Marina Svetayeva - Ayrılıq
26.09.13
Çingiz Əlioğlunun tərcüməsində
Qaragöz görürəm səni - ayrılıq! Ucaboy, - ayrılıq! Tənha, - ayrılıq! Bıçaqtək parlayan gülüş - ayrılıq! Mənə bənzəməyən, gümüş - ayrılıq!
Dünyadan tez köçən o analartək, Mənim də anama oxşar, - ayrılıq! Astana ağzında duran Annadır Yatan Seryojanı oxşar, ayrılıq!
Soxulub eşikdən düz evə keçər, Qaraçı, - ayrılıq! Ləçər - ayrılıq! Zəlidir, - yapışıb damardan içər! Odtək biçarəni biçər, - ayrılıq!
Yandırıb - göynədir, basıb - əzirsən. Cırıb - dağıdırsan, yazıq gəzirsən, - Bozqurdsan, - ayrılıq! Hər an hazırsan! - Nə baba, nə nəvə, - quzğun tazısan, - Qudurmuş, - ayrılıq! bayquş, - ayrılıq!
Bəlkə sən Raziinin törəməsisən. Şaqqalı-budaqlı kürən qırışmal? Quldurdur xislətin, zatın, ayrılıq! ............................................. Bəlkə Marinadır, adın, ayrılıq!
İyunun sonu, 1920
|