Salam Sarvan - Üzeyirlə Üzeyirin fərqi

16.09.13

Kül keçəlin başına...

Sən canın, camaatın dərdinə bax:  niyə Azərbaycanın futbolu yoxdu, niyə ədəbiyyatı yoxdu, niyə musiqisi yoxdu, niyə elmi yoxdu? Əşi,  yoxdu, canın sağ!
Sənə ədəbiyyat lazımdırsa, o gərək elə Azərbaycanda olsun? Sən onu Almaniyada tap oxu da. Sənə musiqi lazımdırsa İtaliyadan dinlə də.

Milli təəssübkeşlik heç də həmişə məcburi deyil. Nədən biz o iddiadayıq ki, bu balaca ölkədə hər şey olmalı. Böyük ədəbiyyat da, böyük musiqi də, böyük elm də...? Axı sən niyə istəyirsən ki, Arximed hansısa qanunu kəşf edərkən “evrika” qışqırığını məhz bizim Bayıl hamamındakı teştdə çiməndə eləməliydi və adı da Axmed olmalıydı? Nə dəxli?

Neyləməli, elə coğrafiya var ki, orada “torpaq yetişdirmir”. Ümumən isə torpağın yetişdirdiyinin təyinatı müxtəlif: məsələn, alma Qubada yığılıb satılmaqçündü, İngiltərədə Nyutonun başına düşməkçün.

Yəni, ey kamanəbru, tale deyilən məsələ də var. Bu zəhərə dönmüş alma tərsliyinə salıb fiziklərimizin başına düşmürsə, fizika insitutunun günahı nə?! Vallah, ciddiyəm.

Bu tərəfdən də yazar dostlarımız   narahat olmaqda ki, niyə bizdə kitab oxuyan yox? Oxuyanlar da niyə ciddi ədəbiyyata deyil, boz, sarı, qazanqırmızı ədəbiyyata meyilli?

Gündə üç dəfə divara çırpsam da, başıma girmir. Ki, yazar dostlarımız niyə istəyirlər ki, camaat məhz ciddi ədəbiyyat oxusun? Noolacaq ki?! Onda camaatın mədəni səviyyəsi artacaq? Bəşəri dəyərlərə tapınacaq? Təfəkkürü dəyişəcək? Ciddiləşəcək?

Vay-vaay, ciddi ədəbiyyatın topluma yaxşı mənada təsir edəcəyini düşünənlər nə qədər sadəlövh. Sənə vətənimizdə yüzlərlə taxtabaş və saxtabaş göstərərəm ki,  dünyanın istənilən ciddi romanında istənilən personajın cikini də bilirlər, bikini də.

Kitablar səviyyə artırandısa, Homerdən Nabokovacan yüzdən çox dünya ədəbiyyatı nəhənglərinin dilimizə tərcüməsinin korrekturasını eləmiş Təvəkkül keçəlliyin bu səviyyəsində qalmazdı.

Su quyunun özündə gərək. Toplumun təbii istedadı, Allahdangəlmə hazırlığı olmasa, alınmaz ki, alınmaz. Mahiyyətcə problemli toplumun kitab oxumaması daha yaxşı. Çün həmin kitablardan ancaq zərərli şeyləri götürəcək. Yüz illərdi camaat Quranı oxuyur da, ondan götürdüyü nə?

Qoy oturmuşuq sən Allah, Cırtdanın nağılını oxuyaraq Devliyi deyil, Cırtdanlığı əxz eləyən oxucu kütləsi heç dünəndən olmasın.

Bir dəqiqə dayan e, ciddi mütaliəsini fəxrlə gözümüzə soxan tanıdığım qələm adamları var ki, taksi saxlatdıranda iki barmağını ağzına salıb fıt çalırlar. Yaxşı yadıma düşdü, dostumuz Həmid Herisçidən çox ciddi ədəbiyyat oxuyan varmı, bu gün pirlərin qarşısında ələm gəzdirməklə məşğıl.

Elə biri mən, nə qədər kitab oxuyuram, amma adam ola bilmirəm ki, bilmirəm, alman ola bilmirəm ki, bilmirəm.

İndi gör nə deyəcəyəm və necə qətiyyətlə deyəcəyəm. Bu zövq məsələsinin əhəmiyyətini çox da şişirtməyə dəyməz e. Əslində, Üzeyir Hacıbəyova, yoxsa Üzeyir Mehdizadəyə qulaq asmaqdan ibarət zövq, səviyyə fərqinin bu adi, sadə həyatımızda heç bir rolu, heç bir isti-soyuğu yox. Yəni, adamdan soruşarlar da: “Zövqlü olub zövqsüzdən hansı fərqli həyat tərzi keçirirsən, hansı fərqli məişəti yaşayırsan?”

Tük keçəlin başına.

/teleqraf.com/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.