Firuz Mustafa - Qatillər
30.09.13

Hekayə
 
 Əvvəllər bu qədər doğma olduqlarını bilmirdilər. Vaxt keçdikcə hər şeyi tədricən anlamağa başladılar. Demə, bacı-qardaş imişlər.
     Onlar bir-biri ilə səssizcə, yalnız özlərinin başa düşdüyü bir didə “danışırdılar”. Qardaş çox dəcəl idi, dinc durmağı xoşlamırdı. Bacı isə öz sakit “hücrəsində” dincəlməyi sevirdi. Qardaş öz bacısı üçün nəsə xoşagələn bir şey etmək, ən azı ona iltifat göstərmək, onun qulluğunda durmaq istəyirdi. Amma hələlik bunu bacarmırdı. Daha doğrusu, buna imkanı çatmırdı.  Onlar qonşuluqda, lap elə birlikdə olsalar da hələ əl-ələ tutub üz-üzə dayana bilmirdilər. Hərəsinin öz aləmi, öz “yuvası” vardı. Ama ikisi də doğma və yaxın olduqlarını daim hiss edirdilər.
    Onlar hiss edirdilər ki, haradasa, bir qədər uzaqda, hələlik onların səsi çatmayan daha geniş, daha işıqlı bir aləm var.
   Onlar  əmin idilər ki, günlərin bir günü həmin o geniş aləmə çixacaq, həmin o işıqlı dünyaya qədəm basacaqlar. Deyəsən, o gün yaxınlaşmaqda idi. Onlar tələsirdilər. Onu da əvvəldən duyurdular ki, o geniş, o işıqlı aləmdə onları gözləyənlər var.
    Son vaxtlar onların isti, ilıq “yuvasına” bir soyuqluq çökməkdə idi. Düzdür, onlar hələ isti-soyuğun nə olduğunu düz-əməlli bilmirdilər. Amma öz kiçik vücudları ilə hiss edirdilər ki, onların həvəslə, həsrətlə gözlədikləri işıq get-gedə uzaqlara çəkilməkdədir. Sanki kimsə o işığı oğurlamaq istəyirdi. Onlarsa bu işıqsız yaşaya bilməzdilər.
  ...
   -Onu rədd elə getsin.
   -Vallah, ürəyim gəlmir.
   -Üçü var, bəsimizdir. Biri də bu yandan gəlmək istəyir. Kimdir onu saxlayan? Ağır zəmanədir, çörək çatdırmaq olmur.
    -Allah yaratdığının ruzisini özündən qabaq verir.
    -Boş-boş danışma. Burada Allahlıq bir iş yoxdur. Dedim, rədd elə getsin...
    -Yeddi aylıqdır...
    -Lap olsun doqquz aylıq.
    -Yekə uşaqdır... Ürəyimin altında tərpənir... Lap nəfəsini də hiss edirəm...
    -Nə olsun ki?
    -Mən onu məhv edim? Öz uşağımın, öz bətnimdəki körpənin qatili olum? Allah bunu bağışlamaz mənə...
    -Yenə başladın? Yenə Allah-bəndə sönbəti?
    -Axı...
    -Mənasız şeylər danışırsan, vallah. Hazırlaş, sabah qonşunun maşınında aparacam səni şəhərə. Orada tanış həkim var. Doğrayıb atsın...
    -Günaha bataram...
    -Nə günah? Bəyəm təkcə bizik bu cür günaha batan? Bəyəm görünməmiş işdir?  Bunu hamı eləyir ki... Onda bütün dünya günah içindədir ki... Yaxçı ki, bu barədə cinayət məcəlləsində bir şey yoxdur. Bəlkə də var, mənim xəbərim yoxdur... Hazırlaş. Sabah gedirik...
    -Axı...
    -Axısı-zadı yoxdur. Bizim nəyimizə lazımdır bir çətən külfət? Elə uşaq doğub-törətmək bu kasıbların alnına yazılıb deyəsən. Bax gör bu varlıların, milyon qazananların neçə uşağı var? Bir ya, uzaqbaşı, iki... Amma bu kasıb bədbəxt... Mənim böyük külfəti saxlamaq imkanım haradandır? Fəhləyəm, daşyonanam, nazir-zad deyiləm ki... Bir əlimə bax, gör nə gündədir, lap yonulmamış daş parçasına oxşayır...
   -Sən məni anlamaq istəmirsən...
   -Sən də məni...
     ...
    Soyuq. Zülmət. Sükut.
    Əvvəllər hiss edirdilər ki, onları duyan, onları bir qədər, uzaqdan da olsa belə, oxşayan bir əl var. İndi bu əl də soyumuşdu sanki.
    Bacı öz aləmində idi: o, özünün sakit “yuvasında”  arın-arxayın  “dincəlirdi”.
    Qardaş nəsə narahat idi: onun dincəlmək fikri yoxdu, ətcəbala quş kimi çırpınırdı.
     Bir dəfə boğuq bir uğultu eşitdilər. Sanki onları harasa, uzaq, uzaq olduğu qədər də qararanlıq bir yerə aparırdılar. Onlar, qardaş və bacı, işığa çıxmaq istəyirdilər. Bəs harada idi o işıq? Niyə görünmürdü? Əksinə, onlar zülmətə doğru üzürdülər. Onların hər ikisi yerlərində tərpənməyə başladılar...
   Sonra uğultu kəsdi...
   Yenə sükut.
   Az sonra inilti eşidildi.
    Uzaqda soyuq bir şeyin işıltısı duyuldu. Yox, bu, onların çoxdan bəri gözlədikləri işıq deyildi. O soyuq işıq, o soyuq parıltı  özü ilə  nəsə bir fəlakət gətirməkdə idi. Bu, lap aydın hiss olunmaqda idi.
    Onların canından bir üşütmə keçdi.
    Qardaş bir zaman öz bacısı üçün nəsə etmək, ona nəsə özünün də bilmədiyi xoş bir iltifat göstərmək istəyirdi. Deyəsən, indi bunun vaxtı gəlib yetişmişdi.
    İnilti get-gedə artmaqda idi.
    Onun öz bacısına “kömək etmək” zamanı yetişmişdi. Bacısının qorxuya düşdüyünü aşkarca hiss edirdi. Qız “yuvanın” lap “dərinliyinə” çəkilmişdi. Qardaş onu sanki yaxınlaşan müdhiş fəlakətdən qorumaq üçün irəliyə doğru dartındı. Hər necə olsa da o, özünü bacısından qoçaq və cəsarətli hesab edirdi.
     İndi inilti qışqırığa çevrilmişdi.
     Soyuq parıltı yaxınlaşmaqda idi.
     Hər tərəf qırmızı rəngə boyanmışdı. Onlar rəngləri hələ tam aydınlığı ilə seçə bilməsələr də hiss edirdilər ki, bu, onların çoxdan bəri gözlədikləri işığın gəngi deyil. Bu, nəsə başqa işıq idi. Əslində, bu, soyuq işartının gətirdiyi bir rəng, qan rəngi idi. Bu, lap yaxında olan, onlara doğru sürünən fəlakətin rəngi idi.
   İndi onlar, qardaş və bacı, əl-ələ verib bu qaranlıq aləmdən xilas olmaq istəyirdilər, amma onların əlləri bir-birinə çatmayırdı.
   İndi onlar ağız-ağıza verib qışqırmaq istəyirdilər, amma onların səsi bir-birinə yetməyirdi.
   Soyuq parıltı əvvəlcə onun, qardaşın sinəsinə dirəndi. Nəsə xırçıldadı.Qardaş lap  “dərinliyə” çəkilmiş bacısının çırpındığını aydınca hiss edirdı.
   Daha sonra bu soyuq işartı dərinliyə, bacının sığınıb titrədiyi “yuvaya” doğru sürünməyə başladı...
   Bayaqkı qışqırıq  və iniltini hıçqırıq əvəz etmişdi...
  ...
   -Yox, Allah bu günahı bağışlamayacq...
   -Yenə də Allah? Allahına şükür et ki, sağ-salamat qurtardın. Bu mənasız fikirləri də başından at getsin...
   -Ekiz imiş sən demə..
   -Nə? Ekiz?
   -Hə də...  Biri oğlan imiş, o birisi qız... Həkim əvvəlcə oğlanı götürüb. Sonra bilib ki, biri də var. Qız... Bizim üç oğlumuz var, mən həmişə qız arzulayırdım. Bacısız da qardaş olar? Biz bacı-qardaşı məhv elədik. Mən indi özümü cəllad yerində görürəm. Mən qatiləm... İki adamın qatili...
    -Bəs indiyəcən bunu hiss etməmişdin?
    -Nəyi?
    -Onların cüt olduğunu?
    -Yox... Bir də ki, indi bunu bilməyin nə mənası var ki?..
    -Yox ey... Bir var birini rədd edəsən, biri də var iksini birdən...
    -Nə fərqi var ki? Mən qatiləm, qatil... Ya birinin qatili oldun, ya da ikisinin...
    -Görən onları harada dəfn edəcəklər?
    -Dəfn? Bəyəm bətndə məhv edilən uşaqları dəfn edirlər ki?..
    Hər tərəfə soyuq bir sükut çökmüşdü.

Avanqard.net

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.