Cəlil Cavanşir - “Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?
18.10.13

İki intellektual qələm adamının – Kamal Abdulla və Qan Turalının Kulis.az-da dərc olunan söhbətini maraqla və diqqətlə oxudum. Kamal Abdulla Azərbaycan ədəbiyyatında öz yeri olan, intellektuallığı ilə fərqlənən, ədəbiyyat haqqında düşüncələrinə böyük önəm verdiyim və hörmət etdiyim yazıçıdır.
 
Ədəbi mühitdə, tənqidçilər və yazarlar arasında Kamal Abdullaya münasibət birmənalı deyil. Kamal Abdulla özü də bu münasibəti çox gözəl bilir və haqqında danışdığımız müsahibəsində də bu məqamlara münasibət bildirir: “Bəzən mənim mətnimə intellektual mətn deyirlər və bunu kimsə bəyənir. Bəzən mətnimdə dil xətaları tapırlar, kimsə bunu bəyənmir. Bəzən açıqca böhtan atırlar, bu isə artıq "ağıllılıq" pərdəsinə bürünmüş qeyri-peşəkarlıqdan irəli gəlir və daş qayadan nə aparırsa aparır.”
 
Yazılan və oxucunun ixtiyarına verilən istənilən mətn, yazıçının məhsulu olsa da, hökm vermək ixtiyarı oxucudadır. Amma bəzən oxucular, kifayət qədər ədəbi zövqü olan tənqidçilər və yazarlar da mətnə haqqında çox ədalətsiz hökm verirlər. Bu ədalətsizlik Kamal Abdullanın mətnlərindən də yan keçməyib. Məsələn, Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları, eləcə də ümumi şəkildə yaradıcılığı haqqında onlarla fərqli mövqeyi olan yazı oxumuşam.
 
Onu bəzən yersiz və savadsız şəkildə tənqid edir, bəzən  Ekoyla, bəzən də Borxeslə müqayisə edirlər. Bütün təzadlı fikirlərə baxmayaraq Kamal Abdulla intellektualllıq və təfəkkür baxımından ədəbiyyatımızda xüsusi çəkiyə malik, sanballı qələm adamıdır.
 
Düşünürəm ki, yazıçının müxtəlif mövzular barədə fikirlərini ortaya qoymasında böyük fayda var. Məhz bu baxımdan Kamal Abdullanın müsahibəsi mənim üçün olduqca maraqlı idi. Ona görə də K. Abdullanın polemikaya yol açan müsahibəsinin üstündən sakit keçə bilmədim.
 
Müsahibəsinin əvvəlində Kamal Abdulla şeir yaradıcılığı ilə bağlı danışarkən, bir məqama toxunur:
 
“Mən birinci kursa daxil olanda filfakın 5-ci kurs tələbələri artıq şeir oylağında at oynadırdı. Ramiz Rövşən var idi, Sabir Rüstəmxanlı var idi. Yunan mifologiyasındakı Afina silahlı, əlbisəli bir biçimdə atası Zevsin başından doğulan kimi onlar da, elə bil, birdən-birə şair doğulmuşdular, birdən-birə ancaq yaxşı şeirlər yazmağa başlamışdılar. Bu filfak şairləri  artıq qeyri-rəsmi ədəbi mühitdə tanınırdılar, öz məşhurluq yollarını rahat getmələri üçün onların öz "svita"sı var idi, onlara can fəda edənlər var idi.
 
... Qərəz, mən filfakın birinci kursunda peyda olanda pyedestalda yerlər tutulmuşdu”
 
Azərbaycan şeirində uzun müddətdir ki, “Ramiz Rövşən xofu”, “Ramiz Rövşən təsiri” hökm sürür. Maraqlıdır ki, yaradıcılığına şeirlə başlamış Kamal Abdulla da bunu etiraf edir.
 
İllərdir Azərbaycan şairlərinin böyük  bir dəstəsi məhz Ramiz Rövşən kimi yazmağa, onu yamsılamağa cəhd edir.
 
Hətta onu inkar edənlər də, onun təsirindən xilas ola bilmir. Artıq köhnəlmiş estetika, dövrünü başa vurmuş üslübu bu gün də ciddi-cəhdlə yaşatmağa çalışanlar var. Təbii ki, istisnalar var və bu istisnaları sadalamağa ehtiyac görmürəm.
 
Kamal Abdullanın “yolunu kəsən”  “Ramiz Rövşən faktoru” çoxlarını ümumiyyətlə ədəbiyyatdan biryolluq uzaqlaşdırıb. Sözsüz ki, Kamal Abdulla bu məqamda gileylənmir və sadəcə öz ədəbi taleyindən danışır. Hesab edirəm ki, Kamal Abdulla “konkurentədözümlü” şeirlərini yazana qədər bu təsirdən qaçmağa çalışıb. Amma vurğulanan bu məqam da üzərindənkeçiləcək məqam deyil.
 
Müsahibədə olduqca diqqət çəkən məqamlardan biri və ən vacibi “literaturşina” məsələsidir. Bu gün tez-tez bu söhbətləri eşidirk: “filankəs kitabdan gəlib”, “filankəs həyatdan gəlib”.
 
Sözsüz ki, bu söhbətlər qüsurludur və ümumiyyətlə yaradıcılığa, ədəbiyyata faydası olmayan söhbətlərdir. Bu baxımdan Kamal Abdullanın “literaturşina” ilə bağlı dedikləri ilə razıyam.
 
Ümid edirəm ki, bu tendensiya biryolluq həll olunacaq, bu söhbətlər gündəmi tərk edəcək.
 
Qəribədir ki, “Kitabdangəlmə”liyi ilə öyünənlər də var. Bəs  bu cür “gəlmə”lərin ədəbiyyata dəxli varmı? Hətta bədii əsərlərində belə sitatçılıqdan, əzbərçilikdən, oxuduqlarının təsirindən qaça bilməyənlər də özlərinə “kitabdangəlmə” deyir və sağda-solda bununla öyünürlər. Ayaqları yerdən üzülənlər unudurlar ki, ədəbiyyat toplumun özünü ifadə vasitəsidir.
 
Məncə bu cəhdlər, oxşarlıqlar, sitat yığınları, çırpışdırmalar olsa-olsa gündəmə işləyən gələn “gözəl yazılar”dır. Məhşur imzaların, dünya ədəbiyyatının arxasına qısılıb, dahilik iddiasında olmaq və sonra “kitabdangəlmə” intellektual obrazı yaratmaq cəhdləri də boş şeylərdir.
 
Və ya yaradıcılığında bol-bol qoyun-quzu, şehli çiçəklər, qarlı dağlar, baltagirməz ormanlar, yemlik, turşəng, quzuqulağı, torpaq, təzək qoxusu, qoyun qığı, çoban yapıncısı, ferma həyatı təsvir edən yazıçının verdiyi mesaj nə ola bilər?
“Mən “həyatdangəlmə” yazıçıyam, kənd (şəhər) estetikasını  bilərəm” deyib, meydan sulamaq da yersizdir.
 
Ədəbiyyata bütöv yanaşmaq lazımdır.
Ədəbiyyat yalnız xoş duyğular oyatmaq, kövrəltmək, sentimentallaşdırmaq, ağlatmaq, təsirləndirmək üçün deyil. Ədəbiyyatın başqa missiyaları da var.
 
Öncə qeyd etdiyim kimi, yazıçının müxtəlif mövzularda nə düşündüyünü bilmək oxucu üçün maraqlıdır və bu düşüncələri ortaya qoymaq lazımdır.
 
...Müsahibədə sosrealizm, dil və üslüb, ədəbiyyatşünaslıq və vurğuladığımız məqamlarla bağlı Kamal Abdullanın zəngin düşüncələri və fikirləri  olduqca maraqlıdır. /kulis.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.