ildən çoxdur ki, kitab satışı sahəsində çalışan xanımsınız. Bu gün Azərbaycanda hansı kitablar oxunur, hansılar yox? 
-Birmənalı şəkildə deyəcəyəm, bu gün ölkəmizdə xarici müəlliflərin əsərləri yerli yazıçılarımızın əsərlərindən daha çox satılır, oxunur, tələb olunur. Amma mən hesab edirəm ki, bu belə olmamalıdır. Hər bir ölkədə yerli yazarların kitabları daha yaxşı satılmalıdır. 

-Bu kifayət qədər ciddi problemdir. Bunun aradan qaldırılması yönümündə siz və sizin kimi yayımçılar tərəfindən hansı addımlar atılır?
-Baxın, biz hər il Milli Kitab Mükafatı Müsabiqəsini keçiririk. Məncə, bu bizim həyata keçirdiyimiz ən böyük layihədir. Ümumiyyətlə, mən deyərdim ki, bu layihə ədəbiyyat sahəsində ən böyük layihədir. Hər il ən yaxşı yazarlara pul mükafatları veririk. Ondan başqa yeni yazarlar üçün pulsuz kitab təqdimatları keçiririk. Kitabları yetərincə təbliğ edirik. 

-İmza günü kampaniyalarının nəticələri sizi qane edirmi? 
-Ayda bir-iki dəfə yazarlarımızın imza gününü keçirir, müxtəlif kitab təqdimatları edirik. Bu gün Bəxtiyar Vahabzadənin yeni kitabları təqdim olunacaq. Mən hesab edirəm ki, bu imza günləri maraqlı layihədir. Bu hər bir yazar və hər bir oxucu üçün çox xoşdur. Yəni sevimli yazarlarının kitablarını onun öz imzası və ürək sözləri ilə almaq hər bir oxucunu sevindirir. 

-Ən çox kimlərin imzası tələb olunub?
-Çingiz Abdullayev və Elxan Qaraqan...

- Bunu nə ilə izah edirsiniz?
- Onların əsərləri yaxşıdır. Kitabları da ona görə satılır. Onların kitabları barədə daim resenziyalar yazılır deyə, kitabları ən yaxşı satılanlar sırasında yüksək mövqedə qərarlaşır.

- Milli Kitab Mükafatı cəmiyyətimizdə birmənalı qarşılanmır. Sizcə, niyə? 
- Əgər müsabiqəyə 250 nəfər müraciət edib, əsərini təqdim edibsə, düşünün ki, yalnız biri qalib olur və təbii ki, qalan 249 nəfər narazı olmalıdır. Və narazı da olacaqlar. Bunu həddən artıq təbii hal kimi qarşılayıram. Hətta dəstəkləyirəm. 

- Maraqlıdır, narazı təbəqə sizi narahat etmir?
-Bilirsiniz, mən düşünürəm ki, əgər narazılıq varsa, deməli, gördüyümüz işə maraq da var. Maraq olmayan layihələr artıq əvvəldən nəticələri bəlli olan layihələr, müsabiqələrdir. Biləndə ki, filan yazar qalib olacaq, onda heç müsabiqələrə müraciət də etmir, müsabiqəyə gözlənilən maraq da olmur. Amma bizim təşkil etdiyimiz Milli Kitab Mükafatı layihəsinə fikir versəniz, görəcəksiniz ki, hər dəfə nəticələr gözlənilməz olur. Və hər kəs hesab edir ki, o qalib olmalıdır. Əgər hamı narazı qalırsa, deməli, bu şəffaf və ədalətli layihədir.

-Mükafat təsis olunanda siz belə fikir söyləmişdiniz ki, Milli Kitab Mükafatının qaliblərinin əsərləri dünya dillərinə tərcümə olunub, xaricdə də təbliğ olunacaq. 
-Xeyr, mən belə bir söz deməmişəm. 

-Müsahibələrinizdə bu fikrə rast gəlmişdim... 
-Yox. Bunun olmasını çox istərdim, amma həddən artıq məsuliyyətli işdir. Ona görə bu məsuliyyəti boynuma götürə bilmərəm. Əlbəttə, yenə deyirəm, bu arzularımdan biridir. Kim istəməz ki, yazarlarımızın əsərləri xarici dillərə tərcümə olunsun və orda da tanınsın. 

-Bəs yazarlarımızın şanslarını necə qiymətləndirirsiniz? 
-Olsa, çox yaxşı olardı. Amma təəssüflə deyəcəyəm, hələ ki, Azərbaycanda əsəri əcnəbi dilinə tərcümə olunub və həmin ölkədə də tanınan bir yazar yoxdur. Tərcümə olunan əsərlərə o dildə də resenziyalar yazılmalıdır. 

-Sizcə, bunun üçün nə etmək lazımdır? Daha doğrusu, dünyada tanınmağın hansı kriteriyaları var?
-Maraqlı əsər yazmaq lazımdır, vəssalam! 

-Maraqlı əsəri necə reklam etmək lazımdır?
-Bunu artıq yazarlardan və oxuculardan soruşun. Bunu mən təyin etmirəm. Bununla bağlı oxucu rəy verə bilər. 

-Ümumiyyətlə, maraqlı əsərin reklama ehtiyacı var?
-Məncə, yoxdur. Maraqlı əsər onsuz da yaxşı oxunacaq. Əsərin məzmunu onun üçün yaxşı reklamdır, başqa nəyəsə ehtiyac yoxdur.    

- Nigar xanım, yazıçının səviyyəsini oxucu müəyyən edir?
-Bəli, mən hesab edirəm ki, əsərin maraqlı və maraqsız olmasını yalnız və yalnız oxucu müəyyən edir.  

-Bəs ədəbi tənqidçilər?
-Söhbət satışdan gedir.  Oxucu deyə bilər ki, bu əsər necə əsərdir: oxunaqlıdırsa oxunacaq. Məncə, bu, hər bir yazar üçün əsas meyar olmalıdır. Bizim əksər yazarlarımızın ən böyük problemi odur ki, onlar oxucularını tanımırlar. Oxucuların onlardan nə istədiklərini başa düşmürlər.  

- Bu günün oxucusu nə istəyir?
-Oxucunu aldatmaq olmaz. İndi deyirlər ki, oxucunun zövqü yoxdur. Tamamilə səhv fikirdir. Oxucunun çox gözəl zövqü var. Oxucu oxumaq üçün nə istəyir? Maraqlı və səmimi yazılan bir əsər. 

-Mütəxəssislər hesab edirlər ki, indi yazılan əsərlərin əksəriyyəti həddindən artıq çox səmimidir. Yəni öz həyat hekayələrini romana çevirəcək qədər səmimi yazarlar var. Bəs niyə onlar uğur qazanmır?
- Onu mən deyə bilmərəm. Ancaq onu deyəcəyəm ki, əgər hər hansısa yazıçının kitabı satılmırsa buna reklam olunmur, dükanda yaxşı yer verilmir, siyasi vəziyyət belədir, yaxud da bayaq dediyim məsələ- oxucu savadsızdır, zövqsüzdür kimi müxtəlif bəhanələr axtarmaq lazım deyil. Satılmırsa, deməli zəifdir, maraqsızdır.  

-Bayaq söhbətin əvvəlində dediniz ki, əcnəbi müəlliflərin tərcümə olunmuş əsərləri daha çox satılır, oxunur.  Amma bizdə kifayət qədər tərcümə problemi var. Dəfələrlə satılan “Çərpələng uçuran” əsəri həm də yaxşı tərcümə ilə diqqət çəkdi. Pis tərcümə olunmuş kitablara münasibət necədir?
-Münasibət əlbəttə ki, yaxşı deyil. Çünki hamı istəyir yaxşı tərcümə olunmuş əsər oxusun. 

-"ƏDV-ə yox deyək, kitaba dəstək verək" kampaniyanızla çox səs küy yaratdınız. Nəticəsi olmadı. Hələ də ümidlisiniz?
-Biz hesab edirik ki, ƏDV ləğv olunmalıdır. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da məncə, bu ləğv olunacaq. Amma nə vaxt olacaq, bunu dəqiq deyə bilmərəm. Biz əlimizdən gələni etmişik, aidiyyatı orqanlara müraciət etmişik. Eləcə də yazarlar bu kampaniyaya dəstək veriblər. Yəni, bir sözlə, biz nə bacardıqsa, onu da etdik.  Amma mütləq ƏDV ləğv olunacaq, başqa yol yoxdur. 

- Sizinlə söhbət etmək çox xoş idi, amma təəssüf ki, vaxtınız azdır. Hər halda yaxın vaxtlarda mütləq daha ətraflı söhbətləşərik. 
- Təşəkkür edirəm. Mənə də xoş idi. Sizə uğurlar arzu edirəm. /teleqraf.com/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.