Azad  Qaradərəli - Ev nöbəsində katibədən sonrasınız
17.09.13

Ən  kiçik hekayələr


ÇÖP

Uşaq xəstələnmişdi. Qarnı işləyir, ayağı gedir, qusurdu. Nənəsi  evin kişisindən xəlvət  balacanı maşına qoyub çöpçüyə qaçırtmışdı. “Elə pendir bıçağı kəsən kimi uşağın ayağının getməsi kəsdi.”  Anasının fikrinə qarşı çıxmasa da,  arvadının  təkidilə  gənc  ata  get-gedə ağırlaşan uşağı, nəhayət ki,  həkimə apardı. Bağırrsaq şöpü tapıldı uşaqda. Bir az geciksəydilər... Əslində çöp varmış də...

21 DEKABRDA

“21 dekabrı yaman deyirlər, a bala. Get sən də bir 20-30 şam al, 5-6 meşok da un. Şər deməsən xeyir gəlməz. Deyir zülmət olacaq” Bunu da həmin  çöp tapılan uşağın nənəsi demişdi oğluna söz arasında. Oğlu da ürəyində qınamışdı arvadı: “Bax də. Hansı zəmanədi? Ah bu xurafat...”
Amma körpəni pediatra baxdırıb evə dönəndə maşınını yolüstü  şam və un satılan mağazalara da sürmüşdü. “Şər deməsən, xeyir gəlməz. Zülmət basdı, basdı də...”

3-CÜ QIZ

Ailənin üçüncü qızı olanda hamı yasa batmışdı. “Dedim get doğratdı, getmədi, bu ləçər mənim oğlumu sonsuz qoyacaq” demişdi nənə. Baba isə təzəcə tərgitdiyi siqaret vərdişinə başlamış, həkimin qadağasına fikir verməyib  tüstülənən “paravozu” işə salaraq içinə vermişdi: “Yurdum kor qaldı.”
 Adını  Almaz qoyduqları bu qız 12 yaşına çatanda 15 yaşlı bacısının məktəbdən çıxarılıb 40 yaşında dul kişiyə ərə verildiyini görəndə elə o toyun sabahı həyətlərindəki  dağdağan ağacından yellənmək üçün asdığı kufun-yelləncəyin  ipi ilə... özünü  asdı.

SMS

Məktəbin 8-ci sinifində oxuyan oğlanla qız bir-birilərinə sevgi  sms  yazmışdı. Təxminən altı ay çəkən bu məktublaşmanın üstünü bir gün sinif rəhbəri açdı və direktorun qurduğu “məhkəmə”dən sonra  “cani” – oğlan məktəbdən qovuldu. Qızı da atası məktəbdən çıxartdı.
İndi məktəbdə yenə sms yazırlar, amma bunlar sevgi smsləri deyil, direktorun telefonuna ötürülən casus smsləridir.

37-Cİ ƏRİZƏ

Yazıçı 37-ci ərizəsinə nəhayət ki, cavab ala bildi:“Siz ev nöbəsində katibədən sonrasınız.”

19-CU KİTAB

Şəhərin ən  sayılıb-seçilən yazıçısının on doqquzuncu kitabının təqdimat mərasimi olacaq. “Lotu Təvəkkülün  türmə qeydlərindən” adlanan kitab geniş oxucu kütləsi və xüsusən də gənclər üçün nəzərdə tutulub. Bütün qələm əhlinin iştirakı vacibdir. (Zəruri qeyd: şəhərin ən məşhur “Alyoşa və  Nina” kitab mağazasından verilən  məlumata görə,  kitabın ilk tirajı çıxan kimi satılıb qurtaqrmışdır.)

ÜÇ DƏFƏ!!!

Səhər tezdən traktoru səpin üçün sazlayan gənc  qəfildən onu söndürüb evə döndü. Həyat yoldaşı hövlang  onun qabağına yüyürdü:”Niyə qayıtdın?”
Gənc traktorçu ayaqqabısını soyuna-soyuna: “Elə kabinəyə minirdim ki, ağıldan  təpəl  qoyun dalbadal üç dəfə asqırdı...” – deyib köhnə divana yayxandı.
“Üç dəfə? Allah sən saxla!” – bunu da gəlin deyib ərinin ayaqqabılarını cütləyib qapının dalına qoydu.


DƏVƏTNAMƏ

-Dədə, dəvətnamə gəlib?
-Kimnəndi?
-Rəsul əmim oğlun evləndirir, mayın 12-si toylarıdır...
-Nə?! Mayın 12-si? Urus qancıq oğlu! Addımımızı da qoymuyacıyıq!
-Niyə, dədə?
-Zəhrimar niyə? O boyda diplomun var, bilmirsən mayda toy olmaz?
-Axı niyə?
-Mən nə bilim niyə?!

Avanqard.net

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.