Nasir Mənzuri - Qaraçuxa
18.10.13

Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında, el-tayfa böyügü sayılan ziyalı bir ailədə dünyaya gəlib. Dörd yaşında ikən öz yurd-yuvasından köçüb. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib.
Hazırda Nasır Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib.
Nasir Mənzuri 1980-cı ildən Tehranda yaşayır. Evlidir, iki oğlu var.



Romandan parça

Bütün yola çıxanların qatmaqarışıq xatirələri sənün zehnündədir.
Sən hər yerdə varsan. Qatarın taraqqaturuqunda. Hər zadı güdürsən. Şəkil şəbahətlər həməşəlik zehnündə qalır. Yuxusuzluq, ayaq üstündə durmaq, oğrunca dəhlizdə yuxulamaq, qatarın, anayın iyi, incə-incə arvadlar, kişilər, gözləründə, canunda ağırlanır.
Pöhrüz əmi bir yaxın tanış kimi fikrüvə gəlir. Dişsiz, palampürt, amma istəməli Pöhrüz əmi. Pöhrüz əmi, "bu çayı elə sənə dəmləmişəm" sözü yaduva düşür. Cavan ər-arvadlar, qəhvəxanasında yatanda onlara "bu gecə bacı-qardaş təkin yataceksüz" deməyi yaduva düşür. Gülümsəyirsən. Yarıyuxulu dəhlizdən keçənlər sənin nəyə gülümsədiyini başa düşmürlər. Pöhrüz əmini hamı tanısa da, bu yuxulu, tüküpırtlaşıq dəhlizdən keçənlər tanımazlar. Pöhrüz əminin özünü tanımırlar, handa qalmış sözünü. Yarıyuxulusan. Zehnün qarışır. Kənd, çöl, at, yoxuş, qaranlıq, radio, Pöhrüz əmi, bilet, qatar, qatarın iyi…
Mindiyün qatar yeyinləyir. Mindiyün qatar yavaşıyır. Hansı qatar? Hansı qatar? "Şeyx Səfi"yə sarı gedən qatar? "Şeyx Səfi"də mindiyün qatar. İki qatar bir-birinə taqqa gəlir. Bir an başa düşmürsən. İynə ucunca bir an. Heç bir şey düşünmürsən. Həmən an ürəyün sancır. Diksinirsən. Özüvə gəlirsən.
O yan-bu yana baxdun. Qatarın toqqışmasından heç kimsənin xəbəri yox idi. Sən, amma, hər iki qatarda var idün. "Şeyx Səfi"dən gələn qatar qeyri-cismani bir cisim təkin o biri qatarın canından sovuşdu. Amma pəncərə dalında sən qaldun. Səndə bir zad hülul elədi. Tanış bir zad. Təkcə bir iynə ucu qədər bir sancı ürəyüvi sancdı. Sən öz yoluvu getdün.
Saat on yarımı sovuşmuşdu. Qatar lap yavaşıdı. Nırıldadı. Yaduva enmək düşdü. İstansiya binasının qabağından keçdin. Tablosunu oxuya bilmədün. Qapqara qaranlıq idi. Amma bilürdün ki, "Şeyx Səfi" stansiyasıdır. Qatar dayandı. Düşdün. Elə bildün, səndən suvayı düşən olmadı. Gözlərin heç bir yanı görmürdü.
Vaqonların taqqataq səsi qovzandı. Qatar yola düşür. Ayağuvun altı titrədi. Qatarın yeli səni bürüdü. Tək qaldun.
Göz gəzdirdün. Aydın bir zad gözə çarpmırdı. Təkcə istansiyanın binası uzaqdan qaralırdı. Çıraq əldə bir nəfər binaya girirdi. Bir it hürürdü. Dal tərəfdən Qərrənqu çayı küşüldüyürdü.
Yel həzin əsdikdə gah çayın iyin gətirirdi, çəltikçilərin gecəsindən xəbər verirdi. Qaban güdməkdən xəbər verirdi. Yumşaq döndükcə dağ havası vururdu. May ayı bu dağların lap şən çağıdır. Dağ adamın üzünə gülər. Dağ güllərində, dağ çiçəklərində çöhrayı rəng bütün rəngdlərdən artıq gözə çarpar. Gül göz qabağında birtəhər oynayar. Həməşəlik adamın zehnində qalar.
İt elə hürürdü. Yəqin, çəltik əkənlərin iti idi. Qaban əlindən gecələr itləri açarlar. Bəlkə də bostandan hürürdü. Amma indi bostan vaxtı deyildi ki. Qorxu səni basdı. İstansiyanın binasına getməliydün. Onlar sənə bir qəhvəxana nişan verə bilərdilər.
İki addım atmadan bir səs eşitdün. Elə bil, ayaq səsi idi. Dönüb sağa baxanda bir qaraltı gördün. Bəlkə də nəzərüvə gəldi. Səndən suvayı ki, qatardan düşən olmamışdı.
Amma birisi yol gedirdi. Tuş baxanda görünmürdü. Gözü yuxarı qaldıranda bilinirdi. Ona sarı qaçdun. Yaxınlaşdıqda nəzərüvə anan gəldi. Zehnündə bir zad ayrılırdı. Elə bil, xəyaluvı, gönlüvi diksindirirdi. Elə bildün, o bir Qaraçuxadır. Uşaqlıqdan bəri daha Qaraçuxa kimi şeyləri fikirləşməmişdin. Bir anda doğuldu. Yatmış xatirələrdən ayıldı. Zehnündə boy açdı.
Səndən qabaq qara geyinmiş, ucaboy bir adam yavaşca yol gedirdi. Səslədün: - qardaş, yol hayandandı? Qocu bir səs cavab verdi: - elə bura yoldu.
Döndü sənə sarı. Amma, ay Tanrı. Lap Qaraçuxa idi. Ağırdan baxırdı. Kürəyi azca əyilmişdi. Üzündə ağ tükləri görünürdü.
Sənün zehnündə uşaqlıqdan alaqaranlıq bir zad qalmışdı. Açılmaz bir düyün qalmışdı. Kölgə kimi sənlə dolanarmış. Maraqlananda daldalanarmış. Zehnündə duman yaradan bir şey imiş. Çoxdan idi itmişdi. Şəhərlərdə azğın olub getmişdi. Birdən tapıldı. Qaraçıxa o zehnindəki durulmayan şeyə bənzədi.
Zehnin duruldu. Amma bağrın ağırlanırdı. İtib-batıb bir şey cana gəlirdi, canlanırdı. Səndən qabaq yol gedirdi. Dipdiri oluban addım atırdı.
Azca sovuşdu. Öz-özüvə gülməyin gəldi. Qaraçuxa nə qayırırdı? Zehnün oynağa gəlmişdi. Zehnün qaranlığa adəti olmadan bir an hürkmüşdü. İndi toxtayırdı. Sərin dağ yeli üzüvə vurdu. "Qoca meh" (Şərqdən əsən yel) idi. Tanış-tanış qanad çəkirdi. Soruşdun: - əmi, gecəni harda qalmaq olar?
Tez cavab vermədi. Neçə addım da yeridi. Sonra soruşdu: - sən nə əcəb, "Babək" stansiyasında düşübsən?
Pırrrr… Ürəyin pırıldadı. Çırpındı. Nə danışırdın, sən ki yanılmamışdın. Sən ki "Şeyx Səfi" stansiyasında enmişdün. Amma bu qoca çox əmin danışırdı. Dedün: - mən "Şeyx Səfi" stansiyasında enmişəm.
Güldü: - Xeyr, Bura Babəkdir. Sən üç ağac "Şeyx Səfi" stansiyasında sovuşub günbatana sarı "Babək" stansiyasında qatardan düşübsən!
Endüyün stansiyadan "Şeyx Səfi" kimi bir yer nəzəründə var idi: çayın quzey tayı, günçıxan tərəf stansiyanın binası, günbatan tərəf orada olan neçə kəndlinin dam-daşı. Pöhrüz əminin uçub-dağılmış qəhvəxanası da o dağın ətəyində idi. Cəhəti dərk etmək qabiliyyətivi itirdün.
Bilmədün, çayın güney tayındasan, ya quzey tayında. Dəryanın ortasındakı əndiz-əndiz (əndazəsiz) su təkin qaranlıq burulurdu. Ləngər verirdi. Cəhət bilinmirdi. Gecənin qürbəti səni bürüyürdü. Ucsuz-bucaqsız qaranlığa cumduqca təkcə bu qocanı özüvə tanış görürdün. Bilər-bilməz onun dalısınca çəkilirdün. O Qaraçıxanın dalısınca.
Nədən "Şeyx Səfi" stansiyasını sovuşmuşdun. Nədən başa düşməmişdin. Ömründə belə yanılmamışdın. İnana bilmirdün. Lənətə gəlmiş qaranlıq macal vermirdi. Həndəvərdən bir uyuf tapasan. Ona görə ozan (qərarsız) olurdun. Usanırdun.
Azca sovuşdu. Yenə zehnimdəki alaqaranlıq çəkildi. Özündən utandun. Utancaq bir gülümsünmə dodaqlarunda çarpındı. Öz fikirlərüvə gülməyün gəldi. Elə bildün, itirdiyün xatirələr, unutduğun itib-batmış nan səni ələ salırlar. Azca rahatlaşdun. Sonra soruşdun: - sən haralısan, əmi?
- Mən Kərmamadlıyam.
Ürəyüvə axındı. Bu gecənin eni-boyu bilinmirdi. Nə yeridiyün yer sənə tanış idi, nə də bu gecə. Təkcə sənün bu mərmuz tanışun hər zadı özünə çəkirdi. Bir maya təkin. Südə maya vursan, süd çevrilib pendir olar. Bu zülmət gecəni bu Qaraçuxalanan adam nəyə çevirirdi, bilmirdün.
Sən bütün kərmamadlıları tanıyırdun. Belə bir kərmamadlı ola bilməzdi. Neçə dəyqə heç danuşa bilmədün. Dilün ağzunda böyüdü. Batman daşına döndü. Dodaqlarun daşa çevrildi. Tərpənəcəyi olmadı. Cansızdan addım atırdun. Qorxmurdun. Səndə qorxu yox idi. Bəlkə qorxu bu zülmət qaranlığa çalxalanmışdı. Qorxu qaranlıq içində yalmalanırdı. İy kimi dağılırdı. Gecənin canında gecənin iliyində mızı-mızı axırdı. Qorxunu belə canundan eşik görməmişdim. Amma bu kişi kim idi. Düz bir Qaraçuxa kimi danışırdı:
- Deyəsən, bu yanları yaxşı tanımırsan?
Elə bil sənin aduvı da dedim. Qaranlığa çalxalanan qorxu təpədən - dırnağa canuva çökdü. İynə-iynə sancdı. İncarsız (taqətsiz) dedün: - nə dedün, əmi?
- Dedim, elə bil, bu yanları yaxşı tanımırsan.
- Yox, əmi, "Şeyx Səfi"dən bu yana gəlməmişəm.
Bir söz demədi. Öz yolunu gedirdi. Tələsmirdi. Neçə yol istədün: - adun nədi, əmi - soruşasan. Amma dilün qıyıllandı. Çox eşitmişdün, adam qorzanda dili tutular. Amma inanmamışdun. Sənün dilün də qorxudan tutulmurdu. İstəsəydin, qayıdıb stansiyanın binasına gedə bilərdün. Nədən gecənin gedişi sənə anayın gəlirdi. Gecədə bir şey var idi. Səni özünə çəkirdi. Dərin-dərin dərinlənirdi. Bir anayın hiss səni uçururdu.
Səni özünə çəkən anayın bir zad sənlə bağlı idi. Sən dumanlı bir şeyi aydınlatmaq istəyirdün. Sən öz-özündə uçunurdun. Həm qorxurdun, həm sevinirdin. Gözlərivün önündə zülmət qaranlığa bir maya çalınırdı. Getdikcə gecə özünü tuturdu.
Maya gecəni çevirirdi. Gecə bərkiyirdi, ağırlanırdı. Bütün zülmətlə qabağunda dururdu. Bir şey səni özünə çəkirdi. Tək bir dilüvə yox, canuva, gönlüvə, ürəyüvə ağırlıq verirdi. Bir ömür boyu dünya səni saymadan yüngül saymışdı. İndii nədən bu gecə təkcə səndən ötrü ağırlanırdı. Sənin qabağunda dayanırdı. Sən amma dağılmadun. Pozulmadun. Sənnən bu gecənin bir bağlılığı var idi. Baş çıxılmaz bir bağlılığı var idi. Səni özünə çəkirdi. Qoca başladı bir-bir sənün el tayfavu, qohum-qardaşuvu, qonum-qonşuvu soruşurdu. Onda gördün, dövrə-həndəvərdə ev-eşik əsəri qalmayıb. Qaranlıq göz seçməyən bir yolda dağa - yoxuşa sarı gedirsiz. Dedün: - əmi, burda bir yer yoxdu, gecəni qalam?
Döndü sol tərəfdən bir qaraltını nişan verdi. Dedi: - ora qəhvəxanadı, orda qala bilərsən. İstədün qayıdasan. Qoca dedi: - məndən eşidirsənsə, gecə ikən yolu kəs, get.
Azca susdu. Sonra dedi: - adam gərək yoldan ağrınmaya. Yatmaqdan nə çıxar. Bu yol, bu da sən - bir cavan adam. Nədən gedib, mələli, birəli, mığmığalı daxmada yatırsan? Bilirəm, orda səni yuxu aparmayacaq. Səhər durub pərişan-pərişan gərnəşəcəksən. Bel-buxunun, qol-qıçın quruyacaq, canıvun suyu çəkiləcək. Ağzun quruyacaq. Özündən bezar olacaqsan. Yola baxıb, duruxacaqsan. Ya da bir at filan qədərə kirayə eləyib pul verəcəksən. Dədələrinin qanı qiyməti. Bu antik atları bilmirəm, hardan tapıblar. Yol yerimək əvəzinə milçəklərlə oynaşırlar. Yol ki cəhənnəm, damdan şamacan milçəklərlə oynaşırlar, gənə doymurlar. Dedün: - bəyəm sən gecə ikən yol gedəcəksən?
- Görürsən ki, yollanmışam, day.
Bu "day" deməknən dağlarlı olduğunu gözə soxurdu. Yadunnan çıxmışdı, dağ qocaları dağda əkəş (iş bilməkdən çəkinməyən) olarlar. Özlərindən dən verərlər. Hər şeyi bəyənməzlər. Ərkək-ərkək danışarlar.
Çayın kuşultusu uzaqdan gəlirdi. Yuxarıdakı qayalarda tutqun pırıldayıb məhv olurdu. Hər an adam hiss eləyirdi, indicə çayın kuşultusu aydınlaşacaqdır. Amma sanki özünü dərənin dustağından qurtara bilmirdi. Dərə sizdən iraqlanırdı.
Qaranlıqda sən bu iraqlanmağı düşünürdün. O tay, bu tay buruq-buruq dağlar alırdı, hasar təkin. Bu diş-diş hasarların başından ulduzlar boylanırdılar. Başızın üstündə cığır əyri buruq bir örpək parıl-parıl ulduzlanırdı. Cük-cük gözcük vururdu. Can amma öz hayına qalırdı: - sənin adun nədi, əmi?
- İlqar. İlqar əmiyəm, bala.
Söz soruşmanın da ayırd bir araqoydusu vardır. O məsafələrə riayət etməliydin. İlqar əminin bu özümsülənməyini o yadırğamamış, amma qərib ləhni (səs tonu), işginlənməyi (səmimiliyi), uyuflu yol getməyi unudulmuş bir şeyləri dirildirdi. Dumanlıqda yatmış bir şeyləri tanışlandırırdı. Bu tanışlıq anayın bir şey idi. Keçmişlərdən baş qaldırırdı. İtib-batmış şeylərə tanışlıq cığırı düşürdü.
Sənün bağrunda elə bil keçmişlərin bəndi var idi, kəməndi var idi. Gönlüvün lehlənmiş gölündə görünmürdü. Keçmişlərin sanki iyi, dadı, boyağı lay-lay çöküb gönülün tutqun gölündə yatardı. Çoxlu çalışmışdun. Bəlkə bu iyləri, dadları aydıncasına dadasan. Amma macal olmamışdı. Göz, çalım, ayamı, zaman, keçmişdi. Çapa-çap çapmışdı. Bir məlum inilti qalmışdı. Yolun izi aydınlaşırdı. Yol qırağından şüvərən, xarman otu iyləri burnuva dəyirdi, meh yelində narın-narın oynağa gəlirdilər. Yaz havasında yalmalanırdılar. Sevincək iy yayırdılar. Zehnində yol qırağının otlu-ələfli xalısı sərilirdi. Başdan-boya süd tiyanı, dovşan alması, əməköməci, qaxort, qiyax… bir-birinə gəyişirdilər. Bəlkə də burada, orada lalə gülü qızarırdı. Tanış bir yaz xalçası açılırdı. Amma görünmürdü. Təməsik anlamalı (fayda götürməli).
Yoxuşun ətəyindən üzüyuxarı dırmaşırdıq. Yanındakı bu Qaraçuxaya bənzəyən İlqar əmi xısın-xısın, astaca-astaca, amma qıvraq yuxarı dırmaşırdı. Heç belə bir gecəni gözləməmimşdün. Hər şey axınırdı. Təkcə İlqar əmi öz-özlüyündə möhkəm çarpırdı. Üzünə toz qondurmurdu. Yaduva gecə xeyri-şəri düşdü. Gecəyarısına kimi gecənin xeyri-şəri olar. Adı gecə yarısınacandır. Amma obaşdan çağınacan çəkər. Gecənin xeyir-şərində gecə qarası tapılar. Heyvan şəklində tapılar. Adam ola bilməz. Gecənin bir aləmində yol gedən yorğun-arğın bir adam. Yuxu ilə ayıqlıq arasında yüngülvari bir hala düşər. Gecənin şəri bir çəpiş, ya bir köşşək (dəvə balası) şəklində yolun yan-yörəsindən tapılar. Gecəni yol gedən kimsəyə yoldaş olar. Gecənin xeyri-şəri başa çatcağın yalancıl olduğunu bilindirər. Dan yerinə mil atmamış bir dərəyə qaçar, yox olar, itər.
Gecə qarası adamın sidqin siyirər. Adamın sadəliyinə tüpürər. Adamı ələ salar.
Sən öz-özündən utandun. Çayın boğulmuş, tutqun səsi hələ də qulağunda pırıldayırdı. Hər zad amma İlqar əminin qaraçuxalanan heybətindən qaynayırdı. Səhm olub ürəyüvə çökürdü. Ağırlanırdı. Dedün: - İlqar əmi!
- Cana?
Səsində bir əski tanışlıq var idi. Torpaq tanışlığı kimi. Bu səsi heç zaman eşitməmişdün. Amma onun qərib tanışlığı gecə kimi gadamı özünə çəkirdi. Dağın özündən bir nişana idi. Sanki azğınlıqdan tapılmışdı.
İlqar əmi, mən səni heç görməmişəm axı. Sən bəs nə cür Kərmamatlısan?
Fikr elədün, indicə İlqar əminin də, gecənin də mərmus heybəti sınacaq. Dağçı idün. Nədən bəs bilmirdün, dağın qoynunda o buruq-buruq qobular, dərbəndlər, ürək yaran qayalar, küküldəyən sellər əl oyunu deyillər. Qaranlıq çökəndə dağa, dağ hər zaddan artıq sayıq olar. Dağın gövdəsinə vüqarlı bir can çökər. Belə bir dəstanlar yalancıl deyilmiş. Qulaq as! Can qulağında ingilti duyulur. Canun pırıldadı. Səsün zayıf çıxdı:
- Axı mən səni heç tanımıram. Mən bütün kərmamatlıları tanıyıram.
Belə ki sən danışdun, dağ da, gecə də, İlqar əmi idə möhkəm dayandılar. Heybətləri artdı da. Sən tək qaldun. İlqar əmi səndən ərdəmli dağa yanaşırdı, səndən yatımlı danışırdı, duruşuğu dağa bənzəyirdi. Qara geyimi gecəyə uyurdu. Əslində dağla gecə onu doğmuşdu. Gur danışığı səni ayındırırdı (aydınladırdı).
- Məni Kərmamatlılar tanımaz.
- Axı dedin Kərmamatlısan.
- Dedim, bəli, dedim.
Döndü sənə sarı. Ürəyin diksindi. Heç bilməmişdün, ulduzların işığı bu aydınlıqda şəfəq saça. Şövq ata. Göyün örpəyi başuvun üstündə pul-pul çiçəklənmişdi. Gözlərin daha yaxşı görürdü. Bəlkə də güman edirdin, yaxşı görürsən. Amma İlqar əminin qovaqlı (dik qapaqlı göz) gözlərini, günlüklü qaşlarını, qartal burnunu, uzun yanaqlarını elə bil aydınca görürdü. Dağa dırmaşan çağda əvvəlcə bir yorğunluq çolqayar. O, ilk yorğunluqdur. Dağçılar onu yaxşı tanıyar. Tez sovuşar. Səni də ilk yorğunluq basırdı. Cumdun özüvə. Azca tər basmışdı. Yel amma həzindən əsirdi. İlqar əmi sanki sənin pərişanlığıvı düşündü. Dedi: - qoy hələ bu yoxuşu çıxaq, gecə dağda danışanın qulağı heç nə eşidə bilməz. Gecələr dağ sayıq olar. Dağçı gərək sayıq olsun.
Yuxarı çıxdıqca zehnüvi Qaraçuxa fikri doldurdu. Nə inana bilirdün, nə inana bilmirdün. Dağnan gecənin zülməti səni udurdu. Yuxarı çıxdıqca gönlüvün paslanmış qapısı açılırdı. Zehnivin axarı gecənin axarına qatışırdı. Dərin-dərin bürkülü bur-bucaqlara zehnündə meh yeli qanadını çəkirdi. Zehnin yeldə çimirdi. Yuyunurdu, tozu alınınrdı. Qaraçuxa fikri canlanırdı.
Hər kimsənin bir Qaraçuxası vardır. Hər il axır çərşənbə axşamı od yandırmaqdan əvvəl uşaqlar bütün ev-eşiyin örüşünü ərsinlə cızıqlayarlar. Sonra dama çıxarlar. Damın üstündə novçanın dibindən qıraq-ala bir sıra daş düzərlər. Lap böyük daşı əvvəlcə Qaraçuxa adına dam qırnasına (ucqar nöqtəsinə) qoyarlar. Sonra bir-bir ev adamlarının adına pəpə yeyənindən məmə deyəninəcən daş düzərlər: "bu dədəmin daşı, bu nənəmin daşı, bu… " deyərlər. Ta çatarlar atın daşına. Sonra kələ cöngənin daşı, öküzün daşı, inəyin daşı… Qaraçuxa hamıdan başda durar. Hörmətli. Sanki bir qara lökdür (ən yaxşı dəvə) dəvə qatarının qabağında. Bəlkə də bir gecə Evin kişisi tövləyə gedib mallara baxanda gecənin o aləmində Qaraçuxanı orda görər. Öz Qaraçuxasını. Allah bilər, Qaraçuxa evin kişisinə nələr deyər. Hər adam Qaraçuxa görə bilməz ki. Bəzi günlər səhər tövləyə gedən çağda kəhər atın yalını, quyruğunu hörülmüş görər. Atı tumarlanmış görər…
Gecənin xeyri var, gecənin şəri var. Qaraçuxa gecənin xeyrindəndir. Gecələr "gecəizin xeyri qalsın" - deyərlər.
İlqar əmi elə bil sənin fikrüvi oxuyurdu. Dedi: - hələ gecənin xeyri-şərindən çox qalır. Dan yeri sökülməmiş. Gecənin xeyri, şəri arınmaz. Gecənin xeyri-şəri arınmamış dağda gərək sayıq olasan.
Genə susdu. Xısın-xısın yol addımladı. Sən də cumdun zehnivin gecə ilə çalxalanmış aləminə. Gönül üçbucağına.
Qaraçuxanı, daha day, nağıllarda tapmaq olar. Əfsanələr ölkəsində…
Uşaqlıqdan indiyə qədər donub qalmışdı, uşaqlıq xatirəsi kimi. Xatirədə yox, bir uşaqlıq duyğusu nə aydın, nə kas, yarı məhəbbət parası, yarı ömür çürüyü, yarı zəhmət, yarı sevinc, itirilmiş, unudulmuş dünya. Yarımamış, yarçımamış adamın zehnində -sənin kimi- paslı bir sandıqda burulu boxça bükümündə qalmışdı. Nəm iyi verirdi. Çürümüş iyi verirdi. Torpaq iyi verirdi. Qalmışdı, amma bir itmiş şey kimi.
Elə bil, bir şey itirmişdün. O itmişin adını da itirmişdin. İtik tapılanda adam sevinər. İlqar əmi torpaq iyi verirdi.
Gecənin xeyri zehnində göyərirdi. Cuğarırdı. Yuxarı çıxdıqca sevinc çulğayırdı səni. Yorulurdunsa da, yüngüllənirdin. Duru, süzgün havadan sinən donub atlanırdı.
Dağ ilə gecənin o aləmində sənin ürəyün saflaşırdı. Hərdən bir qıl bəndə bağlı qalırdı. Aslanırdı. Yaşayışın bəndi titrəyirdi. Hər şey durulurdu. Ürək döyünməsi şirinləşirdi. Ana südünün iyi gəlirdi.
Hərdən elə sanırdın, hər tərəfdən göz zillənibdir. Min-min gözlər, gözcüklər sənə mırıdıblar (tuşlanıblar). Gecə elə bil, bir arı şanı, dəlik-dəlikdir. Şu gözlər sanki dağ süzgəcinin şadara gözləridir. İnsan o süzgəc gözlərdən keçir. Safa çıxır. Dağda daha qorxu yox idi. /Alatoran jurnalı/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.