Günel İmran - Qoyun

15.10.13

Hekayə

     Dəniz kimi dalğalanan, üzərinə şeh düşmüş otlar və başı üzərində buludsuz mavi səma, cənnət kimi bir yer. Bura haradır? Bir qoyunun yaşamaq istədiyi otlaq. Qoyun adının ona nə zaman verildiyindən xəbərsiz idi. Qışın son ayında şaxtaların mülayimləşdiyi bir gündə dünyaya göz açmışdı. Üst – başı selik içində olan şirin varlıq idi. Sonra ilk olaraq ön ayaqlarını yerə möhkəm basmış , arxa ayaqları isə çəlimsizlikdən güclə dikəlmişdi. O zamanlar çəmənliklər, otlaqlar yox idi. Onu quzu adı ilə çağırmışdılar. Anasının quzusunu hamı çox sevmişdi. Onu doğulduğu soyuq tövlədən çıxarıb isti evə aparmış, dünyanın ən şirin quzusuna odun peçinin yanında yer düzəltmişdilər. Bu evin uşaqları onu o qədər oynadırdılar ki, yazıq yorulub əldən düşürdü. Anasını ancaq yemək vaxtı görürdü. Amma günü o qədər xoş keçirdi ki, anası heç yadına düşmürdü. Evin balacaları quzunu əmziklə yedizdirirdilər. Həyat bir içim su kimi udulur, balaca quzu qoyuna çevrilirdi. Qısa ev həyatından sonra yaz gəldi. Quzu yaşıl otlaqlarla tanış oldu. İlk dəfə tövlədən evə köçəndə oranı özünə daimi məskən sanmışdı.
Sonra yaşıl çəmənlikləri görmüş və heç vaxt buranı tərk etmək istəməmişdi. Otlaqlara getmək üçün çıxarkən neçə-neçə şaxtalı, boranlı günləri geridə qoymuş, hər hərəkətlərində ehtiyat, qorxaqlıq duyulan yaşlı qoyunlardan fərqli olaraq tövlə qapısından birinci çıxmağa çalışırdı. Hər yerdə digər qoyunların hamısını ötmək istəyirdi. Sonra fəsillər bir-birini əvəz etdi, çəmənliklər yox oldu. Qidalandığı torpaq qoxusu gələn tər otların yerini saralmış quru otlar əvəz etmişdi. Uşaqlar da artıq onunla oynamaq üçün bir –biriləri ilə dalaşmırdılar. Vaxt keçir, o, böyüyürdü. Hər şeyin təkrarlandığına öyrəşir və artıq əvvəlki kimi hər zaman önə atılmağa səy göstərmirdi. Soyuq günlər keçir ,yenə istilər qayıdırdı. Günlərin birində digər qoyunlarla birlikdə onu çayın kənarına aparmışdılar. Adamlar çayın suyunun daha dayaz olduğu yerdə çay daşlarını yığaraq çay axınından ayırdıqları kiçik gölməçəyə qoyunları tək- tək gətirir , suda qaçmasınlar deyə onların ayaqlarını tutaraq tər- təmiz olanadək çimizdirirdilər. Adi vaxtlarda su içərkən həyatından razı halda sərinləyirdisə, çayda çimizdirilərkən boğazına dolan su onda boğulmaq qorxusunu yaradır və öz qoyun həyatı uğrunda mübarizə aparırdı. Sonra təhlükə sovuşmuş, onu sudan çıxarıb, yunu qurusun deyə günəşin altında digər qoyunlarla birgə sıraya düzmüşdülər.Onun qoyun başı günəşdən qaynamaq üzrə idi. Sonra qoyunları dincəlmək üçün nəhəng ağacın yaratdığı kölgəliyə aparmışdılar. Qoyun isə tər – təmiz, təravət qoxan yununa baxmış özünü quzu vaxtlarındakı qədər sevimli sanmışdı. Ona göstərilən qayğıdan heç ərköyünləşməyə macal tapmamış ki, sahibi əlində yunqırxan maşın gəlmişdi. Qoyun keçəl qaldığına görə suyu müqəssir bilmişdi.Amma susuzluğa da dözümü yox idi. Yunundan balaca döşəkcə salınmışdı. Həyətdə tut ağacının qalın budağında qurulan yelləncəyin oturacağına bu döşəkcəni qoymuşdular.Uşaqlar yelləncəkdə yellənmək üstündə bir- biri ilə dalaşır, qoyunsa davanın döşəkcə, yəni onun yununa görə olduğunu sanmış və sevinmişdi. Əslində isə hər kəs tərəfindən, ən çox da sevimli balaca dostları tərəfindən unudulmuşdu. Günləri birində həyətdə əkilən balaca tut ağacını böyük ot bilmiş və yarpaqlarını yemişdi. İlk dəfə ağac əkən və bu ağacın böyüməsini həvəslə gözləyən balaca oğlan onu çubuqla döymüşdü. Quzu olduğu vaxtlarda həmin bu balaca oğlan onu indi qoruduğu kiçik tut ağacı kimi sevirdi.Bir gün isə quzu olduğu vaxtları xatırlayaraq evə daxil olur. Döşəmədə ağzı açıq qazanlar görür. Görməklə kifayətlənməyib başını qaymaq dolu qazana salır və iş başında yaxalanır. Bu da növbəti zərbə. Yun çubuğu belində qırılır. Sonra isə nobatda sıradan geri qaldığına görə çoban çomağının zərbəsinə öyrəşir.

Bir gün həyətdə uşaqlardan birinin ağlamasını eşidir. Bu balaca dərslərini, ev tapşırıqlarını həmişə unudurdu. Buna görə məktəbdə uşaqlar onu qoyun deyə çağırıb gülüşmüşdülər. Balaca isə ağlayır, mən qoyun deyiləm , hər şeyi bilirəm deyirdi. Atası ona sən də mənim quzumsan deyəndə çox xoşuna gəlirdi. İndi isə nə dəyişmişdi? Çox təəssüf ki , əbədi olaraq şirin, balaca ,hamının sevimli quzusu kimi qalmaq olmur, şirin quzu böyüyüb ağılsız qoyuna çevrilir. Qoyun olduğuna görə utanır. Qoyun fikirləşir ki, axı nəyə görə o böyüyüb öküz və ya fil olmur? Axı nə üçün qoyunu ağılsız hesab edirlər? Bəlkə səbəb yazıq- yazıq mələməyindədir. At kimi kişnəsə hamı onu müdrik sayar. Nəhayət, bu həyət- bacanı tərk etməyi qərarlaşdırır. Qapısı açıq qalmış tövlədən qaçıb gedir. Bir neçə saatdan sonra yiyəsi bundan xəbər tutur. Qoyununu kiminsə oğurladığını düşünür. Kəndə hay salır ki, kimsə onun qoyununu oğurlayıb. “Bu qoyun yer yarıldı içinə girmədi ki ? Yəqin onu kim isə oğurlayıb. Özünün çıxıb gedəcək halı yoxdur”. Bu vaxt isə qoyun meşəyə doğru gedirdi. Qoyun özü yaşamağa çarə tapacağına əmin idi. Meşədə çoxlu yem olduğunu eşitmişdi. Amma qoyunların meşədə yaşamadığını bilmirdi. Bəlkə buna görə ona qoyun adı vermişdilər? Hər şeydən bixəbər idi. Otların arası ilə sürünən uzun ilanlarla rastlaşdı. “Necə də sakit heyvandır. Bizimkilər yəqin heç vaxt bunu görməyiblər. Görsələr astagəlliyinə görə mənə yox, ona qoyun deyərdilər ” deyə fikirləşdi. Meşədə qarşısına ildırım sürəti ilə qaçan dovşan çıxdı. Qoyun çox sevindi. Ürəyində mən də meşədə yaşasam tezliklə belə qaçacam , dovşan kimi hamıdan güclü olacam dedi. Dovşanın arxasınca baxırdı ki, ilan dovşanı çaldı və o , çabalayaraq yerə yıxıldı. Sanki heykəl oldu. Qoyun çox qorxdu. Kollara sığındı. Baxdı ki, canavarlar gəlir. Düşündü, necə də mehribandırlar. Birlikdə gəzişirlər. Onun tövlə qonşularını isə nobat vaxtı çoban güclə sıraya düzür. Hərəsi başını bir tərəfə götürüb qaçmaq istəyir. Bundan əvvəl heç vaxt canavar görməsə də nədənsə bu varlıqlardan ilk gördüyü andan qorxmuşdu. Elə bilmişdi ki, canavarlar yerə yıxılan ilan çalmış dovşana yaxınlaşırlar. Canavarlar isə dovşanın cəsədinə gözlərinin qırağıyla da baxmadılar. Çünki onlar çaqqal yox, canavar idilər. Qəfildən hansısa hiss onlara qoyunun yerinin bildirdi. Bu da son. Yox, son hələ olmadı. Güllə səsi eşidildi. Canavarlar qaçışdı.

Yaşlı ovçu qoyunun boğazına kəndir bağlayıb onu sürüyərək meşədən çıxardı. Ovçu həmin kəndin adamlarından idi. Qoyunu maşının yük yerinə qoydu. Qoyun burda canavarlardan xilas olduğuna sevinirdi. Maşının yük yerindən çıxarılanda isə öz doğma həyətlərini gördü. Onu boğazındakı kəndirdən dartıb sürüyərək tövləyə apardılar. Ev yiyəsi arvadına “Sən də deyirdin qoyun özü gedib. Bunu yəqin ovçu oğurlamışdı. Gördü ki, səs- küy salmışam qorxusundan gətirib qaytardı. Hələ danışdığı nağıla bax. Guya qoyunu meşədə tapıb. Qoyun özbaşına necə oralara gedib çıxardı.Yaxşı qurtardıq. Sabah sübhdən durub bunu kəsəcəm. Şəhərdən gələcək qonaqlarımız günortaya burda olarlar. Qonaqlar gələnəcən hazır olmaq gərəkdir. Onlara kabab qonaqlığı verərik” . Bunu danışa – danışa onlar tövlənin qapısını bağladılar. Qoyunsa eşitdiyi sabah deyilən vaxtın nə zaman olduğunu səhərəcən anlamağa çalışmışdı. Qoyun fikirləşənəcən sabah oldu.Günəş çıxdı. Bir də, hələ kababın nə olduğunu bilmirdi və yəqin ki, bunu heç vaxt bilməyəcəkdi.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.