Aysel Əlizadə: “Daha çox intim istirahəti sevirəm”
07.09.13

“Misiri görəndən sonra dedim ki, bu ölkədə çevriliş olacaq”

 İstirahət insanın bir haldan başqa hala keçməsidir. Bəlkə də, öz təbii halına qayıdışıdır. Onu bir mə-dəniyyət də saymaq olar. Kimi bunu cibinə, kimisi də ruhuna uyğun tapır… O yerdə ki, insanın gözü-könlü dincəlir, deməli, buna nə pul, nə də azlığından gileyləndiyimiz zaman lazımdı.
Tərcüməçi-yazar Aysel Əlizadə düşünür ki, insan tək özü-özü ilə də istirahət edə bilər. Və özü ilə tək qalmağı bacarmayanlar qorxulu insanlardı. Bununla belə, həmsöhbətimiz yay boyunca türklər demiş, doyasıya istirahət edənlərdəndi.
Beləliklə, yay istirahətindən Aysel Əlizadə danışacaq.

“İstanbul mənimçün hər şey deməkdi”
 
Bakının yayını sevmirəm. Bakı və yay anlayışları mənim üçün bir-birinə yad məfhumlardı. Bakıda ha-valar isinən kimi “hara gedim?” deyib az qala havalanıram. Bu il də iyun başlayan kimi üz tutdum Türkiyəyə.
Dostlarım da mənə məsləhət gördülər ki, bu yay istirahət elə, işləmə. İstirahət adı ilə getdim Ankara-ya, amma orada da dinc dayanmadım, işlədim. Ankarada kitabımın təqdimatı oldu, ictimai xadimlər-lə görüşdüm. Təbii ki, şoppinq etdim. Ümumiyyətlə, Türkiyə, İstanbul mənim üçün hər şey deməkdi. Sevgimin şəhəridi İstanbul.
Görən kimi vurulmuşam İstanbula, bu şəhərin havasına, görünüşünə… Orada aldığım nəfəs də azad-dı. Mənim üçün İstanbul azadlıq şəhəridi həm də…

“Şəhərdən kənarda insanlar özüdü”

 
Türkiyədən dönəndən sonra bölgələrimizdə oldum – Quba, Xaçmaz, Nabran, Qəbələyə getdim. Həm yol yaxın olduğuna, həm də havasını sevdiyimə görə tez-tez gedirəm bu rayonlara. Şəkidə ilk dəfə oldum, çox sevdim oranı. Şəki klassik türk mədəniyyətini saxlayan bölgələrimizdəndi. Əsl yolçu hə-yatı yaşadım. Sonra Qəbələ, Oğuz, İsmayıllıda oldum. Növbəti səfərimi Naxçıvana planlaşdırıram.
 
Şəhərdən kənarda insanlar özü olur, saflıq, doğmalıq adamı çəkir…

Mən o sahədə təmsil olunuram ki, insan nüfuzu yalnız əməyi və şəxsi ilə qazanır, bu sahədə hörmətli olmaq insanı qürurlandırır. Mən bunu bölgələrdə hiss edirəm…
Şəhərkənarı həyat üçün çox darıxıram, kənd həyatı üçün həmişə içimdə bir nostalji var. Mənə elə gə-lir, əvvəlki həyatımda əyalətdə böyük bağçam, evim olub…

“Braziliyanın ehtiraslı toplumunu gözümlə görmək istəyirəm”
 
Yaradıcı insanın istirahət məkanı üçün seçimi olmamalıdı, məncə. Belə insanlar həm ekzotik, həm ta-rixi, həm də meqapolisləri görmək istəyir və görməlidi. Müşahidələr sonra hansısa əsərin ana xətti ola bilər, hansısa məsələyə real münasibəti sərgiləyər. Mən Misiri görəndən sonra gəlib dedim ki, bu ölkə-də çevriliş olacaq, üstündən heç bir il keçməmiş orada üsyanlar başladı. Kasıbçılıq, dilənçilik baş alıb gedirdi…
Qadınlar daha çox dəbdəbəli, modern şəhərlərdə olmaq istəyir, amma belə şəhərlər mənə çoxqatlı gö-rünmür. Arzusunda olduğum ölkə Braziliyadı. Oranın ehtiraslı toplumunu, kultunu, estetikasını, təbi-ətə bağlılığını gözümlə görmək istəyirəm. İspaniya, Çin də zəngin kultu olan yerlərdi. Avropa ölkələ-rində olmamışam, növbəti yolçuluğum yəqin ki, Avropa olacaq.
Səfərlər zamanı ekskursiyanı sevmirəm, yoruluram. Hansısa tarixi abidəyə heyranlıqla baxmaq, ma-raqlanmaq mənlik deyil. Bu da görünür, tarixi sevməməyimlə bağlıdı. Hayıl-mayıl olduğum tarixi yer Misir olub. Piramidaları, Sfinksi görəndə mat qalmışam.
 
“Qadınlar daha yaxşı istirahət edirlər”

Xaricdə daha çox alış-veriş etməyi sevirəm, çünki Azərbaycanda bunu etməyim mümkün deyil. Çün-ki buna nə vaxtım, nə də həvəsim olur. Alış-veriş mənə görə insan üçün çox önəmlidi. Əsəbi bir vax-tımda özüm üçün aldığım adi bir saç sancağı kefimi aça bilər.
Yaponların bir fikri var, dərdli vaxtında axmaq qadın ağlayar, ağıllı qadın alış-veriş edər.
Düşünürəm ki, qadınlar daha yaxşı istirahət edirlər. Birlikdə yemək hazırlamaq, kartla fala baxmaq, şeir oxuyub musiqiyə qulaq asmaq, intim mövzularda söhbət edə bilmək və daha nələr, nələr…. Am-ma mənə görə kişilərin birlikdə istirahəti bəsit keçir. Uzaqbaşı kimdənsə danışar və saatlarla bir yerdə oturub nələrisə müzakirə edə bilərlər. Başqa heç nə…
 
“Daha çox intim – öz-özümlə istirahəti sevirəm”

Ən gözəl istirahətim qızımla keçirdiyim vaxtlardı. Onunla istirahətim xöşbəxtlidkdi mənim üçün. Elə olur ki, səhərdən axşama qədər birlikdə gəzirik. Uşaq istirahət mərkəzlərində dincəlməyi xoşlayıram. Uşaqlarla olmaq ləzzət verir, bu da ondan irəli gəlir ki, qadınlar həm də uşaqlığını qoruyub saxlamağı bacarır. Onlar uşaq kimi ağlamağı, sevinməyi bacarır…

Kollektivlə, kampaniya ilə birgə istirahət etməyi sevən deyiləm. Daha çox intim – öz-özümlə istirahəti sevirəm, hətta bir həftə belə tək-tənha istirahət edə bilərəm. Baş-başa qalmaq istədiyim insanlar olsa da, həmişə yanımda kiminsə olmasını arzulayan biri deyiləm, mənim üçün ən qiymətli nəsnə insanın özü ilə tək qala bilməsidi.

Mən o adamlardan qorxuram ki, onlar öz təkliklərindən zövq ala bilmir və darıxmamaq üçün məni ax-tarırlar. Bu həmin adamın qaçmaq istədiyi, mənə sırımaq istədiyi tənhalığıdı. Düşünürəm ki, yalnız ruhu bir-birinə yaxın olan iki xoşbəxt insan birlikdə yaxşı istirahət edə bilər…
/Gündəlik-Teleqraf/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.