Aydın Dadaşov - "Əkinçi"də reklam elanları
23.09.13

12 aprel 1873-cü ildə mətbuatımızın banisi  Moskva Universitetini təbiətşünas alim diplomu ilə bitirən ilk müsəlman məzun Həsən bəy Zərdabi (1837-1907)  nəşrinə hazırlaşdığı «Əkinçi» qəzetinin çapına icazə almaq üçün Bakı qubernatoruna yazdığı: «Quba mülkədarı general mayor Abdulla ağa  Bakıxanov mənə Bakı şəhərində tatar dilində pulsuz olaraq qəzet nəşr etmək məqsədilə mətbəə açmaqdan ötrü 1000 manat pul verir. Bu təsadüfdən istifadə edərək, mən aşağıdakı şərtlər əsasında qəzet nəşr etməyi qərara almışam» (Gürcüstan MDTA  f.422. iş 546) məlumatı ilə ilk öncə gələcək qəzetin maliyyə mənbəyini rəsmi idarəyə açıqlayır. Və mətbuat tariximizin başlanığıcı olan «Əkinçi» qəzetinin şəffaf kommersiya istiqaməti hakimiyyətdən asılılığın qarşısına sədd çəkməklə azad fikrin yazılı təzahürü ilə maarfçi-demokratiya yönümünü təsdiq etdi.

1873-cü ildə Həsən bəy Zərdabinin maarfçi-demokratiyamızın banisi M.F.Axundova (1812-1878) göndərdiyi məktubundakı: «Mənim nəşrinə başlamaq istədiyim qəzetlə əməkdaşlıq etmək istədiyinizi bildirirsiniz. Mütəşəkkirəm, ancaq bədbəxtlikdən hələ bu vaxtacan icazəni ala bilməmişəm. Sizin baron bu barədə nə fikirləşir, bilmirəm. Amma mənə elə gəlir ki qəzetə münasibəti yaxşı deyil. Nə isə falçılıq eləməyək, görək nə olur. Qəzetin nəşri haqqında olacaq elanı sizə göndərirəm ki, yayılmasına kömək edəsiniz». (Axundov M.F. Əsərləri 3-cü cild.  B. 1988.  s.315) - fikirləri və: «Mənə göndərilən  elanlardan on dənəsini xahişimə əsasən, buradakı İran konsulu cənabları qəbul etdi. Beləliklə, on nəfər abunəçinin pulunu oradan alacaqsınız. Qalan on beş elana gəlincə, onlar hələlik məndədir. Mən nəzərdə tutmuşam ki, savadlı tanışlarıma təsadüf etdikcə, bu elanlardan onlara təqdim edərək sizin qəzetinizə abunəçi olmalarını xahiş edim.» (s.243) - cavabı hər iki ziyalının satış probleminə öncədən ciddi yanaşdığına dəlalət edir.

 22 iyul  1875-ci ildə təkcə nəşrinin icazəsinə üç il vaxt sərf etdikdən sonra nəhayət, böyük zəhmət bahasına 400 nəfər illik abunəçi yığmağa nail olan Həsən bəy Zərdabinin «Əkinçi» qəzeti işıq üzü gördü. Moskvada qəzetin yayılması üçün fədakarlıqla çalışan, Petrovski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsinin tələbəsi Nəcəf bəy Vəzirovun (1854-1926) «Mənim sevimli əziz müəllimim Həsən bəy!» - xitabı ilə yazdığı: «Qəzetin ilk iki nömrəsini aldım. Hərçənd çətin olsa da,  burada abunəçilər taparam» ((Gürcüstan MDTA  f.422. iş 546) - sözləri xalqı tərəqqiyə səsləyən bu qəzetin davamlı olaraq işıq üzü görməsi üçün ziyalılarımızın səyini göz önündə canlandırır... İlk sayındakı kommersiya məqaləsindəki: «Bir neçə ildir ki, Rusiya dövlətinə tabe olmuşuq və bu çağadək bizim ticarətimiz qədim sayaq olan kimi olubdur. Amma Rusiya dövlətinin öz əhli, zikr olan xərci çox zamandır ki, verir… Doğrudur bezi arşın ilə satıb, altmış manat xərc verməyin nəfi azdır. Amma əlli min manat mayası olan kəsə, bu tövr ticarət artıq nəf edir. Onun üçün altmış manat artıq xərc deyil. Bəs min manat mayası olan kəs, sənin dad etməyin nə lazım. Bezi arşın ilə satmağın xərci çoxdur, bez satma, min manatla elə alış-veriş et ki, onun xərci az olsun və ya heç olmasın» (Həsən bəy Zərdabi.  Əkinçi.  B., 1979. s.19) - cümlələrində alış-verişə dair vergi ilə bağlı dövlət qərarları araşdırılmaqla bu xüsusda dəyərli məsləhətlər verən müəllifin fəal sosial mövqeyi də nəzərdən qaçmır.

 25 iyul 1876–cı il sayındakı kommersiya məqaləsindəki: «Cənab Sərdarın dəftərxanası bəyan edir ki, iyulun əvvəlində Qafqazda araq çəkənlər üçün təzə qanun qoyulub. Arağın bərkliyi gərək 40 dərəcə olsun və hər dərəcəyə 7 qəpik xərc var. Üzüm və qeyri meyvələrdən araq çəkən, onun qazanının hər vedrəsinə hər gündə gərək versin maşın işləyirsə 41 qəpik, maşınsız araq çəkilirsə 5 qəpik. Kişmişdən araq çəkən maşın olsa 3 manat 90 qəpik,  olmasa 2 manat 60 qəpik.  Məxsusi bağı olanlar öz meyvəsindən araq çəkəndə gərək zikr olan xərci versinlər. Amma onlarda ixtiyar var şəhadətnaməni 1-7 günə alsınlar, lakin qeyri kəslər gərək bir ilə ala.» (s.213) - cümlələri iqtisadi və hüquqi mexanizmi analitik şəkildə araşdırır.

 «Əkinçi» qəzeti ilk sayında reklam elanlarının şərtləri barədə gələcək müştərilərinə müraciət edərək yazırdı: «Hər kəs öz işləri barəsində bu qəzetdə elannamələr basdıra bilər.  Belə elannamələr basdıran kəslər lazımdır ki, elannamənin hər kəlməsinə iki qəpik versinlər.» (s.17). Elandan göründüyü kimi qəzet ilk sayından öz işini kommersiya istiqamətində qurmuşdur. Qəzetin ilk sayında çap olunan müxtəlif mövzulu dörd reklam elanı mükəmməl şəkildə kommersiya ideyalarını əks etdirir. ««Qafqaz» adlı müsafirxanada sakin olan Tatosov adlı şəxs, hər bir işə vəkil olur və hər bir iş barəsində müftə məsləhət verir» (s.29) elanından göründüyü kimi gəlmə hüquqşünas öz biznesinə yeni başladığından, reklam məqsədilə müftə məsləhətlər belə verməyə razıdır. Ev alqı-satqısı ilə bağlı: «Badkubənin çöl şəhərində, Şirvan yolunun kənarında, təzə təmir olunmuş ev firuş olur. Xahiş edən kəslərdən iltimas olunur ki, o evin sahibinin ismini «Əkinçi» nin münşisindən soruşsunlar» (s.29) elanındakı «münşi» sözü katib mənasını verir və məlum olur ki, redaksiyada müştərilərlə qarşılıqlı əlaqəni nizamlayan, yəni reklam agentinin işini görən şəxs də fəaliyyət göstərirmiş. Mağazanın ünvanını dəyişməsi barədəki: «Krasilnikov öz müştərilərinə məlum edir ki, sabah onun mağazini Birun, şəhərə sobraniyanın müqabilində olan Lalayevin karvansarasına köçəcək» (s.29) elanı da qəzetin operativliyini təsdiqləyir. ««Birun» Mağazasında İtaliyadan gələn Bastiyan adlı kəs, mərmər və qeyri daşlardan, həmçinin balıqqulağından qayrılmış şeylər firuş edir.» (s.29)  elanı isə azad bazarın xarici əlaqələrinin miqyasını təsdiqləyir.

  25 iyun 1876-cı il saylı «Əkinçi» qəzetindəki: «İvanov adlı dişqayıran usta general Lazarevin evinin altında mənzil tutub. Dişi olmayanlara diş qayırır ki, əsli dişdən ona təfavüt vermək olmaz.» (s.191) - cümləsi dişi olmayan müştərilərə ünvanlanmaqla xidmətin səviyyəsini peşəkar üsluba malik müəllifin məharəti sayəsində əks etdirir. Reklam elanının peşəkar səviyyəsi mətnin təhrikedici elementlərlə zənginliyi ilə yadda qalır.

 22 sentyabr 1876-cı il saylı «Əkinçi» qəzetindəki: «Badkubə şəhərinin malakan hissəsinə çiçək naxoşluğu düşüb. Ona binaən polisəxana məlum edir ki, hər kəsin çiçəyi olan naxoşu ya çiçəyi döyülməmiş uşağı olsa, şəhərin həkimi Vaxramova məlum etsin ki, bu naxoşluğa müalicə etmək ona həvalə olunub.» (s.239) - elanı sosial reklamlara verilən əhəmiyyəti təsdiqləyir.

21 iyul 1877-cil saylı «Əkinçi» qəzetindəki: «Pavel Yeqoroviç Zaparojçenko ki, tamojnaxanada ambarçılıq edirdi, məlum edir ki, sudlarda vəkillik eləməkdən ötrü şəhadətnamə alıb. Hər kəs onu vəkil etməyə xahiş etsə, onun mənzilinə getsin ki, Kokorevin imarətində sakin olur.» (s.414) - elanın mətnində ambarçının vəkil şəhadətnaməsi almasına açıq müqavimət hiss olunmaqla sosial məsuliyyət önə çəkilir. Dövrün reallıqlarını informasiya gerçəkliyi zəminində oxucularına çatdıran «Əkinçi» qəzetində çap olunan reklam və elanlar gəlir gətirməklə yanaşı, dövrün sosial-iqtisadi mənzərəsini yaradırdı. Məhz bu səbəbdən çar hökuməti üç il ərzində 56 sayı çapdan çıxmış qəzetin nəşrini dayandırdı. Reklam elanlarından gələn gəlir qəzetdə məqalələri dərc olunan 21 müxbirin əmək haqqı ilə yanaşı, digər xərclərin də ödənilməsinə və xeyriyyəçiliyə sərf olunurdu. Reklam-kommersiya mexanizmi qəzetin iqtisadi müstəqilliyinə şərait yaradırdı. Bu iqtisadi müstəqillik isə avtoritarlığı sarsıdan yazılı fikrin formalaşmasına münbit şərait yaradırdı. Həmin ildə çar senzurasının təzyiqi ilə «Əkinçi» qəzeti bağlandıqdan sonra mətbuat aləmində boşluq yarandı.     

Qeyd: A.Ə. Dadaşovun "Kütləvi informasiya vasitələrində reklam və marketinq problemləri” dərsliyindən BDU-nun nəşriyyatı., 2008.


Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.