III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub
23.09.13


Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub.

 
Beynəlxalq Kitab Sərgi Yarmarkasında 25 ölkədən 120-yə yaxın nəşriyyat iştirak edir.
 
 
Ziyalıların, millət vəkillərinin, mədəniyyət xadimlərinin iştirak etdiyi sərgi-yarmarkanı giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitab sərgisinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, sərgi-yarmarka günləri çərçivəsində silsilə kitab tədbirlərinin keçirilməsi nəzərdə tutulub: "İki ildən bir keçirilən sərgi-yarmarka Azərbaycanın mədəni həyatında öz layiqli yerini tutdu. Bu gün Azərbaycanda kitab işi ilbəil genişlənir və bizim həyatımızda kitabın xüsusi yeri var. Bu beynəlxalq sərginin keçirilməsində əsas məqsəd kitaba sevgini, məhəbbəti artırmaqdır".
 
 
Ə.Qarayevin sözlərinə görə, builki sərgidə nəşriyyatlar daha fəal iştirak edir: "Nəşriyyat evlərinin sərgiyə böyük həvəslə qatılması, fəal iştirak etməsi bizi çox sevindirir. Ümumiyyətlə, Azərbaycan il ərzində altı-yeddi beynəlxalq kitab sərgisində iştirak edir və həmişə böyük uğurlarla ölkəmizə qayıdırıq. Bu kitab bayramı münasibətilə hər kəsi təbrik edirəm. İnanıram k, Azərbaycan kitabı həmişə yaşayacaq".
 
 
Qeyd edək ki, III Beynəlxalq Kitab Sərgi-Yarmarkası ötən illərdən fərqli olaraq, bu dəfə açıq havada keçirilir və stendlər nəşriyyatlara pulsuz verilib. Sərgidə dünyanın müxtəlif ölkələrindən nəşriyyat və poliqrafiya müəssisələri iştirak edir. /APA/











Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.